Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əzizbəy Muradov (3 fevral 1998, Ulacalı, Sabirabad rayonu – 6 oktyabr 2023, Xocavənd rayonu) — qarmon ifaçısı, kiçik polis serjantı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olmuşdur.[1]
Əzizbəy Muradov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ulacalı, Sabirabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ulacalı kənd qəbirstanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Muradov Etibar Xanoğlan oğlu |
Hərbi fəaliyyəti | |
Rütbəsi | polis serjantı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi, Antiterror əməliyyatları |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Əzizbəy Muradov 1998-ci il fevralın 3-də Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 2015-cü ildə Sabirabad rayon Ulacalı kənd tam orta məktəbində ümumi orta təhsilini bitirmişdir. O, 2009-cu ildə daxil olduğu Sabirabad rayon Üzeyir Hacıbəyov adına Uşaq Musiqi Məktəbininin qarmon ixtisasını 2014-cü ildə müvəffəqiyyətlə bitirmiş, 2018-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Xalq çalğı alətləri ifaçılığına (qarmon) qəbul olmuşdur. III kursda olarkən təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanan Əzizbəy 44 günlük Vətən müharibəsi zamanı azad edilən yaşayış məntəqələrində qarmonda və pianoda etdiyi ifalar ilə məşhurlaşmışdı. İlk dəfə Qubadlıda qarmonda ifa etdiyi "Qarabağ şikəstəsi" sosial şəbəkələrdə böyük maraq yaradır. Şuşada isə pianoda ifa etdiyi "İncə bellim" mahnısı sosial şəbəkələrdə qısa bir zaman ərzində trendə çevrilir.[2][3][4] 2022-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı qüvvələri sırasına daxil olur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik, yüksək peşəkarlıq, şücaət və mərdlik nümayiş etdirərək fərqlənmiş Muradov Əzizbəy Etibar oğlu "Cəbrayılın azad olunmasına görə"[5] və "Qubadlının azad olunmasına görə"[6] medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün Qarabağda keçirilən antiteror tədbirləri zamanı öz xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Əzizbəy Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.[7]
2023-cü il sentyabrın 19–20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanaraq şəhid olan Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov Ulacalı kənd qəbirstanlığında dəfn edilib. Şəhidin nəşi günorta radələrində torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı atası Muradov Etibar Xanoğlan oğluna təqdim olunub.
Şəhidin məzarı önündə atası onun seçdiyi yoldan danışıb: "Mənim oğlum Əzizbəy atasının başını ucaltdı belə şəhidlik zirvəsinə ucalmaqla. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq getmişdi. Ordan gələndən sonra mən onu müharibə qurtarandan sonra onu saxlaya bilmədim. O, yenədə polis sıralarına getdiki mən işləyib vətənimizə xidmət eləmək istəyirəm. Asəf Zeynallının III kurs tələbəsi olanda müharibəyə gedib. Azərbaycan məni tək qoymayıb. Xalqımız məni tək qoymayıb… Sabah da yenə də əgər vətən darda olsa atası kimi iki oğlumla özüm yenə getməyə hazıram. Mən başımı dik tutub deyirəm bax bu xalqımızın yanında "Vətən sağolsun!". Allah bütün şəhidlərimizə rəhmət eləsin."[8]