Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər.
Əxlaqi-Nasiri | |
---|---|
| |
Müəllif | Nəsirəddin Tusi |
Orijinalın dili | Farsca |
Orijinalın nəşr ili | 1235 |
Tərcüməçi | Rəhim Sultanov |
Nəşriyyat | Bakı Kitab Klubu (2015) |
Səhifə | 336 (2015) |
Tiraj | 100 |
ISBN |
ISBN 978-9952-417-43-6 (2005) ISBN 978-9952-8095-1-0 (2009) |
Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir.[1]
Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub.[2]
Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb.
Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.
Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla[3], 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə[4], 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir.[5]