Amerika tanrıları (teleserial, 2017)

Amerika tanrıları (ing. American Gods) – Nil Qeyman tərəfindən yazılmış və 2001-ci ildə nəşr olunmuş eyniadlı roman əsasında çəkilən ABŞ teleserialı. Brayan FullerMaykl Qrinin yaradıcısı olduğu teleserial Starz telekanalında nümayiş etdirilir. Fuller və Qrin serialın şourannerləridir. Prodüserləri Qeyman, Fuller, Qrin, Kreyq Seqielski, Stefani Berk və Tom Birsdir.

Amerika tanrıları
Serialın posteri.
Serialın posteri.
Janr drama
fentezi
Əsaslanır Nil Qeymanın "Amerika tanrıları" romanı
İlk baxış tarixləri 30 aprel 2017
Prodüser Brayan Fuller (I mövsüm)
Mayk Qrin (I mövsüm)
Cessi Aleksandr (II mövsüm)
Nil Qeyman
Keyq Seqielski
Stefani Berk
Devid Sleyd
Adam Keyn
Rollarda Riki Uittl
Emili Brouninq
Krispin Qlover
Brüs Lanqli
Yetide Badaki
Pablo Şrayber
İen Makşeyn
Şüar İnan (ing. Believe)
Bəstəkar Brayan Reytzell
İstehsalçı ölkə ABŞ ABŞ
Studiya Living Dead Guy
J.A. Green Construction Corp.
The Blank Corporation
FremantleMedia North America
Starz Originals
Dil ingiliscə
Rəng rəngli
Mövsüm sayı 3
Seriya sayı 26
Seriya vaxtı 52-63 dəq.
Telekanal Starz
IMDb ID1898069
Format 4K (Ultra HD)
starz.com/series/america…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teleserial həbsxanandan yenicə çıxmış Kölgə Munun Mister Çərşənbə adlı qəribə şəxslə tanış olmasından, ardından özünü Yeni tanrılar ilə Qədim tanrılar arasında getdikcə böyüyən müharibənin ortasında tapmasından bəhs edir. Serialın ilk mövsümü Starz kanalında 2017-ci ilin aprelindən iyununa kimi göstərilmişdir. İkinci mövsümdə Qrin və Fulleri Aleksandr əvəz etmişdir. May ayında ikinci mövsümü təsdiqlənmişdir və 10 mart 2019-cu ildə yayımlanması planlaşdırılır.

Serial vizuallığına və aktyorların performansına görə bəyənilmiş və 2 kateqoriyada Emmi mükafatına namizəd göstərilmişdir, lakin qalib gəlməmişdir.

Seriya adı
İngiliscə adı
Rejissor Ssenari müəllifi İlk efir tarixi ABŞ izləyiciləri
(milyon)
1 "Məzarlıq" Deyvid SleydBrayan Fuller & Maykl Qrin30 aprel 2017 (2017-04-30)0.975[24]
2 "Qaşıqların sirri" Deyvid SleydMaykl Qrin & Brayan Fuller7 may 2017 (2017-05-07)0.710[25]
3 "Baş, tamam qar" Deyvid SleydBrayan Fuller & Maykl Qrin14 may 2017 (2017-05-14)0.716[26]
4 "Şərəfsiz getdi" Krayq ZobelMaykl Qrin & Brayan Fuller21 may 2017 (2017-05-21)0.631[27]
5 "Sənin limon aromatın" Vinkenzo NataliDavid Qraziano28 may 2017 (2017-05-28)0.666[28]
6 "Tanrıların qətli" Adam KeynSimus Kevin Fahey və Maykl Qrin & Brayan Fuller4 iyun 2017 (2017-06-04)0.607[29]
7 "Dəli Suininin duası" Adam KaneMariya Melnik11 iyun 2017 (2017-06-11)0.629[30]
8 "İsaya gəl" Floriya SiqismondiBeka Branstetter və Maykl Qrin & Brayan Fuller18 iyun 2017 (2017-06-18)0.774[31]

