Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 46 saat əvvəl Həsən İmanov (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Əyalət, əsasən qubernatorlar tərəfindən idarə olunan və bəzi idarəetmə muxtariyyətləri olan böyük bir idarəetmə vahididir.
Əyalət sözünün mənşəyi ərəbcə "wly" kökündən gələn yazılı nümunəsi olmayan *iyālat يالة "idarəetmə, idarə" sözündən yaranmışdır. Əyalət; Osmanlı dövlətinin əyalət təşkilatında bəylərbəyinin başçılıq etdiyi ən böyük inzibati vahid idi.[1]
ABŞ, Avstriya və Avstraliya kimi federal ölkələri təşkil edən əsas inzibati vahidlərə Azərbaycan dilində əyalətlər deyilir.
Bəzi federativ dövlət strukturlarında əyalətlərin öz muxtar hökumətləri var. Dövlətlərin konstitusiya quruluşlarından asılı olaraq xalq tərəfindən seçilən baş nazirlər/qubernatorlar və ya mərkəzi hökumətin təyin etdiyi qubernatorlar bu hökumətlərin başında durur.
Məsələn, ABŞ ştatlarının qubernatorları xalq tərəfindən seçilir. Avstraliya əyalətlərinin qubernatorlarını mərkəzi hökumət təyin edir. Almaniya Federativ Respublikası əyalətlərinin baş nazirləri isə seçki yolu ilə hakimiyyətə gətirilirlər.
Əyalət sistemi əsrlər boyu Osmanlı imperiyasının əsas dövlət quruluşu olaraq istifadə edilmişdir. Son əsrində isə vilayət sistemi tətbiq edildi.
Province (Vilayət) sistemləri Avropa tarixində istifadə edilmişdir. Feodalizm dövründən qalmış vilayət sözü bu gün də istifadə olunur. Bununla birlikdə, bir çox ölkələrdə inzibati vahidlərin adları "province" (vilayət) adlandırılsa da, hamısında eyni inzibati sistem haqqında danışmaq olmaz.