İqor Stravinski

İqor Fyodoroviç Stravinski (rus. Игорь Фёдорович Стравинский; 5 (17) iyun 1882[1], Lomonosov, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[4][5][…]6 aprel 1971[2][3][…], Nyu-York, Nyu-York ştatı[3][5][…]) həm Qərb, həm də anadan olduğu Rusiyada bir çoxlarının XX əsrin ən böyük bəstəkarı hesab etdiyi rus bəstəkarı."Time" jurnalı Stravinskini XX əsrin ən nüfuzlu şəxsiyyətləri siyahısına daxil etmişdir. Bəstəkarlıqla yanaşı, Stravinksi həm də mahir pianoçu və dirijor kimi də dünya şöhrəti qazanmışdır.

İqor Stravinski
rus. Игорь Фёдорович Стравинский
Ümumi məlumatlar
Doğum tarixi 5 (17) iyun 1882[1]
Doğum yeri
Vəfat tarixi 6 aprel 1971(1971-04-06)[2][3][…] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • San-Mikel qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, pianoçu, librettoçu
Janrlar opera, simfoniya, kamera musiqisi, XX əsr klassik musiqisi[d]
Musiqi aləti piano
Albom şirkətləri Columbia Records
Təhsili
Üzvlüyü
Mükafatları Commander of the Military Order of Saint James of the Sword
əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stravinskinin bəstəkarlıq fəaliyyəti öz üslubi rəngarəngliyi ilə diqqət çəkir. Ona ilk şöhrəti Sergey Daygilev adlı impressario tərəfindən həvalə edilmiş üç baleti olmuşdur. Bu baletlər, yəni, "Alovquşu " (The Firebird) (1910), "Petruşka" (1911) və "Bahar mərasimi" (1913) Daygilevin Rus Baleti səhnəsində tamaşaya qoyulur. Premyerası iğtişaşla başa çatan Mərasim baleti ritmik quruluşa daha çox fikir verən əvvəlki nəsil bəstəkarların fikrinə təsir edir və günümüzə qədər bütpərəstlik mərasimi kimi qəbul olunan qədim Rusiyada baş verən hadisələri əks etdirən təcəssümü indiyə qədər tamaşaçıları valeh etdirməkdədir.

1920-ci illərdə Stravinski yaradıcılığının rus dövründən neoklassik dövrünə qədəm qoyur. Bu dövrə aid əsərlərində ənənəvi klassik musiqi formaları olan concerto grosso, fuga, simfoniyalardan istifadə edir, gərgin emosional anları soyuqluq və ya laqeydsizliyin səthi görüntüsü altında gizlədir və tez-tez Bax, Verdi, Çaykovski kimi ustad bəstəkarları anır.

Stravinski Rusiyanın Orenienbaum şəhərində anadan olmuş və Sankt-Peterbuqda böyümüşdür. Uşaqlıq illəri özünün dediyi kimi, ağır keçmişdir: "Rastıma heç vaxt məni doğrudan sevən birisi gəlməmişdir". Bəstəkarın atası Fyodr Stravinski Sankt-Peterburqun Marinki teatrında baş müğənni kimi çalışırdı. Gənc Stravinski tezliklə piano dərslərinə başlayır və bir qədər sonra musiqi nəzəriyyəsini öyrənməyə və əsər yazmağa da cəhd göstərir. 1890-cı ildə Stravinski Marinski teatrının səhnəsində Çaykovskinin "Yatmış gözəl" baletini seyr edir. Bu tamaşa Stravinskini məftun edir. On dörd yaşında o, Mendelsonun G minorda Paiano Konsertini öyrənir və növbəti il Aleksandr Qlazunovun simli kvartetlərindən birinin piano qısaltmasını öyrənir.

Musiqiyə olan hədsiz həvəsinə baxmayaraq valideynləri onu hüquqşünas görmək arzusu ilə yaşayırdılar. Stravinski bu səbəbdən 1901-ci ildə Sankt-Peterburq universitetinin hüquq fakültəsinə daxil olur. Hüquq elminə heç bir həvəsi olmayan Stravinski dörd illik təhsili müddətində əllidən də az dərsdə iştirak edir.1902-ci ildə atasının ölümündən sonra o artıq musiqi təhsili üzərində daha çox vaxt sərf etməyə başlayır. 1905-ci ilin yazında Qanlı Bazar günü hadisəsi səbəbindən Stravinski son imtahanları vermək imkanından məhrum olur və 1906-cı ildə yalnız yarım-dərəcəli diplom ala bilir. Bundan sora o diqqətini tamamilə musiqiyə yönəldir. O dövrün aparıcı rus bəstəkarı Nikolay Rimski-Korsakovun məsləhəti ilə Stravinski Sankt-Peterburq konservatoriyasına daxil olmaq fikrindən daşınır və əvəzində Rimski-Korsakovdan həftədə iki dəfə olmaqla fərdi dərslər götürməyə başlayır. Sonralar bu bəstəkar Stravinskinin ikinci atasına çevrilir.

