Ərdoğanomika (türk. Erdoğanomi) —Rəcəb Tayyib Ərdoğanın iqtisadi siyasətlərinə istinad etmək üçün istifadə edilən termin.
Türkiyə iqtisadiyyatının yaxşı performans göstərdiyi 2016-cı ildə Ərdoğanın siyasətlərində əhəmiyyətli dəyişikliklər başlanmışdır. Bu zaman "Ərdoğanomika" ifadəsi meydana çıxmışdır. Türkiyə iqtisadiyyatı daha yavaş və sabit sürətlə olsa da, geriləməyə başlamışdı.[1] 2018-ci ildə başlayan Türkiyə iqtisadi böhranından sonra Türkiyə iqtisadiyyatı kəskin şəkildə geriləməyə başlamışdı. Ərdoğan Türkiyə Varlıq Fonduna rəhbərlik etdiyi dövrdə iqtisadi geriləmənin böyük bir hissəsindən birbaşa məsul idi, qalanları isə onun siyasətinin nəticələri idi.[2] Ərdoğan şəxsən Türkiyə Mərkəzi Bankına da müdaxilə etmişdir.[3][4] Ərdoğan və tərəfdarları Türkiyənin iqtisadi uğursuzluqlarının səbəbi xarici güclərin, eləcə də digər konspirasiya nəzəriyyələri olduğunu təkrar-təkrar bəhanə etmişdilər.[5][6] Ərdoğan və hökumətinin islahatlara və vədlərə baxmayaraq, lirənin çökməsi davam etdiyi üçün heç bir dəyişiklik olmamışdı.[7][8] Ərdoğan tənqidlərə baxmayaraq qeyri-adi iqtisadi siyasətlərini davam etdirmişdir.[9] 2024-cü ildə lirə ucuzlaşmağa davam edən zaman "İzvestiya" nəşri Türkiyənin iqtisadiyyatını xilas edə bilməməsinin səbəbinin Ərdoğan olduğunu iddia etmişdir.[10]