Əsgər Yevtıx

Əsgər Qədirbəyeviç Yevtıx[1] (rus. Аскер Кадербечевич Евты́х; 25 sentyabr 1915, Xatukay[d], Şimali Qafqaz diyarı[d]14 noyabr 1999) — adıgey yazıçısı.

Əsgər Yevtıx
Doğum tarixi 25 sentyabr 1915(1915-09-25)
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1999(1999-11-14) (84 yaşında)
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Fəaliyyəti yazıçı, şair, tərcüməçi
Janrlar roman, povest[d], hekayə, şeir
Mükafatları "Vətən Müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Əsgər Qədirbəyeviç Yevtıx 25 sentyabr 1915-ci ildə Kuban vilayətinin (indiki Adıgeya) Xatukay kəndində kəndli ailəsində anadan olmuşdur.[2] O, 1938-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Yevtıx 1939-cu ildən Böyük Vətən müharibəsi başlayana qədər Moskvada Dövlət Teatr İnstitutunda müəllim işləmişdir. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. Yevtıx 1941-ci ildən Qızıl Ordu sıralarında xidmət etmiş, 1942-ci ildən isə "Qələbə uğrunda" qəzetinin ədəbi əməkdaşı olmuşdur. O, 1943-cü ildən Qara Dəniz Donanmasının siyasi idarəsinin yazı qrupunun üzvü olmuş, Qafqaz, Odessa, Krım, Yassko-Kişinyov uğrunda gedən döyüşlərdə iştirak etmişdir.[3] Yevtıx II dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir.

  1. Адыҝе Мухтар Вилајәти. Мәдәнијјәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 121–122.
  2. Памятные даты по Республике Адыгея на 2010 год. — Национальная библиотека Республики Адыгея. — Майкоп, 2009
  3. Писатели Москвы — участники Великой Отечественной войны. М. 1997.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]