Elə həmin il Stravinski dayısı qızı Katerina Nossekaya nişanlanır. Cütlük 1906-cı ilin 23 yanvarında evlənir və ilk övladları Fyodr və Lyudmila müvafiq olaraq 1907-cı, 1908-ci illərdə dünyaya gəlirlər.

Stravinski 1965-ci ildə

1909-cu ildə bəstəkarın "Feu d`artifice" ("Fişənglər") əsəri Sankt-Peterburqda səhnəyə qoyulur. Əsərin premyerasında iştirak edən Paris Rus Belletinin direktoru Sergey Daygilev Stavinski yaradıcılığına heyran qalır və bəstəkara bir orkestr və sonra bütöv bir balle sifarişi verir.

Stravinski 1910-cu ildə Fayerberd əsərinin premyerası üçün Parisə gedir. Bir qədər sonra bəstəkarın ailəsi də ona qoşulur və Stravinskilər bir müddət Qərbdə qalmağa qərar verirlər. Daha sonra bəstəkar İsveçrəyə gedir və 1920-ci ilə qədər burada qalır. Bu dövrdə Stravinski Rus Balleti üçün daha üç əsər – "Petruşka" (1911), "Le Sacre du printemps" ("Bahar mərasimi") (1913) və "Pulcinnella" yazır.

Stravinskilər İsveçrədə olduqları bu dövrdə 1910-cu ildə ikinci oğulları Solima və 1913-cü ildə ikinci Mariya Milena adlı ikini qız övladları dünyaya gəlir. Bu son hamiləlik dövründə Katerina vərəm xəstəliyinə yoluxur və müalicə üçün İsveçrə sanatoriyalarından birinə yerləşdirilir. 1914-cü ildə "Les noces" əsərinə dair tədqiqat materialları üçün qısa müddətə ana vətəninə dönən Stravinski I Dünya müharibəsi başlamamışdan əvvəl Rusiyanı tərk edir və növbəti 50 il ərzində Rusiyada görünmür.

Stravinski 1920-ci ildə Fransaya köçür. Bu dövrdə o, piano istehsalı ilə məşğul olan Pleyel şirkətində işləyir. Bu şirkətdə Stravinski öz piano musiqisinin vallarını hazırlayır. O şəxsən özü 50 belə val hazırlayır. Bu vallarda o, dinləyicilərə musiqisinin daha aydın anlaşılması imkanı verir. Bu əsərlərin əksəriyyətinin standart repertuarların tərkib hissələri olmağına baxmayaraq, o zamanlar əksər orkestrlər Stravinski musiqisini ifa etməkdən yayınırdılar. Bu da onun musiqisinin orkestr üçün olduqca mürəkkəb olması idi.

Paris yaxınlığında bir müddət qaldıqdan sonra Stravinski ailəsi ilə birgə Fransanın cənubuna köçür və 1934-cü ilə qədər burada yaşayır. 1934-cü ildə o, yenidən Parisə qayıdır və Fayburq St. Onor küçəsində yaşayır. Sonralar o, bu ünvanı Avropada ən son və ən kədərli ünvanı kimi xatırlayır. Belə ki, burada yoldaşının vərəm xəstəliyi qızları Lyudmilaya və özünə keçir. Lyudmila 1938-ci ildə, Katerina isə növbəti il vəfat edirlər. Stravinski özü xəstəxanada müalicə olunduğu müddətdə anası da dünyadan köçür.

Stravinskinin o vaxtlar Birləşmiş Ştatlarla artıq əlaqəsi var idi və o, Çikaqo Simfonik Orkestri üçün C minorda Simfoniya yazırdı. Eyni zamanda o, 1939–1940-cı illərdə dərs ili üçün Harvardda mühazirə verməyə də razılaşmışdır. İkinci Dünya müharibəsinin başlanması ilə Stravinski Ştatlara yollanır, əvvəlcə Hollivuda, daha sonra (1969) Nyu-Yorka köçür.

