Əyyub Cəfər oğlu Məmmədov (11 oktyabr 1919, Naxçıvan – 10 mart 1978, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1974).
Əyyub Məmmədov | |
---|---|
Doğum tarixi | 11 oktyabr 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 1978 (58 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1937–1978 |
Teatr | Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
Mükafatları |
Əyyub Məmmədov 11 oktyabr 1919-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. Onun yaradıcılığı Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlı olmuşdur. Bu teatrda Səməd Mövləvi, İbrahim Həmzəyev, Mir Həsən Mirişli, Əyyub Haqverdiyev, İsa Musayev kimi sənətkarlarla birlikdə çalışmağa başlayıb. Tipik xarakterli və dramatik səciyyəli epizod rollar yaradıcılığında xüsusi yer tutmuşdur. Romantik xarakterli, monumental səciyyəli dramatik və faciə rollarını da ifa etmişdir.[1]
Əyyub Məmmədov 6 iyul 1978-ci ildə Naxçıvanda vəfat etmişdir.
Tamaşanın adı | Müəllif | Rol |
---|---|---|
Hacı Qara | Mirzə Fətəli Axundov | Heydər bəy |
Müsyo Jordan və dərviş Məstəlişah | Mirzə Fətəli Axundov | Hətəmxan ağa |
Nadir şah | Nəriman Nərimanov | Təhmas şah |
Hacı Qəmbər | Nəcəf bəy Vəzirov | Mahmud |
Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev | Qurban |
Dağılan tifaq | Əbdürrəhim bəy Haqverdiyev | Nəcəf bəy |
Səyavuş | Hüseyn Cavid | Səyavuş |
Solğun çiçəklər | Cəfər Cabbarlı | Bəhram |
Aydın | Cəfər Cabbarlı | Surxay |
Sevil | Cəfər Cabbarlı | Balaş |
Fərhad və Şirin | Səməd Vurğun | Xosrov |
Vaqif | Səməd Vurğun | Eldar |
Məshəti | Kəmalə Ağayeva | Əşrəf |
Anamın kitabı | Cəlil Məmmədquluzadə | Rüstəm bəy |
Dəli yığıncağı | Cəlil Məmmədquluzadə | Hacı Türbət |
Rus məsələsi | Konstantin Simonov | Smit |
Həyat | Mirzə İbrahimov | Rauf |
Eşq və intiqam | Süleyman Sani Axundov | Şəmsi bəy |
Məşədi İbad | Üzeyir Hacıbəyov | Rza bəy |
Ulduz | Sabit Rəhman Süleyman Ələsgərov |
Qədir |