Ət və sümük (ing. Flesh and Bone) - Moira Uolli Bekket tərəfindən yaradılmış ABŞ dram miniserialıdır.[1] Serialın premyerası 8 noyabr 2015-ci ildə Amerikan kabel televiziyası olan Starz-da baş tutmuşdur.[2] Etan Steyfel serialın xoreoqrafı və məsləhətçisi olmuşdur.[3]
Ət və Sümük | |
---|---|
Flesh and Bone | |
| |
Janr | dram |
Rejissor |
Devid Miçod Coşua Marston Stefan Şvartz Nelson MakKormik Adam Devidson Sem Miller Alik Saxarov |
Operator |
|
Yaradıcısı | Moira Uolli-Bekket |
Ssenarist |
Moira Uolli-Bekket Adam Repp Devid Vayner Ceymi O'Brayen Bronuin Qarriti |
Rollarda |
Sara Hey Ben Deniels Emili Tira İrina Dvorovenko Deymon Herriman Coş Helman Reyçel Dayan Veyner Sasşa Radetski Karell Vilyams |
Bəstəkar |
Deyv Porter (film musiqisi) Adam Kristal (balet bəstəkarı) |
İstehsalçı ölkə | ABŞ |
Dil | ingiliscə |
Növü | mini-serial |
Seriya sayı | 8 |
Seriya vaxtı | 60 dəq. |
Davametmə müddəti | 8 noyabr 2015 - 27 dekabr 2015 |
Telekanal | Starz |
IMDb | ID3507484 |
starz.com/originals/fles… | |
Vikianbarda əlaqəli mediafayllar |
Amerikan Balet Kompaniyasının banisi və bədii direktoru Pol Qreyson bu məkanı dünyanın ən nüfuzlu balet şirkətlərindən birinə çevirmək istəyir. Lakin, iş ortağı və partnyorunun ölümündən sonra depressiya yaşayan Pol gənc balerun Treylə əlaqəyə girir. Bu dövrdə Pittsburqdakı evlərindən qaçaraq Nyu-Yorka gəlmiş gənc balerina Kler işə düzəlmək üçün şirkətə müraciət edir. İlk görüşdəcə Klerin istedadını başa düşən Pol balet truppasının uğurlu gələcəyini bu gənc qız üzərində qurmağa qərar verir. Mövsümün başlamasına az qalmasına baxmayaraq, Pol artıq planlaşdırılmış cədvəldən imtina edir. “Jizel” baleti təxirə salınır. Bunun əvəzinə iki kiçik balet səhnələşdirilməsi, baş rolunu prima balerina Kira Kovalın canlandıracağı “Rubinlər” baleti və baş rolunu Kler Robbinsin canlandıracağı modern üslüublu bir baletin təqdim edilməsi qərara alınır.
Kira Koval onun yerinə hansısa gənc balerinanın baş rola seçilməsini qəbul etmək istəmir. Lakin, psixoloji vəziyyəti və ayağındakı yaralar ona özünü layiqli şəkildə göstərməyə imkan vermir. Ağrıları hiss etməmək üçün Kira müxtəlif narkotiklərdən istifadə edir. Lakin, nəhayət Klerin baletlərdən birində əsas rolu canlandırmasına razılıq verir.
Lakin, gənc balerina Klerin də ciddi psixoloji problemləri var. Belə ki, onun qardaşı ilə olan insest əlaqəsinə görə evdən qaçdığı məlum olur. Buna baxmayaraq, Kler özünə hakim ola bilmir və qardaş ilə yenidən görüşür. Klerin qardaşı Brayan onu axtarmaq üçün Nyu-Yorka gəlir. Burada o, Klerin yaşadığı evin qapıçısı Romeo ilə tanış olur. Həmin müddətdə Kler balerinalardan biri olan Dafne ilə birlikdə yerli gecə klublarından birində striptiz göstərərək pul qazanmağa başlayır. Balet truppasının çətin maddi vəziyyətində həmin gecə klubunun rəhbəri Sergey truppaya sponsorluq eləməyə razılaşır.