İstehsaldan öncəki dövr

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə "Amerika tanrıları" romanının müəllifi Nil Qeyman Edinburq Beynəlxalq Kitab Festivalında qeyd etmişdi ki, HBO roman əsasında teleserial çəkmək arzusundadır.[32][33] 2013-cü ilin martında Qeyman Kembric Beynəlxalq Tələbə Film Festivalında layihənin gedişatı barədə söhbət açmış və çəkiləcək teleserialın açılış seriyasının "yeni elementlərə və detallara malik olacağını", lakin "kitabın ilk fəsillərini özündə saxlayacağını" qeyd etmişdi.[34] O, həmçinin bildirmişdi ki, yalnız ilk iki mövsüm roman əsasında çəkiləcək və pilot ssenari üzərində hələ işləyir, çünki ilk ssenari HBO-nu məmnun etməyib.[35] 2013-cü ilin martında Qeyman Reddit vasitəsilə layihə üzərində işin getdiyini, lakin artıq HBO-nun layihədən çəkildiyini bildirmişdir.[36]

2014-cü ildə HBO-nun proqramlaşdırma prezidenti Maykl Lombardo layihənin tərk edildiyini, çünki yaxşı bir ssenari əldə etmədiklərini açıqlamışdır: "Biz üç müxtəlif ssenaristlə işlədik, ortaya xeyli səy qoyduk. Lakin bəzən bəzi şeylər alınmır".[37]

2014-cü ilin fevralında FremantleMedia roman əsasında teleserial çəkmək hüququ əldə etmişdir.[38] 2014-cü ilin iyulunda Starz Brayan Fuller və Maykl Qrinlə birlikdə layihə üzərində işlədiyini açıqlamışdır.[39]

Fuller qeyd edir ki, o, qədim tanrıları cəsur və qaba təsvir edib "onların dinlərinin köhnəlmiş aspektlərini göstərmək, Yeni tanrıları isə hiyləgər texnologiya ilə gücləndirilmiş təsvir edib "onların öz dinlərində necə əhəmiyyətli olduqlarını" göstərmək istəmişdir.[40]

28 yanvar 2016-cı ildə Riki Uittl baş qəhrəman Kölgə Munu oynamaq üçün seçilmişdir.[1] 2 mart 2016-cı ildə İen Makşeynin Mister Çərşənbə olacağı açıqlanmışdır.[2] 17 mart 2016-cı ildə Emili Brouninqin Kölgənin həyat yoldaşı Laura Mun rolunda olacağı dəqiqləşmişdir.[3] 23 mart 2016-cı ildə Şon Harris, Yetide Badaki və Brüs Lanqlinin müvafiq olaraq Dəli Suini, Bilqeys və Texnik oğlan rollarında oynayacaqları anons edilmişdir.[6] 14 aprel 2016-cı ildə Conatan TakerKrispin Qlover Lou Key Lyesmit və Mister Dünya kimi seçilmişdir.[5] 21 aprel 2016-cı ildə Kloris Liçmen Zorya Veçernyaya, Peter Stormare Çernoboq, Kris Obi Mister Çaqqal və Musa Kryaş Cin kimi seçilmişdir.[11]

6 may 2016-cı ildə Şon Harris şəxsi səbəblər üzündən Dəli Suini rolundan çəkildiyini açıqlamışdır.[41] 11 may 2016-cı ildə Pablo Şrayber bu rola layiq görülmüşdür.[7] 2016-cı ilin iyununda Cillian Andersonun KİV-i oynayacağı məlum olmuşdur.[8] 15 iyun 2016-cı ildə Omid Abtahi, Orlando ConsDemore Barna layihəyə müvafiq olaraq Səlim, Mister Nansi və Mister Aybis olaraq qatılmışdırlar.[13][14]

15 iyul 2016-cı ildə Deyn Kuk Robbi kimi,[15] bir həftə sonra Kristin Çenovet Ostara kimi seçilmişdir.[16]

