Əvəz Səməd oğlu Zeynalov (22 dekabr 1935, Laçın rayonu – 13 may 2019, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri namizədi
Əvəz Zeynalov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Aşağı Fərəcan, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | Tibb elmləri namizədi |
Elmi adı | Ali dərəcəli cərrah |
Mükafatları |
|
Əvəz Zeynalov 22 Dekabr 1935-ci ildə Laçın rayonu Aşağı Fərəcan kəndində anadan olmuşdur.
1943-1950 ci illərdə Fərəcan kənd məktəbini, 1950-1953 cü illərdə Mığıdərə orta məktəbini bitirmişdir.
1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1961- ci ildə universiteti bitirmişdir.
1969-1974 cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili almışdır.
1988-ci ildən Laçın rayon Mərkəzi xəstəxanasının baş cərrahı olmuş, 1500-dən çox cərrahiyyə əməliyyatları aparmışdır. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarmışdır. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə etmişdir.
1992-ci ilin iyul ayından 2011-ci ilin avqust ayına qədər Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı kliniki xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışmışdır.
Əvəz Zeynalov 1965-1992 ci illərdə Laçın rayonu xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Işlədiyi illər ərzində zob xəstəliyi ilə bağlı çox sayda müraciətlər daxil olduğundan bu xəstəlik onu xeyli maraqlandırmış, apardığı müayinələr nəticəsində xəstəliyin endemik ocağını müəyyən etmişdir. Laçın rayonunun coğrafi xəritəsini tərtib edərək xəstəliyin necə yarandığını öyrənmiş və bunu ilk dəfə Laçın rayonunun təbabət tarixinə saldırmışdır. Müayinə zamanı aydın olmuşdur ki, rayonda yaşayan hər 100 qadının 80 faizində entiroid formalı zob mövcuddur.
1969-1974 cü illərdə feurometr deyilən aparatla 'Katexolaminlərin (adrenalin, noradrenalin) əməliyyatdan əvvəl və sonra təyini' mövzusu ilə dissertasiya işi müdafiə etmişdir.
Kiyev Dövlət Tibb Universitetinin laboratoriya kafedrasından laborant həkim gətirmiş, Laçın şəhər xəstəxanasında 300-dən çox xəstə müayinədən keçirilmişdir. İsbat olunmuşdur ki, bu rayonda su, torpaq, hava və qida məhsullarında halogenlərdən olan "yod" elementi çatmır. Daha sonra Səhiyyə Nazirliyinə bununla bağlı məktub hazırlanıb göndərilmişdir. Elmi əsərini erməni təcavüzünə görə gətirə bilməmiş, lakin əsərin avtoreferatı Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasında vardır. Elmi rəhbəri Kiyev Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri Skripnichenko Dmitro Fedorovich olmuşdur. İlk dəfə avtoreferat Azərbaycan SSR Elmlər Akademiyasının vitse prezidenti Mustafa Topçubaşova verilmişdir. O, bunu unikal dissertasiya adlandırmış və SSRİ Ali Attestasiya Komissiyasına müsbət rəy göndərmişdir.
1981-ci ildə yenidən universitetə 4 aylıq kursa getmiş, doktorluq dissertasiya aparılması elmi sovetdən keçmiş və təsdiq olunmuşdur. 1988-ci ilin fevral ayında erməni təcavüzü nəticəsində doktorluq dissertasiyası yarımçıq qalmışdır.
Əvəz Zeynalov 2019-cu il mayın 13-də Bakı şəhərində vəfat etmişdir.
Səhiyyə Nazirliyinin və Tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı, 1968
“Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar rəşadətli əməyə görə” medalı, 1970
Ümümittifaq Cərrahlar Qurultayına nümayəndə seçilməsi, 29 iyun 1974, Kiyev
"Tibb elmləri namizədi", 26 sentyabr 1974
"Sosializm yarışının qalibi" döş nişanı, 1976
"SSRİ səhiyyə əlaçısı" döş nişanı, 1976
Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Attestasiya Komitəsinin verdiyi "ali dərəcəli cərrah", 1993
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi", 2009
Zəngəzur qəzeti, 24 sentyabr 2004-cü il. səh.6
http://www.e-qanun.az/framework/16335