Aşağı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd.[1]
Aşağı Fərəcan | |
---|---|
39°31′43″ şm. e. 46°39′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Laçın rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənd Həkəri çayının sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin cənub-qərb ətəyindədir. Keçmiş adı Haraldır. 1954-cü ildə qonşu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün kəndin adı dəyişdirilərək Aşağı Fərəcan adlandırılmışdır. Oykonim "Aşağıda yerləşən Fərəcan kəndi" deməkdir[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
2006-cı ilin statistikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur.
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |