Əziz Seyidov

Əziz Cəfər oğlu SeyidovBakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri. Azərbaycan Respublikası Prokurorluğunun Fəxri işçisidir.

Əziz Seyidov
Əziz Cəfər oğlu Seyidov
bayraq
Ali məhkəmənin Hərbi Kollegiyasının sədri
bayraq2
2017 – indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi (68 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Təhsili
Fəaliyyəti ali məhkəmə hakimi[d], prokuror
Rütbəsi
III dərəcəli dövlət ədliyyə müşaviri

Təltifləri "İgidliyə görə" medalı "Azərbaycan Bayrağı" ordeni

Əziz Cəfər oğlu Seyidov 6 oktyabr 1956-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi bitirib. 1983-cü ildən prokurorluq orqanlarına qəbul edilməklə Baki şəhər Nizami rayon prokurorluğuna, Bakı şəhər prokuroluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, Respublika Hərbi Prokurluğun İstintaq idarəsinin rəisi, Baş Prokurorluğun Milli Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi, ixtisaslaşdırılmış hərbi prokuror vəzifəsində işləyib. 2001-ci ilin aprel ayından Baş Prokurorluğun Daxili işlər orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. 2007-ci ilin aprel ayından 2017-ci ilin aprel ayının 25nə qədər Baki şəhər prokuroru olmuşdur. 2017-ci il aprelin 25-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci il iyulun 11-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunmuşdur. [1]

Ailəlidir, dörd övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1983–1988 Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, Baki şəhər prokuroluğunun boyük müstəntiqi.[2]
  • 1988–1993 Azərbaycan Respublikası Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiqi.[2]
  • 1993–1998 Azərbaycan Respublikası Hərbi Prokuroruğun istindaq idarəsinin rəisi.[2]
  • 1998–1999 Azərbaycan Respublikası Prokurorluğun Milli Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi.[2]
  • 1999–2001 İxtisaslaşdırılmış Hərbi Prokuror[2]
  • 2001–2007 Azərbaycan Respublikası Prokurorluğun Daxili işlər orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 30.09.2004-cü il tarixli Sərəncamı ilə III Dərəcəli ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.[2]
  • 2007–2017 Baki şəhər prokuroru.[2]
  • 2017ci ilin aprelin 25-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının hakimi vəzifəsinə təyin olunub.[2]
  • 2017ci ilin iyulun 11-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının sədri vəzifəsinə təyin olunmuşdur.
  • "İgidliyə görə"- 24 dekabr 1998-ci ildə[3] Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən təltif olunmuşdur
  • Prokurorluğun fəxri işçisi döş nişanı- 26.09.2003-cü ildə Azərbaycan Respublikası Baş Prokurorun sərəncamı ilə təltif olunmuşdur.
  • "Azərbaycan Bayrağı" ordeni- 2008 ildə[3] Prezident İlham Əliyev tərəfindən təltif olunmuşdur
  • Belarusiya Prokurorluğunun "90 illik Yubiley medalı" — 05.06.2014-cü il tarixində Belarusiya Baş Prokuroru tərəfindən təltif olunub.[2]
  • MDB Parlamentlərarası Assambleyasının 25 illik yubileyi münasibətilə 27.03.2017-ci il tarixində Assambleya Şurası Sədrinin tərəfindən ilə təltif olunub.[2]
  1. "Arxivlənmiş surət". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-22.
  2. 1 2 3 4 5 6 7 8 9 10 "Arxivlənmiş surət". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  3. 1 2 "Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-20.