Ulacalı

UlacalıAzərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.

Ulacalı
40°04′34″ şm. e. 48°35′53″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Sabirabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ulacalı xəritədə
Ulacalı
Ulacalı

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Ulacalı kəndi əsasən dəniz səviyyəsindən aşağıda yerləşmişdir. Bütün ərazisi düzənlikdir. Bitki örtüyünün say müxtəlifliyi çox deyil. Xarakterik meşələr Tuqay meşələridir. Burdakı ağaclar yarımsəhra və quru çöl iqliminə uyğun olan palıd, ağcaqayın və söyüd ağaclarıdır. Kollardan isə yovşan və dəvətikanı üstünlük təşkil edir.

Heyvanlar aləmi isə Tuqay meşələrinin heyvanları ilə məhdudlaşır. Bu heyvanların demək olar ki nəsli kəsilmişdir. Bura tülkü, qaban, cüyür, dələ, canavar aiddir.

İqlim yarımsəhra və quru çöl iqlimidir. Yayda orta tempratur +37,7 dərəcə olur. Yağıntılar az-az və bol miqdarda düşür. Hər yağıntı zamanı tıxminən 55–65 mm yağıntı olur. Qış fəslində orta temperatur +4,7 dərəcə olur. Yağıntılar yayda olduğu kimi yenə də çox kasad, lakin bol olur. Küləklər əsasən isti cənub-qərb küləkləridir.[mənbə göstərin]

Görkəmli şəxslər

[redaktə | mənbəni redaktə et]

Kənddə Ulacalı kənd məscidi dini icması fəaliyyət göstərir.[1]