Rüstəmbəyov Əsəd bəy Fətulla bəy oğlu (2 sentyabr 1911, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası - Bakı, Azərbaycan SSR, SSRİ, 17 oktyabr 1982) — mühəndis, Azərbaycan alimi, neft və qaz quyu qazıması sahəsində mütəxəssis. Texnika elmləri namizədi (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1960). SSRİ-nin fəxri neftçisi (1971).[1]
Əsəd bəy Rüstəmbəyov | |
---|---|
Əsəd bəy Fətulla bəy oğlu Rüstəmbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Atası | Fətulla bəy Rüstəmbəyov |
Anası | Turan xanım Kərim bəy qızı Mehmandarova |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Əsəd bəy Fətulla bəy oğlu 2 sentyabr 1911-ci ildə Şuşada anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir (İNDİKİ Azərbaycan Neft Akademiyası). Rüstəmbəyov dərin və çox dərin qazımanın texnologiya məsələlərinə dair tədqiqat işləri aparmışdır. Azərbaycanda, Başqırdıstanda yüksək məhsuldar yeni yataqların kəşfində və işə salınmasında fəal iştirak etmişdir.[1]
Rüstəmbəyov Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, həmçinin Azərbaycanın müxtəlif rayonlarındakı mütəxəsislərinin təkmilləşdirilməsi prosesində, yeni texnika və texnologiyanın tətbiqi işində iştirak etmişdir.
Bir sıra elmi əsər və ixtiranın müəlifidir.
8 orden və medallarla təltif olunmuşdur.
17 oktyabr 1982-ci ildə Bakıda vəfat etmişdir.[1]
Atası Fətulla bəy Rüstəmbəyov Salyanın məşhur bəy nəsli olan Rüstəmbəyovlar nəslindəndir. Fətulla Rüstəmbəyov ilk azərbaycanlı mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin bərpası və texniki cəhətdən yenidən qurulmasının təşkilatçılarından biri olmuşdur. O, Azərneftin Dəniz Komitəsinə başçılıq edərək, sualtı neft sahələrinin işlənilməsində, dəniz neft mədənlərinin inkişafında böyük əmək sərf etmişdir.[1]
Bacısı Aliyə Rüstəmbəyova İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim olmuşdur.[2]
Anası Turan xanım Mehmandarova Şuşanın məşhur Mehmandarovlar ailəsindən olan, həkim Kərim bəy Mehmandarovun qızı olmuşdur. Turan xanımın anası Qacar şahzadələrindən olan Bəhmən Mirzə Qocanlı Qacarın qızı Zəri xanım idi.