Rezo Çxeidze

Rezo Davidoviç Çxeidze (gürc. რევაზ ჩხეიძე; 8 dekabr 1926, Kutaisi3 may 2015[1], Tbilisi) — Gürcüstan kinorejissoru, SSRİ Xalq artisti[2]

Rezo Çxeidze
gürc. რევაზ ჩხეიძე
Doğum adı რევაზ ჩხეიძე
Digər adı Revaz Çxeidze
Doğum tarixi 8 dekabr 1926(1926-12-08)
Doğum yeri
Vəfat tarixi 3 may 2015(2015-05-03)[1] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti aktyor, kinorejissor, ssenarist, siyasətçi, teatr pedaqoqu[d], film prodüseri
Fəaliyyət illəri 1953-cü ildən
Təhsili
Mükafatları "Lenin" ordeni "Şərəf nişanı" ordeni

"SSRİ xalq artisti" fəxri adı"Lenin" mükafatı
IMDb ID0158523
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rezo Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə Kutaisidə anadan olmuşdur.

1943-1946-cı illərdə Çxeidze Şota Rustaveli adına Tbilisi teatr institutunun rejissorluq fakültəsində oxumuşdur. 1953-cü ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirmişdir. Onun sənət müəllimi Mixail Romm olmuşdur.

1953-cü ildə Çxeidze öz ssenarisi əsasında "Boris Pançadze" sənədli filmini çəkir. 1954-cü ildə Tengiz Abuladze ilə birlikdə o, iki sənədli film çəkir. 1955-ci ildə o, "Maqdananın Lurcası" filmini çəkir və 1956-cı ildə bu filmə görə Kann kinofestivalında mükafat alır.

Rezo Çxeidze "Əsgər atası" filminə görə Gürcüstanın Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1980-ci ildə SSRİ xalq artisti adını və 1986-cı ildə "Sənin oğlun – Torpaqdır" filminə görə Lenin mükafatını almışdır.

2013-cü ildə "Əsgər atası" filminin yeni texnologiya ilə rəngli bərpa olunmuş variantının Bakıda nümayişi olmuş və rejissor bu mərasimdə şəxsən iştirak etmişdir[3].

  1. Maqdananın Lurcası (film, 1956)
  2. Bizim həyət (film, 1956)
  3. Sxnetili Mayya (film, 1960)
  4. Xəzinə (1961)
  5. Dəniz yolu (1962)
  6. Əsgər atası (film, 1964)
  7. Tinglər (film, 1972)
  8. Torpaq, sənin oğlun (film, 1980)
  9. Don Kixot və Sançonun rəvayəti (1988)
  1. 1 2 IMDb (ing.). 1990.
  2. İxtiyarqızı, N. “Əsgər atası” 48 il sonra yenidən Bakıda: Gürcü rejissorun filmi rəngli versiyada nümayiş olundu: [Nizami Kino Mərkəzində gürcü rejissoru, SSRİ Xalq artisti Rezo Çxeidzenin] //Mədəniyyət.- 2013.- 22 may.- S. 4.
  3. "Nazir "Əsgər atası"nın rejissoru ilə görüşdü". 2013-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]