Əsas kapital (ing. Capital assets) - İstehsal potensialını təyin edən mühüm göstərici kimi, əmək vasitələrinin dəyərində əks olunur. Milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar, həm də ümumi təkrar istehsal prosesinin həlledici şərti, əmək məhsuldarlığını, istehsalın səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi də çıxış edir. Onun spesifik əlaməti müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərini
tədricən hazır məhsulun üzərinə köçürülməsindədir. Bu çox dəyərli proses nəticəsində nizamnamə kapitalı avanslaşdırılır, əsas kapitalın pula, onun da yenidən əsas kapitala çevrilməsi reallaşır. Azərbaycanda qanunvericiliyə uyğun olaraq istifadə müddəti bir ildən çox olan və dəyəri 100 manatdan çox olaraq amortizasiya edilməli olan maddi aktivlər. [1]