Teleserialın ilk treyleri 22 iyul 2016-cı ildə San Diego Comic-Con International tədbirində nümayiş etdirilmişdir.[42]

Amerika tanrıları ABŞ-də həftənin hər bazar günü Starz tətbiqi vasitəsilə yayımlanır. Daha sonra həmin gün saat 9-da Starz kanalında nümayiş etdirilir. ABŞ-də yayımlandıqdan sonra hər seriyanı Amazon Video vasitəsilə bütün dünyada izləmək mümkündür.[43]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

"Amerika tanrıları"nın ilk mövsümü tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Metacritic-də teleserial 100 xalın 77-sini almışdır (36 rəy əsasında).[44] Rotten Tomatoes-da serial 94% reytinqə və 8.13/10 xala (66 rəy əsasında) malikdir.[45]

İl Mükafat Kateqoriya Nominasiya(lar) Nəticə İst.
2017 Qara Çarx Mükafatı Ən yaxşı qonaq oyunçu performansı: drama Orlando Cons Gözlənilir [46]
Praym-taym Emmi Mükafatı Ən yaxşı əsas başlıq dizaynı Patrik Klayr, Raul Marks, Devin Maurer və Ceff Hann Gözlənilir [47]
Ən yaxşı xüsusi vizual effektlər Kevin Tod Hau, Devid Stamp, Ceremy Boll, Bernays Şarlotta Hovs, Cessika Smit, Coş Karlton, Pyerr Baffin, Ceyms Kuper və Aymerik Perseval ("Məzarlıq" seriyasına görə) Gözlənilir [48]
Başlıq Yayım tarixi Reytinq
(18–49)
İzləyicilər
(milyon)
DVR
(18–49)
DVR izləyiciləri
(milyon)
Cəmi
(18–49)
Ümumi izləyici
(milyon)
1 "Məzarlıq" 30 aprel 2017 0.4 0.975[24] N/A N/A N/A N/A
2 "Qaşıqların sirri" 7 may 2017 0.3 0.710[25] N/A N/A N/A N/A
3 "Baş, tamam qar" 14 may 2017 0.3 0.716[26] N/A 0.585 N/A 1.301[49]
4 "Şərəfsiz getdi" 21 may 2017 0.3 0.631[27] N/A 0.621 N/A 1.252[50]
5 "Sənin limon aromatın" 28 may 2017 0.3 0.666[28] 0.3 0.733 0.6 1.400[51]
6 "Tanrıların qətli" 4 iyun 2017 0.2 0.607[29] 0.3 0.671 0.5 1.278[52]
7 "Dəli Suininin duası" 11 iyun 2017 0.3 0.629[30] N/A 0.588 N/A 1.218[53]
8 "İsaya gəl" 18 iyun 2017 0.3 0.774[31] N/A 0.622 N/A 1.396[54]
  1. 1 2 Robinson, Joanna. "American Gods Author Neil Gaiman on Why Casting The 100s Ricky Whittle as Shadow Is So Vital". Variety. January 28, 2016. January 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  2. 1 2 3 Goldberg, Lesley. "Ian McShane to Star in 'American Gods' for Starz". The Hollywood Reporter. March 3, 2016. February 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  3. 1 2 Goldberg, Lesley. "Starz's 'American Gods' Casts Its Laura Moon". The Hollywood Reporter. March 17, 2016. March 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  4. McNally, Victoria. "A Prayer for Mad Sweeney on AMERICAN GODS, Explained". Nerdist. June 15, 2017. June 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  5. 1 2 3 Petski, Denise. "'American Gods': Jonathan Tucker & Crispin Glover Cast In Starz Adaptation". Deadline. April 14, 2016. February 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  6. 1 2 3 Petski, Denise. "Starz's 'American Gods' Casts Sean Harris As Mad Sweeney, Yetide Badaki As Bilquis & Bruce Langley As Technical Boy". Deadline. March 23, 2016. April 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  7. 1 2 Andreeva, Nellie. "Pablo Schreiber To Play Mad Sweeney In 'American Gods' Starz Series, Joins Indie 'Thumper'". Deadline. May 11, 2016. May 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  8. 1 2 Slezak, Michael. "Gillian Anderson Joins American Gods". TVLine. June 3, 2016. June 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  9. Miller, Liz Shannon. "Gillian Anderson Ruled 'American Gods': How the Many Faces of Media Were Chosen". IndieWire. June 26, 2017. June 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  10. Wigler, Josh. "'American Gods': Gillian Anderson Discusses Her Many Media Roles". Hollywood Reporter. May 28, 2017. June 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  11. 1 2 3 4 5 "CAMERAS ROLL AS STARZ AND FMNA BRING "AMERICAN GODS" TO LIFE". Fremantle Media. April 21, 2016. March 5, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  12. 