Əsgər Həsənov

Əsgər Həsənov (Əsgər İsmayıl oğlu Həsənov; 16 dekabr 1971 - 20 noyabr 1992) — Qarabağ müharibəsi şəhidi.

Əsgər Həsənov
Əsgər İsmayıl oğlu Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Malbinəsi, Yevlax rayonu, Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Qarabağ, Azərbaycan
Dəfn yeri Malbinəsi, Yevlax rayonu, Azərbaycan
Vətəndaşlığı
Atası İsmayıl Həsənov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1992
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Əsgər İsmayıl oğlu Həsənov 16 dekabr 1971-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuşdur. Orta məktəbi həmin kəndin məktəbində bitirdikdən sonra o, hərbi xidmətə yollanmışdır. Xidməti başa vurduqdan sonra Əsgər doğulduğu kəndə qayıtmışdır. Bir müddət rabitə qovşağında işləyir. Bu zaman Birinci Qarabağ müharibəsi başlayır. 1992-ci ildə Əsgər könüllü cəbhəyə yollanır. Ağdərə rayonunun Canyataq, Gülyataq, Sırxavənd, Çıldıran və bir çox kəndlərinin müdafiəsində vuruşur. Əsgər Həsənov 20 noyabr 1992-ci ildə döyüş tapşırığını yerinə yetirdikdən sonra kəşfiyyatdan qayıdarkən minaya düşərək şəhid olmuşdur. O, doğulduğu Yevlax rayonunun Malbinəsi kəndində torpağa tapşırılmışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şəhidlər - YEVLAX ŞƏHƏR İcra Hakimiyyəti.
  2. Yevlax rayon Malbinəsi kənd Şəhid Əsgər Həsənov adına Uşaq Musiqi Məktəbi Arxivləşdirilib 2021-01-17 at the Wayback Machine.