Həyata xüsusi baxışı olan Romeo Merqeri Vilyamsın “Yumşaq dovşan” əsəri əsasında xeyirlə-şərin, qaranlıqla zülmətin mübarizəsindən bəhs edən nağıl yazır. Kler ilə söhbət zamanı isə Romeo nağılın baş qəhrəmanı olan şahzadənin Kler olmasını, onun əjdahaya qalib gəlməli olduğunu bildirir.
Kler baş rolda çıxış edəcəyi baletin premyerasına qardaşını da dəvət edir. Yenidən Nyu-Yorka gələn Brayan bacısına aralarındakı münasibətə son qoymalı olduqlarını deyir, uzaq bir ölkəyə köçməyi planlaşdırdığını bildirir. Klerin çıxışı zamanı Romeo dəniz sahilində düşünən Brayanı boğazını kəsərək öldürür. Premyera uğurla baş tutur, Kler hər kəsi ovsunlaya bilir, “Rubinlər” baletində isə Kiranın yerinə əsas rolu Dafne ifa edir.
Starz telekanalı serialın ilk seriyasını 2 noyabr 2015-ci ildə onlayn təqdim etmiş, qalan yeddi seriya isə 8 noyabr 2015-ci ildə təqdim olunmuşdur.
Serialda No. |
Ad | Rejissor | Ssenari | Orijinal efir vaxtı | ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|
1 | "Çəkmə vasitəsiylə" | Devid Miçod | Moira Uolli Bekket | 8 noyabr 2015 | 0.190[5] |
21 yaşlı balerina Kler Robbins Pitsburqda yerləşən evindən və ailəsindən qaçaraq gizlincə Nyu-Yorka gəlir. Burada o, ilk növbədə işə düzəlmək üçün “Amerika Balet Kompaniyası”na üz tutur. Burada o, Pol Qreyson tərəfindən yoxlandıqdan sonra işə götürülür. O, elə həmin şirkətdə işləyən balerina Miya Billi ilə bir evdə yaşamağa başlayır və qapıçı olan Romeo ilə tanış olur. Kler Miyaya qardaşı Brayanın Əfqanıstanda hərbi qulluqdan qayıtması və artıq evin qayğısını çəkməsindən danışır. Məlum olur ki, balet şirkəti maddi çətinliklərlə üzləşib. İlk gündə Kler şirkətin ikinci solisti olan Dafne Kensinqtonla, daha sonra prima balerina Kira Kovalla tanış olur. Klerin istedadını görən Pol Qreyson yeni mövsüm üçün səhnələşdirilməsi nəzərdə tutulmuş “Jizel” baletini təxirə salaraq, yeni balet səhnələşdirmək və ona əsas rol vermək qərarı alır. Polun balerinaları sponsorlar üçün verilən ziyafətə çağırmasından sonra Kler Dafnedən geyim və ayaqqabı alır. Dafne Kleri özü ilə işlədiyi gecə klubuna aparır. Məlum olur ki, zəngin atanın qızı olmasına baxmayaraq öz hesabına yaşamağa üstünlük verən Dafne baletdən sonra, gecə klubunda striptiz də göstərir. Kler klubun rəhbəri Sergeylə tanış olur. Pol sponsor Loranla danışaraq onu Jizelin yerinə yeni baletin səhnələşdirilməsinə razı salır. Ziyafətdə Pol Kleri Loranla tanış edir və onun fikrini cəlb etməyə sövq edir. Pol, şirkətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, yeni baletin səhnələşdiriləcəyini elan edir. Qardaşı Brayan Klerə zəng edərək, harda olmasını soruşur və onun səsini eşidərək masturbasiya edir. | |||||
2 | "Top alafı" | Coşua Marston | Moira Uolli-Bekket | 15 noyabr 2015 | 0.147[6] |
