Əziz Əzizli

Əziz Əkbər (Ələkbər) oğlu Əzizli (30 sentyabr 1933, Bakı22 oktyabr 2005, Bakı) — Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoq.

Əziz Əzizli
Ümumi məlumatlar
Doğum tarixi 30 sentyabr 1933(1933-09-30)
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 2005(2005-10-22) (72 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, bəstəkar, truba ifaçısı[d]
Musiqi aləti truba

Əziz Əzizli 1933-cü il sentyabrın 30-da Bakıda anadan olub.

1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur.[1]

Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir.[2]

  1. "Əzizli Əziz Əkbər oğlu (1933 - 2005)". 2020-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  2. "Əzizli Əziz Əkbər oğlu". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.