Əsgər atası (film, 1964)

"Əsgər atası" (gürc. ჯარისკაცის მამა) — rejissor Rezo Çxeidzenin filmi.

Əsgər atası
gürc. ჯარისკაცის მამა
Janr dram
müharibə
Rejissor Rezo Çxeidze
Ssenari müəllifi Suliko Jqenti
Baş rollarda Serqo Zakariadze
Vladimir Privalsev
Operatorlar Lev Suxov
Arçil Filipaşvili
Bəstəkar Sulxan Sinsadze
İstehsalçı "Gürcüstanfilm" kinostudiyası
İlk baxış tarixi 1965, Bakı, Azərbaycan SSR[1]
Filmin növü tammetrajlı bədii film
Müddət 92 dəq.
Ölkə SSRİ SSRİ
Dillər rus dili, gürcü dili
İl 1964
Rəng ağ-qara
IMDb ID0169828

1942-ci ilin yayı. Qoca gürcü kəndli Georgi Maxaraşvili (Serqo Zakariadze) öyrənir ki, tankçı oğlu müharibədə yaralanıb və hospitala düşüb. Bütün müharibə boyu gününü yaralı oğlunu tapmaq ümidi ilə keçirir. Bu fikirlə yola çıxan atanın başına yolda çox hadisələr gəlir. İş elə gətirir ki, oğul sağalır və yenidən cəbhəyə yola düşür. Bir müddət sonra Georgi özü də əsgər olur və döyüş yoldaşları ilə birlikdə Berlinə qədər gedib çıxır. Yalnız müharibənin sonlarında Georgi oğlu ilə qeyri-adi vəziyyətdə görüşə bilir. Oğul yaralı halda atasının qolları üstə həlak olur.

  • Filmin rənglənmiş versiyasının ilk nümayişi Moskvada, ikinci nümayişi isə 2013-cü ildə Bakıda olmuşdu.[2]
  • 1965-ci ildə Ən yaxşı kişi roluna görə Moskvada Serqo Zakariadzeyə mükafat
  • 1965-ci ildə aktyor Serqo Zakariadzeyə Lenin Komsomolu mükafatı
  • 1966-cı ildə Serqo Zakariadzeyə Lenin mükafatı
  • 1966-cı ildə rejissor Rezo Çxeidzeyə "Kapitol Yupiteri" mükafatı
  • 1970-ci ildə rejissor Rezo Çxeidzeyə Gürcüstan SSR-in Lenin Komsomolu mükafatı

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Suliko Jqenti
Quruluşçu rejissor: Rezo Çxeidze
Operatorlar: Lev Suxov, Arçil Filipaşvili
Rəssamlar: Zurab Medzmariaşvili, Nika Kazbegi
Bəstəkar: Sulxan Sinsadze
Səs operatoru: D.Lomidze
İkinci rejissor: Temo Mikadze
Montaj rejissoru: V.Dolenko
Qrim rəssamı: T.İvaşşenko
Geyim üzrə rəssam: N.Mancqaladze
İkinci operator: L.Namqalaşvili
Rejissor assistentləri: E.Jqenti, K.Areşidze, M.Magiriya
Montaj üzrə assistent: N.Şoşitayşvili
Operator assistentləri: Q.Caparidze, K.Qvasaliya, M.Avaliani
Baş hərbi məsləhətçi: İ.Vladimirov (general-leytenant)
Çalır: Gürcüstan radio və televiziyasının simfonik orkestri
Dirijor: L.Kiladze
Redaktorlar: A.Maxaradze, M.Saralidze
Filmin direktoru: Şota Laperadze
Serqo Zakariadze — Georgi Maxaraşvili
Vladimir Privalsev — Nikiforov
Aleksey Nazarov — Arkadi Yerşov
Aleksandr Lebedev — Nikolay Nazarov
Vladimir Kolokolsev — Qrişa
Yura Drozdov — Borya
İvan Kosıx — bayançalan
Vitya Kosıx — Vasya
Viktor Uralski — əlil matros
Ketevan Boçorişvili — Mariya
Vladimir Pisek — hospitalın qeydiyyatçısı
Pyotr Lyubeşkin — general
T.Sapojnikova — döyüşçü qız
Nikolay Barmin — polkovnik
İnna Vıxodseva — Vasyanın anası
Romuald Vildan — cərrah
B.Qoginava
V.Jarikov
V.Kulik
Giya Kobaxidze — Qoderdzi Maxaraşvili
İ.Kokraşvili
Yelena Maksimova — ev sahibəsi
Radner Muratov — leytenant
V.Mizin
İ.Nijaradze
L.Zqvauri
A.Starsev
F.Stepun
J.Kvitayşvili
Aleksandra Denisova — müəllimə
  1. "Rezo Çxeidze və "Əsgər atası" yenidən Bakıda". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
  2. İxtiyarqızı, N. “Əsgər atası” 48 il sonra yenidən Bakıda: Gürcü rejissorun məşhur filmi rəngli versiyada nümayiş olundu: [Nizami Kino Mərkəzində tanınmış gürcü rejissoru, SSRİ Xalq artisti Rezo Çxeidzenin] //Mədəniyyət.- 2013.- 22 may.- səh. 4.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 491.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]