Ərəbzadə Əbdürrəhman Bahir Əfəndi

Ərəbzadə Əbdürrəhman Bahir Əfəndi (1688, İstanbul, Osmanlı imperiyası26 iyul 1746, İstanbul, Osmanlı imperiyası) — Osmanlı alimi, din xadimi, şairimusiqişünası.[1]

Ərəbzadə Əbdürrəhman Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1688
Doğum yeri
Vəfat tarixi 26 iyul 1746(1746-07-26)
Vəfat yeri
Fəaliyyəti Qazəsgər
Atası Ərəbzadə Əli Əfəndi
Uşağı

Məşhur Ərəbzadə ailəsinə mənsub olub, Şahzadəbaşı məscidinin imamı Ərəbzadə Əli Əfəndinin oğludur. 1688-ci ildə İstanbulda dünyaya gəldi. İstanbulun müxtəlif mədrəsələrində təhsil aldıqdan sonra 1710-cu ildə səsinin gözəl olması və musiqi bilikləri səbəbilə III Əhmədin baş imamı olaraq saraya alındı. Bundan başqa şahzadələrin müəllimliyinə təyin olundu. Qısa zamanda yüksələrək bir il sonra müdərris, 1725-ci ildə İstanbul qazısı oldu. Bir il bu vəzifədə xidmət etdikdən sonra bu vəzifəsindən azad edildi. 1730-cu ildə dövrün siyasi mühiti səbəbilə saraydakı xidmətindən azad olundu və Saqqız adasına sürgün olundu.

Daha sonra 1738-ci ildə Anadolu qazəsgəri, 1745-ci ildə Rumeli qazəsgəri oldu və 26 iyul 1746-cı ildə bu vəzifədə ikən vəfat etdi. Cənazəsi Qoca Sənan Paşa mədrəsəsi mədrəsəsinə dəfn olundu. Övladları da özü kimi üləma zümrəsindən idi. Oğullarından Mehmed Sadiq Əfəndi Rumeli qazəsgəri, Əhməd Ataullah Əfəndi şeyxülislam və Əli Rza Əfəndi isə Yenişəhər mollalığına yüksəldi.

Türkcə, ərəbcəfarsca şeirlər yazan Əbdürrəhman Əfəndi eyni zamanda musiqişünaslığı ilə də tanınır. Xüsusilə öz şeirlərinə bəstələdiyi musiqilər və xanəndəliyi ilə məşhurlaşmışdır.[2][3]

  • İzzî, Târih, İstanbul 1199, vr. 65b.
  • Râmiz, Âdâb-ı Zurefâ, Süleymaniye Ktp., Esad Efendi, nr. 3873, vr. 10b.
  • Sahaflar Şeyhizâde Esad Efendi, Bağçe-i Safâ-endûz, İÜ Ktp., TY, nr. 2095, s. 47.
  • Vâsıf, Târih (İlgürel), s. 285, 332.
  • Öztuna, TMA, I, 3.
  • R. Ekrem Koçu, “Arapzâde Ali”, İst.A, II, 644.
  1. Sicill-i Osmânî, III, 320
  2. Ezgi, Türk Musikisi, I, 160-163; IV, 79-85
  3. Kip, TSM Saz Eserleri, s. 1, 9, 12, 18, 19-21, 34, 64, 66, 69.