Brayan bacısını tapmaq üçün Nyu-Yorka yola düşür. Kler Romeo ilə normal ünsiyyət saxlamağa başlayır. Novator xareoqraf Toni Kanavanın Klerin iştirakı ilə səhnələşdiriləcək yeni baletin üzərində işləməsi qərara alınır. Polun vəfat etmiş sevgilisi və iş ortağı Cefferi üçün darıxan sentimental insan olması üzə çıxır. Truppanın yeni mövsümdə sponsoru olan Loran Kler üçün hədiyyə olaraq ayaqqabı göndərir. Pol Kiraya Corc Balançinin “Rubinlər” baletində əsas rol oynayacağını, yeni baletin əsas rolunun isə Kler üçün nəzərdə tutulduğunu deyir. Kira depressiv psixoloji vəziyyətdən çıxmaq və ayağındakı yaraların ağrısını hiss eləməmək üçün narkotiklərdən istifadə edir. Kler əsas rol oynamasına baxmayaraq, kardabalet müqaviləsi oluğuna görə, prima balerinadan az maaş alacağını öyrənir. Pol bu rolun onun üçün vəzifə yüksəlişi yox, özünü göstərmək üçün şans olduğunu bildirir. Romeo Klerə kitab yazdığını deyir. Romeo Marqeri Vilyamsın “Yumşaq dovşan” romanını oxumaq üçün Klerdən alır. Axşam Loranla görüşə gedərkən Romeo sakitləşmək üçün Klerə həb verir. Həb və şərabın təsiri ilə sərxoş olan Kler görüşdə özünü yaxşı aparmır. Görüşdən sonra Loran sekslə məşğul olmaq üçün Kleri otel otağına aparsa da Kler əlini boğazına soxaraq özünü qusmağa məcbur edir. Brayan Nyu-Yorka çatır. | |||||
3 | "Tanıma" | Stefan Şvartz | Adam Rapp | 22 noyabr 2015 | 0.130[7] |
Otel otağında baş verən hadisələrdən sonra Loran balet truppasına sponsorluq etməkdən imtina edir. Qəzəblənən Pol Kleri qovur. Maddi dəstək tapmaq üçün Pol Dafneyə atasından kömək etməyi istəməsini xahiş edir. Əvəzində onun truppada mövqeyinin yüksəldiləcəyini bildirir. Atası ilə görüşən Dafne ondan pul istəməyə utanır. İş zamanı gecə klubunun rəhbəri Sergeylə danışan Dafne onu bir dəfə anonim sponsor kimi truppanı maliyyələşdirməyə razı sala bilir. Nyu-Yorka gələn Brayan bütün balet şirkətləri ilə əlaqə saxlayaraq, nəhayət ki, bacısının “Amerika Balet Kompaniyası”nda işlədiyini öyrənir. Şirkətə gələn Brayan onun ünvanını da alır və evinə gəlir. Kler Dafnenin işlədiyi gecə klubunda səhnəyə çıxmağa başlayır. | |||||
4 | "Qara Buqi" | Nelson MakKormik | Devid Veyner | 29 noyabr 2015 | 0.124[8] |
Kler qardaşı Brayana onun evindən və həyatından getməli olduğunu deyir. Brayan Miya ilə cinsi əlaqədə olur. Evə gələn Kler Miyanın Brayana minet elədiyini görür. Pol əsas balerun Rossla məşq edərkən ona sekslə məşğul olmaq üçün işarələr versə də, istəyinə qarşılıq almır. Növbəti gün Rubinlər baletində Kiranın tərəf müqabilinin Ross yox Trey adlı başqa bir balerun olacağı elan edilir. Ross bunun imtinaya görə baş verdiyini anlayır. Şirkətin meneceri olan Cessikanın maddi problemlərinin olması ortaya çıxır. Belə ki, həyat yoldaşından ayrılan Cessika qızı ilə tək yaşayır və həyat yoldaşı hətta uşağın bağça xərclərini də ödəməyə kömək etmir. Toni Kanava Pola Klerin emosional olaraq rolun öhdəsindən gələ bilmədiyini və hansısa probleminin olduğunu deyir. Gecə klubunda Kler müştərilərdən biri ilə yaxın ünsiyyətə başlayır. Brayan Klerin gecə klubunda işlədiyini öyrənərək oraya gəlir və dava salır. Cangüdənlər onu döyərək klubdan uzaqlaşdırılar. | |||||
5 | "M.I.A." | Adam Devidson | Ceymi O'Brayen | 6 dekabr 2015 | 0.122[9] |