Stravinski 1939-cu ildən ölümünə qədər Amerikada yaşayır və 1945-ci ildə ABŞ vətəndaşlığını alır. Stravinski fransız yaşam tərzinə uyğunlaşmışdı və 58 yaşında Amerikaya gəlişi qarşısında tamam başqa perspektivlər qoyurdu. Bir müddət bəstəkar əlaqələrini yalnız rusiyalı emiqrant dost və tanışları ilə məhdudlaşdırır, lakin tezliklə başa düşür ki, bu cür yaşam ona Amerikada onun həm intellektual həm də peşəkar həyatına maneə törədəcək. O tezliklə Los-Ancelesin mədəni həyatı ilə maraqlanmağa başlayır. Xüsusən müharibə illəri buraya Otto Klemperer, Tomas Mann, Franz Verfel, Corc Balanşin və Artur Rubenşteyn kimi yazıçı, musiqiçi, bəstəkar, və dirijorları çəkib gətirmişdir. Oanold Şönberq və Corc Gerşin ilə yaxın münasibətlər saxlayır, lakin onlar o dərəcədədə yaxın olmurlar. Bernard Holand öz xatirələrində Stravinskinin xüsusən Britaniyalı yazıçılara yaxın münasibətlər göstərir, onları özünün Beverli Hilzdəki evinə dəvət edərdi. Bunlar arasında V. H. Auden, Kristofer İşervurd, Dilan Tomas və xüsusilə də Aldouz Huksley kimi yazıçılar var idi. Sonuncu ilə Stravinski fransız dilində danışmaq üçün görüşərdi. Stravinski tezliklə Los-Ancelesdə məskunlaşır və arabir Los-Anceles Filarmoniyası ilə məşhur Hollivud Baulda konsertlə verir. V. H. Audenlə birgə opera yazmaq qərarına gəldikdə, ingilis dilli dünya ilə daha yaxında tanış olmaq ehtiyacı onun dirijor və musiqişünas Robert Kraftla tanışlığı ilə üst-üstə düşür. Kraft bəstəkarla onun pülmünə qədər yaşayır, onun tərcüməçisi, səlnaməçisi, dirijoru assistenti, və saysız-hesabsız musiqi və sosial məsələlərinin həllində etibarlı qulluqçusu kimi çalışır.

1962-ci ildə Stravinski Sankt-Peterburqa (o vaxtlar Leninqrad) qayıtmaq və burada konsertlə vermək təklifini qəbul edir. Səfəri zamanı o Sovetlər Birliyinin lideri Nikita Xruşşovla iki saata yaxın söhbət edir və Xruşşov bəstəkarı vətənində qalmağa inandırmağa çalışır. Təklifə baxmayaraq, Stravinski Qərbdə emiqrant kimi yaşamağa üstünlük verir. Ömrünün son illərində, Stravinski Nyu-Yorkda Essek Evində yaşayır.

Stravinski 1971-ci ildə 88 yaşında Nyu-Yorka vəfat edir və San Mişel ada-qəbiristanlığında dəfn olunur. Bəstəkarın qəbri uzun müddət əməkdaşlıq etdiyi Daygilevin məzarı yanındadır. Stravinskinin həm həyatı, həm də yaradıcılığı XX əsrin əksər hissəsini tutur. Bu əsərdə müasir musiqi üslubları meydana çıxır ki, burada da Stravinskinin birbaşa əməyi danılmazdır. Bəstəkar həm öz dövrünün həm də özündən sonra gələn bəstəkarlar nəslinin yetişməsində böyük təsirə malik olmuşdur. Onun Hollivudun Məşhurlar Xiyabanında 6340 Hollivud Bulvarında ulduzu var.

Stravinski ömrü boyu incəsənət, ədəbiyyat və həyatı öyrənməyə tükənməz maraq göstərmiş və bu istəyi onun bir neçə P\us əməkdaşlığında təzahür edir. O, təkcə Parisdə Sergey Daygilevin Ballet Russesinə əsərlər yazmamış, eyni zamanda Pablo Pikasso (Pulçinella), Jan Kokte və Jorj Balanşinlə də əməkdaşlıq etmişdir.

Stravinski və Pikkaso 1920-ci ildə Pulçinella operası çərçivəsində əməkdaşlıq etmiş və rəssam imkandan istifadə edərək Stravinskinin portretini yaratmışdır.

