Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli film[1].
Əsgərlər unudulanda ölürlər | |
---|---|
Janr | sənədli film |
Rejissor | Rövşən Almuradlı |
Prodüser | Arif Əliyev |
Əsərin müəllifi | Arif Əliyev |
Ssenari müəllifi | Arif Əliyev |
Operator | Rafiq Əliyev |
Bəstəkar | Vaqif Gərayzadə |
İstehsalçı | Aranfilm |
İlk baxış tarixi | 20 noyabr 2018 |
Filmin növü | tammetrajlı sənədli film |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2018 |
Bölüm sayı | 1 hissə |
Çəkiliş yeri | Azərbaycan |
Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış[2] bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur[3].
Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır[1].
Filmin çəkilişləri dörd ay davam etmişdir[1]. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır[1].
Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir[1]. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir[3].
Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur[3].
20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir[3].
Təqdimatla bağlı ən üzücü hadisə 2019-cu ilin 2 aprel tarixində olmuşdur. Belə ki, həmin gün səhər saatlarında şəhərin Sülh küçəsində Qubaya rejissoru olduğu "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatına getməyə hazırlaşan Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşir. Əraziyə dərhal təcili tibbi yardım çağırılır. Lakin o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir[4].