Əziz Boran

Əziz Boran (tam adı: Əziz Boran Orduxan oğlu) — tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti.

Əziz Boran
Əziz Boran Orduxan oğlu
Doğum tarixi (69 yaş)
Doğum yeri Mərzili, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Pedaqoji İnstitutu
Fəaliyyəti tarixçi
Elmi dərəcəsi
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir.

Təhsili və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir
  • 1986-cü ildə "Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)" mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
  • Hal-hazırda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir.
  • 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir.
  • 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir.
  • Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır.
  • 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən "Siyasi tarix", "Azərbaycan tarixi", üzrə 3 proqramı nəşr edilmişdir.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tədqiqat işində 1920-1991-ci illərdə Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə, ADR dövründə qaçqınlar probleminin həlli, Azərbaycanda milli-azadlıq hərəkatı tarixinin öyrənilməsi və digər məsələlər mühüm yer tutur.

Beynəxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • 2002-ci il mayın 23-25-də Türkiyədə keçirilən "Türkiyənin erməni məsələsi" adlı Beynəlxalq elmi konfransda iştirak edərək orada "Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri" mövzusunda məruzə etmişdir.Məruzə konfransın materiallarında dərc olunmuşdur.
  • 2003-cü ilin mart-may aylarında Bakıda "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri" mövzusunda keçirilən Beynəlxalq elmi sessiyada çıxış etmişdir. Məruzə konfransın materiallarında dərc olunmuşdur.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Müharibəyə qarşı sülh uğrunda. Bakı, 1987
  • Azərbaycan Evliyə Çələninin 1954-cü il "Səyahətnaməsi"ndə. Bakı, 2000(Z.Bayramlı ilə birlikdə)
  • Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı,2008-12-24
  • Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənnindən magistr pilləsi üçün proqram. Bakı, 2007; yeniləşdirilmiş nəşr, 2008.
  • Azərbaycan Xalq Cümhuriyyəti və qaçqınlar problemi.// AXC-nin aktual problemləri, beynəlxalq elmi sessiyanın materialları. Bakı,mart-may 2003.
  • Ali məktəblərdə milli-azadlıq hərəkatı mövzunun tədrisi təcrübəsindən. BDU-nun Xəbərləri.Humanitarelmlər seriyası.№ 2, 2007.
  • Milli-azadlıq hərəkatı tarixinin dövrləri haqqında qeydlər.// Tarix və onun probblemləri.Bakı, № 4, 2007
  1. "Prezident sərəncamı: Nazirlikdə təqdimat". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  2. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-27.