Əsəd Dilbazov

Dilbazov Əsəd Kamil ağa oğlu (12 yanvar 1926, Qazax rayonu21 iyul 2003, Bakı) — İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin dekanı (1975–1980), Şöhrət ordeni laureatı.

Dilbazov Əsəd Kamil ağa oğlu
azərb. Dilbazov Əsəd Kamil ağa oğlu
Doğum tarixi
Doğum yeri Xanlıqlar, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Dilbazova Əzizə Məcid qızı
Uşaqları Kamil, Aynur, Zamirə
Atası Kamil ağa Dilbazov
Milliyyəti azərbaycanlı
Fəaliyyəti İqtisad elmləri doktoru, professor
Elmi dərəcəsi
Mükafatları "Şöhrət" ordeni — 2002
dilbazi.az

Mənsub olduğu Dilbazilər nəslindən çıxan ən hörmətli və nüfuzlu şəxslərdən biri olmaqla, Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycanın tarix və iqtisad elmində adı vəfatından sonra da ehtiramla çəkilən bir adamdır. Tarixçi və iqtisadçı elm adamları onu iqtisad və tarix sahəsində Azərbaycan eLminə əhəmiyyətli töhfələr vermiş, öz xalqının, öz ölkəsinin sosial-iqtisadi, mədəni-məişət problemiərinə həssaslıqla yanaşmağı bacaran bir alim kimi qiymət verir, yad edirlər.Ali məktəb mühitində öz sağlam zəkası, mühakimə qabiliyyəti və təfəkkür dərinliyinə malik birziyalı, görkəmli alim və pedaqoq, bacarıqlı ali məktəb təşkilatçısı kimi tanınan iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində sovetləşmədən sonra öz səksə- kəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdu. Beş yaşında ikən — 1931-ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını 5 il sürən Qazaxıstan sürgünündə dərk etmişdi. Ailə 1936-cı ildə sürgündən qayıdanda artıq 10 yaşını keçmişdi və hər şeyi yaxşı dərk edirdi. Ata sürgün yerində bu müdhiş məşəqqətlərə dözməyib vəfat etmişdi.Ailənin azyaşlı övladı Səmayə də orada tələf olmuşdu. Qazaxıstanın qızmar çöllərindən bu iki qardaş Əsəd və Ağalar Qazağa anaları Gövhər xanımla qayıtmışdılar.

Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini "orta məktəb tarix müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Üstəlik 1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilmişdi. Anketin ictimai mənşə qrafasında "kəndli ailəsində" doğulduğunu göstərmişdir.Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsni,hazlığını və əlbəttə,partiyalığını nəzərə alaraq aspiranturada saxlamışdılar.Elə həmin tarixçə ali məktəblərdə onun uzun sürən-56 illik elmi həyatının baçlanğıc nöqtəsi sayıla bilər.Onun APİ-nin SSRİ tarixi kafedrasında "aspirantura dövrü" 1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1 göstərilir. 1950–53-cü illərdə bu kafedramn assistenti, 1953–60-cı illərdə isə baş müəllimi olmuşdu.

Əsəd Dilbazov namizədlik dissertasiyasını 1959-cu ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində müdafiə etmişdi, Ümumittifaq Attestasiya Komissiyasından (VAK) elmlər namizədi diplomunda 20 iyul 1960-cı il tarixi qeyd olunur. İndi xatırlandığı kimi, bu namizədlik işi ölkənin aparıcı elm ocaqlarından olan ADU-nun elmi çevrələrində yaxşı qarşılanmışdı. Bu baxımdan onun 1960-cı il sentyabrın 1-dən artıq respublikanın ən prestijli ali məktəbi sayılan Azərbaycan Dövlət Universitetinə keçməsi təsadüfi sayıla biiməzdi. Burada 1966-cı il sentyabrın 1-dək ADU Azərbaycan tarixi kafedrasının dosenti işiədi. 1966-cı ildə ADU iqtisad fakültəsinin bazasında Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yaradılanda, bu yeni yaradılan ali məktəb üçün universitetin professor-müəllim heyəti sırasından yaradılan kontingentlə bir sırada о da 1966-cı il sentyabrın 1 -dən bu yeni İnstituta keçərək, burada 1975-ci il sentyabrın 25-dək iqtisad tarixi kafedrasının dosenti vəzifəsini tutur. Bu ildən etibarən AXTİ-nin əyani, axşam və qiyabi şöbələrində tələbələrə Azərbaycan tarixi, Azərbaycanın və xarici dövlətlərin iqtisad tarixləri mövzusunda mühazirələr oxumuş və seminarlar aparmışdı.Bu yeni aliməktəbdə pedaqoji fəaliyyəti ilə paralel olaraq Azərbaycanın iqtisadi tarixinin aktual, perspektivli problemləri üzrə elmi-tədqiqat işlərini də uğurla davam etdirirdi. Əsəd Dilbazov elmi araşdırmalarını uğurla başa çatdıra bilməsi üçün 1971-ci ildə 2 il müddətinə baş elmi işçi vəzifəsinə keçirilmiş və 1974-cü ildə "Azərbaycan SSR-də sosialist sənayesinin formalaşması problemləri" üzrə elmi işini müvəffəqiyyətlə yekunlaşdırmışdı. Əsər bir müttəfiq respublika olaraq Azərbaycanda iqtisadi quruculuğun 1920–28-ci illər dövrünü əhatə edirdi.Həmin ildoktorluq dissertasıyası müdafiə etməklə, respublikada iqtisadi tarıx elmi üzrə ilk doktorluq dissertasiyanı müdafiə edənlərdən, bu elmin əsasını qoyanlardan biri professor vəzifə elmləri doktoru alimlik dərəcəsi, 1979-cu il fevralın 23-də isə AXTİ tarix kafedrasının professoru vəzifəsi verilir. Sonrakı beş il, yəni 1975-ci ildən 1980-ci il noyabrın 28-dək AXTİ "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması" fakültəsinin dekanı vəzifəsini tutdu.