Boyca nisbətən alçaq və heç də yaraşıqlı olmayan Stravinski əksık şəkillərin nümayiş etdirdiyi kiin fotogenik olmuşdur. Katerina ilə evliliyinin 33 il sürməsinə baxmayaraq, həyatının əsl məhəbbəti ikinci həyat yoldaşı Vera de Bosse olmuşdur (1888–1982). Artıq onu tanıyanlar arasında əsl Don Juan kimi tanınan Stravinski (bir vaxtlar Koko Şanel kimi yüksək təbəqəyə məxsus qadınla da eşq macərasının olduğu söylənilirdi) eyni zamanda ailəsinə də bağlı olmuş, vaxtının və gəlirinin böyük əksəriyyətini oğul və qızlarına sərf etmişdir. Oğullarından biri Solima Stravinski də bəstəkar olmuş, lakin atası ilə müqayisədə az tanınmışdır.

Stravinski 1920-ci illərdə Vera ilə tanış olanda qadın Sergey Sudeykina adlı rəssam və səhnə dizayneri ilə ailəli idi. Amma Vera tezliklə Stravinski ilə eşq macəralarına başlayır və bu Veranın ərini tərk etməsi ilə nəticələnir. O vaxtdan Katerinanın vəfatına qədər (1939) Stravinski ikili həyat təzri sürür. Katerina tezliklə baş verənlərdən xəbər tutur, amma hadisənin qaçılmaz olduğunu qəbul edir. Katerinanın vəfatından sonra Stravinski və Vera 1940-cı ilin 9 mart tarixində Bedfiordda (Massaçusets, ABŞ) evlənirlər.

Stravinski bu vaxtlar hamilərinin ona göstərdiyi maddi dəstəkdən də lazımi dərəcədə yararlanır. 1920-ci illərdə Leopold Stikovski Stravinskiyə mütamadi dəstək göstərirdi. Bəstəkar eyni zamanda ona edilən sifarişlərdən də nəzərəçarpacaq gəlir əldə edirdi.

Stravinski ədəbiyyata sonsuz maraq göstərir və daimi yeniliklər axtarışında idi. Əsərlərindən istinad etdiyi mətn və ədəbi mənbələr ilk əvvəl rus folkloru ilə bağlı idi. Daha sonra o, klassik ədiblər və latın liturgiyasına qədər genişlənir. Bəstəkar daha sonra da müasir fransız (Andre Gide Fersefon) və ingilis ədiblərinə (Eliyot və orta əsrlər ingilis ədəbiyyatı) də müracət edir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Stravinski yaradıcılığını üç dövrə bölmək olar:

Bu dövr (bəzi ilkin kiçik həcmli əsərləri istisna olmaqla) "Feu d'artifice" ("Atəşfəşanlıq") əsəri ilə başlamış və Daygilev üçün yazılmış üç baletlə öz zirvəsinə çatmışdır. Bu üç əsərin bəzi oxşar cəhətləri vardır: onlar olduqca böyük orkestr üçün nəzərdə tutulub, hər üçü rus folklor mövzu və motivlərindən istifadə olunur və Rimski-Korsakovun bədii yaradıcılığından təsirlənmişdir. Rimski-Korsakov yaradıcılığında bir neçə tendesiyalardan bəhrələnmiş və üçüncü hissəsində açıq-aşkar pandiatonizm elementlərini nümayiş etdirən "L'oiseau de feu" ("Alovquşu") baletindən politonnallıqdan geniş istifadə olunmuş "Petruşka" və poliritmlər və dissonanslarla zəngin "Le Sacre du printemps" ("Müqəddəs bahar") baletinə kimi bu üç balet mühüm üslubi inkişaf xətti ilə səciyyələnir.

"L'oiseau de feu" ("Alovquşu") baleti özünün zəngin bədii orkestr quruluşu ilə fərləqənir. Xalq yaradıcılığı mifologiyası əsasında yazılmış ilk balet olan "Petruşka" da qeyri-adiliyi ilə fərqlənir. Üçüncü baleti olan "Bahar mərasimi" baletində bəstəkar bütün əsər boyu qızğın motivlərə yol açan rus baletizminin qəddarlığını musiqi dili ilə əks etdirir. Stravinski yaradıcılığının orijinallığı bir daha özünü büruzə verir: klassik musiqinin ən məşhur keçidlərindən birini çevrilmiş öz diapazonun lap üstündə faqot üzərində ifa olunan giriş melodiyası.

