Ostan

İranda ən böyük inzibati ərazi vahidi ostan sayılır.[1]

İranda konstitusional idarənin bərqərar olunmasını təmin edəcək məclisin qurulması naminə 1906–cı ildə xüsusi bir qanunla məclisə seçkilər üçün ölkə 4 əyalətə, onlar isə öz növbəsində 27 vilayətə bölündü; Dörd əyalətdən biri Azərbaycan idi.[2] Bu bölgü 1937-ci ildə dəyişdirildi və yeni islahata əsasən ölkə artıq 10 osatana və 49 şəhristana bölünürdü.[3]

Ostan — (fars. استان‎) — ölkə səviyyəsində vilayət və ya rayon kimi inzibati ərazi bölgülərinə yaxın bir bölgüdür. İran ərazisində 30 ostan var.

Şəhristan — (fars. شهرستان‎) — İranda ostan daxilində inzibati bölgü. Öz növbəsində baxşlardan və hər baxşa daxil olan bir neçə kəndistandan təşkil olunur. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var. Şəhristanların icra səlahiyyətləri fərmandar tərəfindən yerinə yetirilir.

Şəhərlər

Baxş və ya Bəxş (fars. بخش‎) — İranın şəhristanlarında inzibati ərazi vahidi. Hər baxşa daxil olan bir neçə kəndistan ibarət olur.

Kəndistan və ya Dehestan (fars. دهستان‎) — İranda inzibati ərazi vahididir. Hər kəndistan bir neçə kənddən ibarət olur.[4]

Kənd — İranda ən kiçik ərazi bölgüsü.

  1. "İran, Daxili İşlər Nazirliyi". 2008-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-05.
  2. "شهرستان ها و روستاهای استان آذربایجان غربی" (fars). پایگاه اطلاع رسانی علی امیر آبادی فراهانی. 2013-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-02.
  3. IV. The peoples of Iran. — New Internal Divisions of Iran, page 255. // Contributions to the anthropology of Iran. Author: Henry Field. Field Museum of Natural History Publication 458; Anthropological Series: Volume 29, Number 1. Chicago: Field Museum Press, 1939, 507 pages.
  4. "XX əsrdə Güney Azərbaycan ərazisində aparılmış inzibati-ərazi bölgüsü haqqında - TARİX". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]