Pol Klerin psixoloji və ya məişət problemi səbəbindən rola tam daxil ola bilməməsi qərarına gəlir. Buna görə də, onunla danışaraq nə yolla olur olsun problemini həll etməli olduğunu deyir. Daha sonra üç il əvvəl nəyə görə Pittsburqdakı balet məktəbindən yarımçıq ayrılmasını söruşur. Kler buna ailədə problemlərin səbəb olduğunu bildirsə də, konkret hansı problemdən bəhs elədiyini açıqlamır. Miya vitamin çatışmazlığı səbəbindən gözündə problemlər olmasından şikayət edir. Lakin, həkim görmə zəifləməsinə təkcə dietanın səbəb olmadığını, həm də Miyanın skelerozdan əziyyət çəkməsini deyir. | |||||
6 | "F.U.B.A.R." | Sem Miller | Adam Rapp | 13 dekabr 2015 | 0.073[10] |
Miladı qeyd eləmək üçün hamı Polun evinə yığışır. Burada Pol Treyin truppada mövqeyinin yüksəldilməsinin onunla olan romantik əlaqəsindən qaynaqlanmadığını deyir. Ross yenidən öz mövqeyini qaytarmaq üçün Pola seksllə məşğul olmağı təklif etsə də, rədd cavabı alır. Kler qardaşına zəng edərək, gəlib onu Pittsburqdakı evlərinə aparmasını xahiş edir. Pittsburqda qəddar və yaşlı atanın evində dözülməsi çətin şəraitin olması görünür. Həmçinin Kler və Brayan arasında insest münasibətin olması, Klerin gizlətdiyi əsas sirrin də bu olması ortaya çıxr. Kler məhz bu münasibətlərə son qoymaq üçün qardaşının hərbi qulluqdan qayıtmasına az qalmış evdən qaçır və sonra da onunla görüşməməyə çalışır. Lakin, sonda özünü saxlaya bilmir. Sergey Dafneyə truppaya sponsorluq etməsinə görə heç təşəkkür də almadığınıı deyir, Dafne isə bu yaxşılığın anonim qalmalı olduğunu bildirir. Miyanın anası onun yanına gəlir. Romeo pis hala salınmış vəziyyətdə “Yumşaq dovşan” əsərini Klerə qaytarır və “Qan artıq suya qarışıb” deyə qışqırmağa başlayır. İntahar etməyə çalışan Miya xəstəxanaya yerləşdirilir. | |||||
7 | "Tam geyim" | Alik Saxarov | Brovin Qarriti | 20 dekabr 2015 | 0.116[11] |
Kler Miyanın skelerozdan əziyyət çəkməsini öyrənir və bunu heç kimə deməyəcəyinə söz verir. Baletlərin səhnələşdirilməsində şirkət yenidən maddi problemlə üzləşir. Bu zaman Pol Cessikanın şəxsi maddi ehtiyaclarını qarşılamaq üçün də şirkətin hesabından istifadə etdiyini öyrənir. Cessika yenidən maddi dəstək almaq üçün Dafnenin atası ilə əlaqə saxlasa da, truppaya sponsorluq edənin sergey olduğunu öyrənir. Sergeylə görüşən Cessika bir qədər də məbləğ əldə etməyə nail olur. Əvəzində Sergeyin adının əsas sponsor kimi çəkilməsini, həmçinin o və dostlarının balet premyerasına dəvət olunmasını istəyir. Kira və polun münasibətləri daha da kəskinləşir. Sınaq baxışı zamanı, Kira Klerdən zəif oynadığını etiraf edir və baletlərdən birində əsas rolu Klerə verməyə razılaşır. Rubinlər baletində əsas rolu isə özündə saxlayır. Kler qardaşına zəng edərək onu baletin premyerasına çağırır. | |||||
8 | "Yanmış yer" | Alik Saxarov | Moira Uolli-Bekket | 27 dekabr 2015 | 0.093[12] |
