Əvəz bəy Ustaclı — Qızılbaş tayfalarından biri olan Ustaclıların Təmişli boyundan olan və XVI əsrin əvvəllərində fəaliyyət göstərmiş hərbi xadimlərindən biri.
Əvəz bəy Ustaclı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Atası | Mirzə bəy Ustaclı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Səfəvi ordusu |
Qoşun növü | Süvari |
Rütbəsi | Bəy |
Vəzifəsi | Bitlis hakimi |
Döyüşlər | Səfəvi-Osmanlı müharibəsi (1514–1555) |
Əvəz bəy Ustaclı XVI əsrin əvvəllərində Səfəvi imperiyasının yaranmasında və yayılmasında rol oynamış qızılbaş sərkərdələrindən biridir. O, 1514-cü ildə qısa müddət Bitlisin hakimi kimi çalışmışdır. O, Mirzə bəy Ustaclının oğlu idi və üç qardaşı var idi: Məhəmməd xan Ustaclı, Ovlaş bəy Ustaclı və Qara xan Ustaclı. Məhəmməd xan və Qara xan I İsmayılın ən vacib sərkərdələrindən biri olmuş və ona Şərqi Anadolunu ələ keçirməkdə yaxından yardım etmişdirlər. Məhəmməd xan Çaldıran döyüşündə, Qara xan isə döyüşdən sonra 1517-ci ildə Osmanlı ordusu ilə döyüşdə öldürülmüşdü. Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Bu evlilikdən Abdulla xan Ustaclı dünyaya gəlmişdir.[1][2][3]