1980-ci ilın oktyabrından 1984-cü ilin oktyabrınadək isə AXTİ siyasi iqtisad kafedra- sının professoru (iqtisad tarixini tədris etməklə) idi.1984-cü ilin dekabrından 1987-ci ilin noyabrınadək AXTİ iqtisad tarixi kafedrasının müdiri vəzifəsində çalışdı.Bu arada, yəni 1984-cü ildə Tbilisi Dövlət Universiteti iqtisad tarixi və iqtisadi təlimlər tarixi kafedrasında stai kecmisdi.

Onun elmi bioqrafiyasında belə bir qeyd də var ki, 1987-ci ilin noyabr-dekabr aylarında — hardasa bir aylıq müddətdə AXTİ Sov.İKP tarixi kafedrasının professoru (iqtisad tarixini tədris etməklə) vəzifəsinə dəyişdirilmişdi.Qeyd edək ki, sovet dönəmində bu kafedralar ali məktəblərdə ciddi mövqeyə sahib idi.

Professor Əsəd Dilbazov 1988-ci ilin yanvarından müddətli müqavilə ilə Voz nesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının Sov.İKP tarixi ka- fedrasının professoru vəzifəsinə təyin edilmişdi. Bu vəzifəyə təyinat almaq üçün institut şurası tərəfindən müsabiqə qaydasında seçki keçirilmişdi.

Elmi mühitdə etiraf olunurdu

[redaktə | mənbəni redaktə et]

Təbii ki, sovet dövründə iqtisadiyyat inzibati-amirlik sisteminə söykənirdi və iqtisadçı alimlər onlar üçün cızılmış bu yoldan kənara çıxa, "özfəaliyyətlə" məşğul ola bilməzdilər. Professor Əsəd Dilbazov da öz mühitinin yetirməsi idi və elmi araşdırmalarını bu çərçivədə aparırdı.Amma öz hazırlığı, intellekti, mənsub olduğu elm sahəsini dərindən bilməsi ilə fərqlənir, seçilir, etiraf olunurdu.

Ümumiyyətlə, professor Əsəd Dilbazovun iqtisad elmi sahəsində elmi marağı və yaradıcılıq fəaliyyəti geniş əhatəli olmaqla — ən sanballı problemləri əhatə edir. Onun elmi fəaliyyəti barədə fikir belədir ki, əsərlərində istər nəzəri, istərsə də tətbiqi baxımdan bilavasitə ölkənin inkişafının sosial-iqtisadi problemləri aparıcı yer tutur və bunlara yanaşma öz orijinallığı ilə fərqlənir.Professor Əsəd Dilbazov respublikanın, eləcə də keçmiş İttifaqın nəşriyyatlarında çap olunmuş xeyli sayda monoqrafiya, dərslik, elmi səciyyəli jurnal məqalələrinin elmi redaktoru və müəllifi olmuşdur. Məsələn, göstərilir ki, professor Əsəd Dilbazov 5 monoqrafiya, 50-dən çox elmi məqalənin müəllifidir. Bu dəyərli əsərlərilə sovet dönəmində və sonra onun iqtisad elminin zənginləşdirilməsində az rol oynamadığı şəksiz qəbul edilir. Zamanında onun ciddi qarşılanmış əsərləri sırasında "Sənayenin milliləşdirilməsinın Sovet metodu" (1970), "Azərbaycan SSR-də sosialist sənayesinın formalaşması problemləri" (1976), "SSRİ və xarici ölkələrın iqtisadi tarixi" (1978), "Azərbaycanda kapitalist sənayesinin inkişaf mərhələləri" (2000) və s. kıtabları, çoxlu elmi məqalələri onun elmi-tədqiqat dairəsinin genişliyindən xəbər verir

Asəf Nadirov və Tofiq Quliyevin də qeyd etdiklərı kımi, professor Əsəd Dilbazovun elmi əsərlərində iqtisadi nəzəriyyə və iqtısadi tarix problemlərinin qovuşuğu həmin problemlərin sistemli təhlilinin aparıldığı hiss olunur.

Professor Əsəd Dilbazov bir çox beynəlxalq sımpoziumlarda, keçmiş SSRİ-nin Ümumittifaq elmi konfranslarında iqtısadi-nəzəri və praktik problemlər üzrə məruzələr və çıxışlar etmişdır. O,1970-ci ildə Leninqradda iqtısadi tarix problemləri üzrə keçirilən beynəlxalq konqresdə "Sənayenin milliləşdirilməsinin Sovet metodu" adlı məruzə ilə çıxış etmişdi. Sonradan həmin məruzə kitab şəklində çap olunmuşdu Bundan başqa, umumittifaq və respublika elmi konfranslarında, elmi seminarlarda iqtisadi məsələlərə dair dəfələrlə nəzəri-metodoloji aspektli məruzələrlə çıxış etmiışdir.

Xatırlandığı kimi, professor Əsəd Dilbazov öz məruzə və çıxışlarında bir sıra sovet alimlərinin şablon. standart halda feodal təsərrüfat ukladlarının münasibətlərinin meydana gəlməsini yalnız Kiyev Rusunun, qədim Rusiya dövlətinin yaranması ilə əlaqələndiklərıni, bu prosesi IX yüzillə bağladıqlarını tənqid etmiş və hələ III–IV yüzillər Azərbaycanda bu sayaq feodal münasibətlərinin meydana gəldiyini sübut etmiş, elmi cəhətdən əsaslandırmışdı. Obyektivlik xatirinə onu da qeyd etmək lazımdır ki, о zamanlar iqtisadi tarix üzrə ən görkəmli alimlər hesab olunan V.S.Çuntulov.A.A.Uspenski, V.Q.Sarıçev və başqaları professor Əsəd Dilbazovun bu və digər qıymətli fikırləri ilə hesablaşmağa məcbur olmuşdular.

Sovet dönəmində nəşr edilmiş kitabları

[redaktə | mənbəni redaktə et]
  • Bakı fəhlələrinin Azərbaycan kəndlərinə köməyi.Bakı.Azərnəşr. 1959
  • Azərbaycan SSR-də xalq təsərrüfatınıın bərpa və inkişaf etdirilməsinə dair (1921–25-ci illər) Bakı, APİ nəşriyyatı, 1961.
  • Azərbaycan SSR-də sosialist sənayesinin yaranması və inkişafı. Bakı, Azərnəşr, 1974.
  • Azərbaycanda sosialist sənayesinin formalaşması, Moskva, 1976 (rusca. 9 çap vərəqi).
  • Azərbaycanda sənayenin sosialistcəsinə yenidən qurulmasının başlanması.Azərbaycanın iqtısad tarixinin aktual problemləri Bakı, "Elm" nəşriyyatı, 1978.
  • İqtisad tarixi, 1990 (20 çap vərəqi).

Bunlardan başqa, 1978 ci ildə Moskvanın "Vısşaya şkola" nəşriyyatında çapdan çıxmış 20 çap vərəqli həcmində "SSRİ və xarıci ölkələrin iqtisad tarixi" dərsliyinin (rusca) hazırlanmasında iştirak etmişdi.

Yeni çağın yeni tələbləri

[redaktə | mənbəni redaktə et]

1988-ci ildə ölkədə ictımai-siyasi vəziyyət məcrasından çıxdı və ali məktəblər. onların tələbə və professor-müəllim kontingentlərı siyasi dalğanın aparıcı ünsürlərindən bırınə çevrildilər. Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etməsini alqışlayanlardan biri də professor Əsəd Dilbazov idı.Azərbaycanın müstəqil dövlət olaraq ınkişaf yoluna çıxdığı mürəkkəb siyasi və iqtisadi şəraitdə bir düşüncə adamı olaraq, ölkəsinin iqtisadı tarixinin tədris olunması məsələsinİ irəli sürmüş və bununla bağlı xüsusi tədris proqramı hazırlamışdı. indi Azərbaycanınn suverenlik qazandığı, onun yeni iqtisadı sistemə qədəm qoyması ilə iqtisadiyyatının inkişaf yönümünün tədriclə köklü sürətdə dəyişdiyi və yeni istiqamət aldığı bir şəraitdə, o, bir iqtisadçı alim kimi bu sahədə vəzifə borcunu uğurla yerinə yetirməyə çalışırdı. Hələ bazar iqtisadiyyatına keçidin ilk vaxtlarından başlayaraq, bu problemlərə dair mütəmadi şəkildə elmi araşdırmalar aparmağa başlamış, təklif və tövsiyələr irəli sürmüşdü. 2002-ci ildə anadan olmasının 75 illiyi münasıbəti ilə ölkə prezidentinin fərmanı ilə "Şöhrət Ordeni" ilə təltif edılməsi ısə onun elmi fəalıyyətınə dövlətın verdıyı ən yüksək qiymət idi. Bu yubiley onun çalışdığı Azərbaycən Dövlət İqtisad Unversitetinin kollektivi tərəfindən hörmətlə qeyd edilmişdı. Ömrünün son gününə qədər bu elm və tədris müəssisəsində Azərbaycan tarixi kafedrasının məsləhətçi-professoru olaraq elmi-pedaqoji fəaliyyətini davam etdirirdi.

http://www.dilbazi.az[ölü keçid]