"Le sacre du printemps" ("Müqəddəs bahar") əsərinin klassik musiqinin ən gözəl əsərlərindən biri olmasına baxmayaraq, bəstəkar avtobioqrafiyasında bu əsəri həyatının qalmaqalı adlandırır. Əsərin tamaşası zamanı dinləyicilərin yumruq davasına çıxması və əsərin ikinci pərdəsində zala polisin müdaxiləsinə ehtiyac yarandığı haqqında da xəbərlər mövcuddur. Lakin hadisənin əsl miqyası mübahisəlidir və həqiqiliyi şübhə doğurur.

Stravisnki sonralar "Mərasiminin" premyerası haqqında bunları söyləyir: "Tamaşaya gəldikdə, elə ilk notlarından istehzalı gülüş doğuran birinci prelüdün elə erkən taktlarından auditoriyanı tərk etdiyim səbəbindən mən heç cürə qiymət verə bilmirəm. Mən hiddətlənmişdim. Ayrı-ayrı hücumlar tezliklə ümumi hal almağa daha sonra əkshücumlara və nəticədə qorxunc iğtişaşa çevrildi. Mən bütün tamaşa boyu Nijinskinin oturduğu tərəfədə idim. O, stulun üstünə çıxıb özlərinə məxsus bir tərzdə "On altı, on yeddi, on səkkiz" deyə qışqırdı. Zavallı rəqqaslar təbii ki, auditoriyadakı sıra və öz ayaq səsləri səbəbindən heç nə eşidə bilmirdilər. Mən qəzəb içində boğulan və hər an səhnəyə atılmağa və qalmaqal salmağa hazılaşan Nijinskin paltarlarından tutmalı oldum. Daygilev səs-küyə son qoymaq ümidi ilə elektriklərə işıqları yandırmaq və söndürmək əmrlərini verməyə davam edirdi. Həmin tamaşa haqqında xatırladıqlarım bundan ibarətdir." Bu dövrə digər əsərləri – Le Rossignol (Bülbüllər), Renard (1916), Historie du soldat ("Bir əsgərin hekayəti") (1918) və Les Noces ("Toy") aiddir.

Neoklassik dövr

[redaktə | mənbəni redaktə et]

Stravinski yaradıcılığının bu dövrü təxminən 1920-ci ildən başayıb 1950-ci ilə qədər davam edir. Nəfəsli alətlər üçün yazılmış Pulçinella (1920) və Oktet (1923) əsərləri Mosart, Bax və digər klassik dövr bəstəkarlarnn əsələrinə yenidən nəzər salınmasına doğru atılmış ilk addımlar idi. Stravinski "Neo-klassik" üslubunda əvvəlki baletlərində iri miqyasda istifadə etdiyi orkestrdən imtina edir və diqqətini daha çox nəfəsli alətlərə, pianoya, xor və kamera musiqinə yönəldir.

Oedipus Rex (1927), Apollon musagete (1928-ci ildə Rus baleti üçün yazmışdır) və Dumbarton Oaks Conserto (1937–1938) kiji əsərlərində də bəstəkar on səkkizinci əsr musiqi üslublarının yenidən işləniləməsinə davam edir.

Bu dövr yaradıcılığı: üç simfoniya Symphonie des Psaumes ("Zəburların simfoniyası") (1930), C-də Simfoniya (1940) və Üç hissəli simfoniya (1945). Apollon, Fersefon (1933) və Orfeus (1947) əsərləri bəstəkarın klassik musiqiyə dönüşü ilə yanaşı, eyni zamanda onun Yunan mifologiyası timsalında qədim klassik dünyanı da öyrəndiyini nümayiş etdiridi.

Stravinski neoklassik dövrə aid Uilyam Hoqartın qravürləri əsasında V. H. Audenin libretossuna yazılmış son əsəri olan "Pozğunların artımı" (The Rake`s Progress) operasını 1951-ci ildə tamamlayır. Əsər 1953-cü il Metropolitan Operasında premyerasından sonra demək olar ki, gözlənilən uğuru əldə edə bilmir. Əsər sonralar 1957-ci ildə bəstəkarın özünün də iştirakı ilə Santa FE operasının ilk mövsümünüdə nümayiş etdirilir və bu bəstəkarın şirkətlə uzunmüddətli əməkdaşlığının əsasını qoyur. Əsərin musiqisi aydın, lakin qeyri-adidir. Əsərdə klassik musiqinin tonal harmoniyasından istifadə edilməklə bərabər gözlənilməz dissonaslara geniş yer verilir. Burada Stravinski özünə məxsus rimdən çəxmaları ilə də sezilir və bəstəkar Monteverdi, Qlak və Mosartın opera və leytmotivlərinə müraciət edir. Əsər 1997-ci ildə Metropolitan Operası tərəfindən bir daha ifa olunmuşdur.