1 2 Griffiths, Eleanor Bley. "American Gods mythology guide: Who are the Slavic Zorya sisters and what is their story?". Radio Times. May 8, 2017. 2017-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  13. 1 2 Andreeva, Nellie. "'American Gods': Omid Abtahi Joins Cast Of Starz Series". Deadline. June 15, 2016. June 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  14. 1 2 3 Stanhope, Kate. "Starz' 'American Gods' Adds 'Sleepy Hollow' Alum Orlando Jones". The Hollywood Reporter. June 15, 2016. June 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  15. 1 2 Snetiker, Marc. "American Gods: Dane Cook lends a friendly hand". Entertainment Weekly. July 15, 2016. July 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  16. 1 2 Trendacosta, Katharine. "Kristin Chenoweth Will Play Easter in American Gods". io9. July 22, 2016. July 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  17. Snetiker, Marc. "Meet Vulcan, American Gods' god of guns — exclusive". Entertainment Weekly. December 22, 2016. December 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  18. Snetiker, Marc. "'Lost' alum joins American Gods as Jesus". Entertainment Weekly. September 1, 2016. September 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  19. Bibbiani, William. "SXSW 2017 Interview - 'American Gods' Producers Bryan Fuller and Michael Green". CraveOnline. March 12, 2017. February 8, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  20. Briers, Michael. "Beth Grant Reteams With Bryan Fuller For American Gods". We Got This Covered. 27 iyul 2017. October 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2016.
  21. Wigler, Josh. "'American Gods': Gillian Anderson Discusses Her Many Media Roles". Hollywood Reporter. May 28, 2017. June 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2017.
  22. 1 2 Andreeva, Nellie; Ramos, Dino-Ray. "'American Gods' Casts Mr. Town, Sam Black Crow & New Media Roles For Season 2 On Starz". Deadline. June 4, 2018. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2018.
  23. Petski, Denise. "'American Gods': Sakina Jaffrey Joins Season 2; Casting Search Underway For New Character". Deadline. May 10, 2018. May 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2018.
  24. 1 2 Porter, Rick. "Sunday cable ratings: 'American Gods' has decent premiere on Starz". TV by the Numbers. May 2, 2017. April 10, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  25. 1 2 Metcalf, Mitch. "SHOWBUZZDAILY's Top 150 Cable Originals & Network Finals: 5.7.2017". Showbuzz Daily. May 9, 2017. October 1, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  26. 1 2 Porter, Rick. "Sunday cable ratings: 'Into the Badlands' improves, 'Naked and Afraid XL' leads a quiet day". TV by the Numbers. May 16, 2017. April 10, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  27. 1 2 Porter, Rick. "Sunday cable ratings: 'Twin Peaks' return comes in low for Showtime". TV by the Numbers. May 23, 2017. May 23, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  28. 1 2 Porter, Rick. "Sunday cable ratings: 'Naked and Afraid XL' tops a down day". TV by the Numbers. May 31, 2017. May 31, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  29. 1 2 Metcalf, Mitch. "UPDATED: SHOWBUZZDAILY's Top 150 Sunday Cable Originals & Network Finals: 6.4.2017". Showbuzz Daily. 29 iyul 2017. May 11, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 6, 2017.
  30. 1 2 Metcalf, Mitch. "UPDATED: SHOWBUZZDAILY's Top 150 Sunday Cable Originals & Network Finals: 6.11.2017". Showbuzz Daily. 29 iyul 2017. June 14, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 13, 2017.
  31. 1 2 Porter, Rick. "Sunday cable ratings: 'American Gods' finale improves, 'Fear the Walking Dead' hits another low". TV by the Numbers. June 20, 2017. June 20, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  32. "American Gods for HBO, Gaiman plans sequel". The Bookseller. August 23, 2011. July 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2017.