Kler Romeonu çağıraraq onunla kitabı pis hala saldığına görə kobud danışmasına peşman olduğunu bildirir və üzr istəyir. Romeo Klerə onun yazdığı nağılın əsas qəhrəmanı – şahzadə olduğunu və dünyanı əjdahadan xilas etməli olduğunu deyir. Romeo butulka qapaqlarından özünə geyim hazırlayır. Brayan atasını evdə tək qoyaraq Nyu-Yorka gedir. Pol balet truppasını plandan kənar məşqə yığır. Kira Koval məşqə gəlmədiyindən, onun Rubinlər baletindəki rolunu Dafne oynamalı olur. Pol Kleri dəstəkləyərək sakitləşdirməyə çalışır. Paltar dəyişmə otağında Dafne Rossa premyeranın uğurla başa çatmasından sonra minet söz verir. Ross isə, hər şeyin uğurla başa çatacağı halda bu işdən alınan həzzin hər şeydən daha üstün olduğunu bildirir. Kler Nyu-Yorka gəlmiş qardaşını yenidən evində qəbul edir. Qardaşı aralarındakı insest münasibətə son qoymalı olduqlarını deyir. Nə evə qayıtmayacağını, nə də onun yanında qalmayacağını, çox uzaqlara getməyi planlaşdırdığını deyir. Sergey premyeraya rus mafiyasının nümayəndələri ilə gəlir. Birinci “Rubinlər” baleti təqdim edilir. Baletin səhnələşdirildiyi vaxt. Kira Koval hamilə qalmaq üçün əri ilə yatır. Daha sonra, Klerin əsas rolu canlandırdığı “Dakini” baleti təqdim edilir. Qardaşı ilə baş verən qarşıdurmadan sonra Kler diqqətini cəmləşdirməkdə çətinlik çəkir. Səhnəyə çıxmağa beş dəqiqə qalmış ayaqqabılarının içərisinə doldurulmuş şüşə qırıqlarının onu yaraladığını öyrənən Kler buna fikir vermir. Bunu kimin etdiyini bilməsə də hadisə onu çox qəzəbləndirir. Onu istəməyənlərin arzusunun gerçəkləşməməsi üçün Kler mümkün qədər yaxşı oynamağa çalışır. Baletin səhnələşdirildiyi vaxt, bacısının evini tərk edən Brayan fikirləşmək üçün dəniz kənarına gəlir. Burada onu dəmir butulka qapaqlarından hazırladığı paltarı geyinmiş Romeo tapır və bıçaqla boğazını kəsərək öldürür. Romeo əjdahanın ölməli olduğunu bildirir. Sonda güzgü qabağında dayanmış Klerin yanıan gələn Pol ona deyir: “Mənə nə hiss elədiyini de”, Kler isə yenə də hisslərini gizlədərək “Yox” cavabını verir. |
“Ət və Sümük” tənqidçilərdən əsasən müsbət və ya qarışıq rəylər almışdır. Rotten Tomatoes aqqreqatorunda 60%, “təzə” bal alan serial, 35 rəy əsasında 10 xaldan 5.9 xalla qiymətləndirilmişdir. Saytın konsesusunda deyilir: “Qadın münasibətlərinin detallı təsviri və peşəkar baletin realistik təsviri “Ət və Sümük” serialını baxımlı etsə də, çatışmazlıqların olması da diqqət çəkir.”[13] Metacriticdə 19 tənqidçinin rəyinə əsasən seriala 100 xaldan 52 xal verilir, rəylər isə “qarışıq və ya müsbət” kimi qiymətləndirilir.[14]
2016-cı ildə serial Orijinal Uzun Forma nominasiyasında Amerika Yazıçılar Gildiyasının Mükafatına namizəd göstərilmişdir.[15] 73-cü Qızıl Qlobus mükafatlarının təqdim edilmə mərasimində serial Televiziyada Ən Yaxşı Limitli Serial və ya Bədii Film və Televiziyada Limitli Serial və ya Bədii Filmdə Ən Yaxşı Aktrisa (Sara Hey) nominasiyalarında mükafata namizəd göstərilmişdir.[16] Mükafatların tam siyahısı aşağıdakı cədvəldə təqdim edilir:
Mükafat və nominasiyaların siyahısı[17] | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|