Stravisnki 1950-ci illərin əvvələrindən etibarən Arnold Şonberq tərəfindən işlənilmiş on-iki tonlu dodekafoniya tenxikasından istifadə etməyə başlayır. Bunda Robert Kraftın da mühüm rolu olmuşdur.

Onun on-iki tonsuz serial texnikası ilə ilk işi Cantata (1952), Septet (1953) və Şekspirdən üç mahnı (1953) adlı kiçik-miqyaslı vokal və kamera musiqiləri olmuşdur. Tamamilə bu üslubda işlədiyi ilk işi "Dilan Tomasın xatirəsinə" (1954) əsəridir. Agon (1954–57) onun on-iki ton seriyalarına daxil olan ilk əsəridir. "Canticum Sacrum" (1955) əsəri isə Stravisnkinin tamamilə ton sırası əsasında yazılmış parçası olan ilk əsəridir. Bəstəkar dodekafoniya texnikasıdan özünün Threni (1958), Moizə, Təhkiyə və Dua (1961) və Daşqın (1962) əsərlərində də istifadə etmişdir.

1954–1957-ci illərdə yazılmış Agon baleti on iki rəqqasə üçün nəzərdə tutulmuşdur. Bu balet Stravinskinin neo-klassik dövrdən serial üslubu dövrünə keçidini əks etdirən mühüm əsərləridən biridir. Belə ki, əsərdə neoklassik dövrün "ağ-not" tonallığından tutmuş serial metodu elementlərini görmək olar.

Stravinski yaradıcılığı ilə çoxsaylı kompozisiya üslubunu əhatə etmiş, orkestr quruluşunu inqilabi şəkildə dəyişmiş və faktiki olaraq baleti musiqi forması kimi yenidən təqdim etmişdir. Stravinski müxtəlif xalqların mədəniyyətləri, dil və ədəbiyyatından bəhrələnmişdir.

Bəstəkarın motiv variasiyaları leytmotivlərin yerdəyişməsində özünəməxsus xarakter daşıyırıdı. "Bahar mərasimi" baletində istifadə etdiyi additiv motiv variasiyası XX əsrin ən məhsuldar musiqi innovasiyalarından biri idi. Burada vəznə sonradan edilmiş dəyişiklikdən asılı olmayaraq, notlar çıxarıla və əlavə edilə bilir. Oxşar texnikaya XVI əsr bəstəkarlarından Kipriano de Roredə, Orlandus Lassus, Karlo Gesualdo və Govanni de Makyenin əsərlərində də rast gəlmək olar.

"Bahar mərasimi" özünün ortinatilərdən geniş istifadəsi ilə fərqlənir. Məsələn, əsərin Gənc qızların rəqsi parçasında səkkizinci notda ostinato səkkiz hornla vurğulanması melodiyanın həm variasiyası, həm də akkompanement üçün istifadə olunmamış ostinato musiqisində ilk belə hal idi. Əsərdə eyni zamanda bir neçə ostinatin üz-üzə gəldiyi keçidlərlərə də rast gəlinir. Əmələ gələn tekstura və harmoniyalar rəssamlıqda Kubist üslubuna ekvivalnet olan kollaj yaradırlar. Bu keçidlər, bu kollajlarla bərabər öz uzunluqları ilə də diqqət çəkir. Stravinski bütün binlara bütöv bir şəkildə yanaşır və musiqi parçalarını tamamlayır.

Bu kimi texnikalar Terri Riley və Stiv Reyxin minimalist əsələrini bir neçə onillik qabaqlayırdı. İyirminci əsr Amerika bəstəkarı Frank Zappa Stravinskinin onun yaradıcılığına böyük təsiri olduğunu açıq şəkildə bildirmişdir. Avanqard rok, caz və blüzlər bəstələyən Zappa, eyni zamanda orkestr əsərləri də yazmışdır. Stravinskinin adı onun bir neçə albomlarında hallanır. Bunlardan bəstəkarın vəfatı münasibətilə yazılmış İqorun rəqsi adlı mahnı musiqiçinin Burnt Üeeny Sandüish albomuna salınmışdır.