  33. Thompson, Mike. "HBO Performs Rumor Control on American Gods". Escapist Magazine. July 30, 2011. December 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2017.
  34. "Neil Gaiman Updates Us on HBO's American Gods, Doctor Who, and More". Tor.com. March 1, 2013. August 18, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2017.
  35. Schaefer, Sandy. "Neil Gaiman Offers American Gods TV Show Update; Teases New Story Material". Screen Rant. June 30, 2013. July 1, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2017.
  36. Gaiman, Neil. "AN EVENING WITH NEIL GAIMAN AND AMANDA PALMER: ASK US ANYTHING. GO ON. GO ON YOU KNOW YOU WANT TO". Reddit. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2017.
  37. Marotta, Jenna. "HBO's Michael Lombardo on More Game of Thrones, the Future of MaddAddam, and Why American Gods Is a No-Go". Vulture. June 11, 2014. March 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2017.
  38. Andreeva, Nellie. "Fantasy Novel 'American Gods' Being Developed As Drama Series By FremantleMedia". February 3, 2014. May 10, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2017.
  39. Goldberg, Lesley. "Starz, Bryan Fuller Board Neil Gaiman's 'American Gods'". The Hollywood Reporter. July 1, 2014. February 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2017.
  40. Radish, Christina. "'American Gods' Creators Bryan Fuller & Michael Green on Adapting Neil Gaiman's Beloved Novel". Collider.com. April 30, 2017. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2017.
  41. Andreeva, Nellie. "'American Gods': Starz Series To Recast Mad Sweeney Role, Changes DP". Deadline. May 6, 2016. May 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  42. Gallagher, Brian. "American Gods Trailer Brings Neil Gaiman's Book to Life". TVweb. July 22, 2016. July 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  43. Jaworski, Michelle. "You can watch 'American Gods' without cable—here's how". DailyDot. April 24, 2017. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  44. "American Gods: Season 1". Metacritic. 2017-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  45. "American Gods: Season 1". Rotten Tomatoes. 2019-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  46. "Meet the Nominees". Black Reel Awards. 30 iyun 2017. 2020-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  47. "Outstanding Main Title Design - 2017". Emmys.com. Academy of Television Arts & Sciences. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  48. "Outstanding Special Visual Effects - 2017". Emmys.com. Academy of Television Arts & Sciences. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  49. Porter, Rick. "'Brockmire' makes a big jump in cable Live +7 ratings for May 8-14". TV by the Numbers. May 27, 2017. January 26, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  50. Porter, Rick. "'Better Call Saul' tops the charts in cable Live +7 ratings for May 15-21". TV by the Numbers. June 2, 2017. June 2, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  51. Porter, Rick. "'Better Call Saul' racks up more big gains in cable Live +7 ratings for May 22-28". TV by the Numbers. June 8, 2017. July 1, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  52. Porter, Rick. "'Nashville' return makes solid gains in cable Live +7 ratings for May 29-June 4". TV by the Numbers. June 14, 2017. June 15, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  53. Porter, Rick. "'Better Call Saul' triples in cable Live +7 ratings for June 5-11". TV by the Numbers. June 23, 2017. June 30, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  54. Porter, Rick. "'Better Call Saul' on top again: Cable Live +7 ratings for June 12-18". TV by the Numbers. June 29, 2017. August 30, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]