Ərəbzadə Əhməd Ataullah Əfəndi

Ərəbzadə Əhməd Ataullah Əfəndi (1720, İstanbul, Osmanlı imperiyası22 avqust 1785, İstanbul, Osmanlı imperiyası) — Osmanlı şeyxülislamı.[1]

Ərəbzadə Əhməd Ataullah Əfəndi
22 iyun 1785 – 22 avqust 1785
Əvvəlkiİvazpaşazadə İbrahim Bəyəfəndi
SonrakıDürrizadə Mehmed Arif Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1720
Doğum yeri
Vəfat tarixi 22 avqust 1785(1785-08-22)
Vəfat yeri
Atası Ərəbzadə Əbdürrəhman Bahir Əfəndi
Uşağı

1720-ci ildə dünyaya gəldi. III Əhməd dövründə uzun illər saray müəllimi və Rumeli qazəsgəri kimi xidmət edən şairmusiqişünas Ərəbzadə Əbdürrəhman Bahir Əfəndinin oğludur. Mədrəsə təhsilini tamamladıqdan sonra hələ 18 yaşında ikən müdərris oldu. Uzun illər bu vəzifədə xidmət etdikdən sonra 1756-cı ildə Hələb qazısı təyin edildi. Ardından 1769-1779-cu illərdə Məkkəİstanbul qazısı kimi fəaliyyət göstərdi.

1781-ci ildə Anadolu qazəsgəri, ardından Rumeli qazəsgəri təyin edildi. 22 iyun 1785-ci ildə şeyxülislamlığa yüksəldi. Ancaq bu vəzifədə yalnız 2 ay qala bildi və xəstəliyi səbəbilə 22 avqust 1785-ci ildə vəfat etdi. Sənan Paşa mədrəsəsinin həyətində atasının yanına dəfn olundu. Ancaq bu məzarlıqda ailəsindən bir çox şəxsin məzarı olsa da, sonrakı tarixlərdə Ataullah Əfəndinin məzardaşı yoxa çıxdı.[2]

Oğlu Mehmed Arif Əfəndi II Mahmud dövründə şeyxülislamlığa qədər yüksəlmişdir.

  • Devhatü’l-meşâyih, s. 109.
  • İlmiyye Salnâmesi, s. 553.
  • Sicill-i Osmânî, III, 477.
  1. Cevdet, Târih, III, 149-150.
  2. Turan Aktürk, Arabzâde Ailesi ve Bu Ailenin Diğer Aileler ile Vücuda Getirdiği Sıhrî Münasebetler (lisans tezi, 1943), İÜ Ed.Fak., s. 15-18.