Stravinksi əsərlərində ritmlər

[redaktə | mənbəni redaktə et]

Stravinski əsərlərində ritmlərdən özünəməxsus şəkildə istifadəsi ilə tanınırdı. Filip Qlass Stravinskinin ritmləri takt xətti boyu istifadə ideyası ilə musiqinin ritmik quruluşunun daha axıcı və müəyyən mənada spontan forma almasına imkan yaradır. Qlass eyni zamanda Stravinskinin primitiv, lakin qeyri-adi ritmik üslubunu da tərifləyir. Endrü J. Braunanun fikrincə isə Stravinski ritmi musiqi sənətində ən yüksək zirvəsini daşımış yeganə bəstəkar kimi xarakterizə edir. Stravinski, eyni zamanda bəzi hallarda sadə ritmik parçaları yenidən işləmişdir. Buna misal olaraq, bəstəkar "Üç parça" əsərində kıarinet üçün üçüncü hissəsində on altıncı notu iki əvəzinə, üç səkkizinci notla eyniləşdirir. Bununla belə əsərdə on altıncı notların ikiliklərdə qruplaşdırılmasına kifayət qədər rast gəlmək olur.

Stravinskinin ritm və əsərlərindəki həyatsevərlik bəstəkar Aron Koplanda da böyük təsir göstərmişdir.

Stravinskinin ilk neoklassik əsəri 1920-ci ildə yazdığı "Pulçinella" baleti və qısaldılmış və nəfis işlənmiş orkestrdə ifa olunmuş "Oktet"idir (1923). Stravinski neoklassik üslubda ifa etmiş özündən əvvəlki bəstəkarldan (məsələn Erik Satye) geri qala bilərdi, lakin Stravinskinin əsərləri onaları əhəmiyyətli şəkildə kölgədə qoyurdu.

1920 və 1930-cu illərdə neoklassizm dünya bəstəkarları arasında böyük populyarlıq qazanmışdır. Maraqlısı budur ki, Stravinski də özünün "Çəngin hərəkəti" operası ilə (1951-ci ildə tamamlanmışdır) bu cərəyana qoşulmuşdur. Əsərin musiqi "dili" hələ üç onillik əvvəl neoklassizmi ağızdolusu tərifləyənlər tərəfindən həddən artıq "köhnə" olması tənqidləri ilə üzləşmişdir.

Stravinski XV əsrə qədər uzanan böyük bir musiqi tarixinə popurri və parodiya formalarında müraciət etmiş və özündən əvvəlki bəstəkarların əsərləri əsasında musiqi parşaları bəstələmişdir. Belə əsərlərindən biri 1920-ci il "Pulçinelli" baletidir. Bu əsərdə Stravinski həmin vaxtlar bir qayda olaraq, Covanni Perqolezi ilə əlaqələndirilən musiqidən əsas mənbə kimi istifadə etmişdir. Sonralar o, bu ənənəni özünün Çaykovskinin əsasən piano üçün əsərlərinə əsaslanan "Pərinin öpüşü" baletində (1928) daha da inkişaf etdirmişdir. Sonrakı bu kimi əsələrinə Şubertə əsaslandığı "Circus Polka" (1942) və "Görüş" prelüdiyasındakı "Ad günün mübarək" əsərləridir.

Xalq yaradıcılığına müraciət

[redaktə | mənbəni redaktə et]

Stravinski özünün "Le Sacre du Printemps" əsərində folklor mövzularını ən sadə şəklə salmış və bəzi əlavə notlar və inversiya və ixtisarlarla onları tanınmayacaq dərəcədə yenidən işləmişdir. Tədqiqatçılar yalnız yaxın keçmişdə Stravinskinin "Mərasim"ində istifadə etdiyi materalları müəyyən edə bilmişlər.

Bir çox son romantizm dövrü bəstəkarları kimi Stravinski də nəhəng orkestr imkanlarına müraciət etmişdir. Bu xüsusilə bəstəkarın erkən baletlərinə aiddir. Onun ilk böyük nailiyyəti hesab olunan "Şanapipik" əsəri onu Nikolay Rimski-Korsakovla bir səviyyə çatdırır və XIX əsr orkestr quruluşu ənənəsini nəzərəçarpacaq dərəcədə dəyişir. "Şanapipik" əsərində Stravinski orkestri tədqiq edir. "Bahar mərasimi" əsəri isə Aron Koplandın təbiricən desək, XX əsrin ən qabaqcıl orkestr nailiyyəti olur.

