Əvəz Qurbanlı

Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) — şair, yazıçı və jurnalist

ƏVƏZ QURBANLI
Əvəz Qubadxan oğlu Qurbanlı
Doğum tarixi (48 yaş)
Doğum yeri Azadkənd, Saatlı
Fəaliyyəti şair və jurnalist

Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997–1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

İxtisasca iddiaçı hüquqşünasdır.

2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir.

Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir.

Sözlərinə mahnılar bəstələnib.

2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

2009-cu ildə Azərbaycan Yazıçılar Birliyində keçirilmiş müsabiqə zamanı "İlin gənc şairi" seçilib.

"Zastava, silaha!" adlı tammetrajlı bədii film ssenarisi, 2010-cu ilin avqust ayında Dövlət Sərhəd Xidməti tərəfindən təşkil edilən müsabiqənin qalibi olub.

2012-ci ildə "Canlı dirəklər" adlı hərbi vətənpərvərlik romanı çapdan çıxıb.

2014-cü ildə müəllifin sayca üçüncü kitabı — "Məzardan səngərə" şeirlər toplusu işıq üzü görüb.

Müntəzəm olaraq dövri mətbuatda çap olunur.

Ə. Qurbanlı, eyni zamanda ictimai fəaliyyəti ilə də tanınıb. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb.

2015-ci ilin iyul ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

  • Təzə zarafat (satirik və lirik şeirlər). Bakı: 2006,
  • Canlı dirəklər (hərbi-vətənpərvərlik mövzusunda roman). Bakı: 2012
  • Məzardan səngərə (şeirlər toplusu). Bakı: 2014