Stravinski, eyni zamanda kiçik ansambllarda musiqi alətlərinin qeyri-adi kombinasiyasına da müraciət edirdi. Məsələn, "Bir əsgərin taleyi" əsərində bəstəkar 1918-ci il üçün qeyri-adi olan klarnet, faqot, kornet, trombon, skripka, bass və zərb alətlərinin kombinasiyasında istifadə etmişdir.

Stravinski ara-sıra müxtəlif belə musiqi alətlərindən istifadə etmişdir. Bəstəkar "Bahar mərasimi"ndə bahar səhərinin "oyanışı" səhnəsini canlandırmaq üçün faqot alətinin üst diapazonlarından istifadə edir.

Erik Satie 1922-ci ildə Veniti Fer jurnalına Stravinski barədə məqalə yazır. Satiye Stravinski ilə ilk dəfə 1910-cu ildə tanış olmuş, onun Stravinskiyə qarşı münasibəti hörmət üzərində qurulmuşdur. Bunu onun 1922-ci il məqaləsinə hazırladığı məktublardan da görmək olar. Belə məktubların birində Satiye istehza ilə belə deyir: "Mən sizə pərəstiş edirəm. Məgər siz böyük Stravinski deyilsiniz? Mən sizə balaca Erik Satyeyəm". 1922-ci il məqaləsində Satiye bəstəkarın böyüklüyü onun digər bəstəkarlarla müqayisə etməklə deyil, yazdığı musiqi əsasında müəyyənləşməlidir. Eyni fikri Jan Kokte özünün Stravinskini məzəmmətlərlə dolu qeydlərinin əsk olunduğu 1918-ci il "Le Coq et l'Arlequin" kitabında da bildirir:

"Bütün əlamətlər müharibənin bizə miras qoyub getdiyi dəhşətli səs və qəribəliklərə qarşıdır… Bir neçə illər əvvəl böyük səs-küyə səbəb olmuş Stravinski əsərlərindən indi nə qalıb ki? Onlar demək olar ki, indi kitab rəflərini bəzəyir və bir neçə üzgün nevrasteniya xəstəti qulaq asmaq istəməyənə qədər elə orada da qalacaqlar".

1935-ci ildə Amerika bəstəkarı Mark Blitşteyn Stravinskini Yakopo Peri və C. P. E. Baxla müqayisə edərək deyirdi: "Əlbəttə, Stravinskinin böyüklüyünü danmaq olmaz. Amma məsələ ondadır ki, o lazımi qədər böyük deyil". Özünün Marksist mövqeyi ilə Blitzşetynin fikrincə, Stravinski musiqini həyatın digər axınlarından ayırmaq idi ki, bu da Blitzteynin fikrincə, əslində reallıqdan qaçma simptomu idi. O, bu tendensiyanın bəstəkarı xüsusilə də Apollo, Kapriççio, və Le Baiser de la fée göründüyünü bildirirdi.

Konstant Lambert isə Stravinski musiqisini "soyuqqanlı mücərrdlik" adlandırır. Onun fikrincə, "Bir əsgərin həyatı" əsərindəki melodik fraqmentlər öz-özlüyündə tamamilə mənasızdır.

Özünün "Müasir musiqinin fəlsəfəsi" (1949) kitabında Teodor Adorno Stravinskini akrobat, məmur, modabaz, hebefren xəstəsi, psix, infantil, faşist və pula həris kimi təsvir edir. Adornonun fikrincə, Stravinskinin əsas səhvlərindən biri onun neoklassizmə müraciəti və ən əsası onun musiqisinin "rəsm psevdomorfizmi" idi. "Stravinskinin yalnız bir fəndi onun bütün formal cəhdlərini xarakterizə edə bilər. Onun musiqisi zamanı dairəvi tabloda təsvirdir və zaman sistemini məkan kimi təqdim etməyə cəhd göstərir. Bu fənd tezliklə özünü doğrultmur".

  1. 1 2 https://www.astro.com/astro-databank/Stravinsky,_Igor.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Taruskin R., White E. W. Igor Stravinsky // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Stravinsky, Igor (ing.). // The Enciclopædia Britannica 12 London, NYC: 1922. Vol. XXXII Pacific Ocean Islands to Zuloaga. P. 582.
  5. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]