13-cü rayon: Ultimatom

13 rayon: Ultimatom (fransızca: Banlieue 13 Ultimatum) — rejissor Patrik Alessandrenin çəkdiyi fransız bədii film. 18 fevral 2009-cu ildə Fransada premyerası olmuşdur. Rusiyada — 3 sentyabr 2009-cu ildə baş tutmuşdur.

13-cü rayon: Ultimatom
fr. Banlieue 13 : Ultimatum
Janr döyüş filmi, döyüş sənətləri filmi[d], triller filmi, elmi-fantastika filmi, cinayət filmi
Əsas mövzu mütəşəkkil cinayətkarlıq
Rejissor Patrik Alessandre
Prodüser
İcraçı prodüser Lük Besson
Ssenari müəllifi
Baş rollarda
İstehsalçılar Canal+
Distribütor Netflix
İlk baxış tarixi 2009
Müddət 101 dəq.
Ölkə
Dil fransız dili
Əvvəlki film 13-cü rayon (film, 2004)
Rəng rəngli
Çəkiliş yeri Paris
IMDb ID1247640

İl 2013 — birinci hissədəki hadisələrdən üç il keçir. Hökumət divarları yıxmaq vədini əsla yerinə yetirməmişdir. Əksinə, əlverişsiz şəhərətrafı qəsəbəni paytaxtdan ayıran divar daha da böyüdülmüş, hündürləşdirilmiş və sivilizasiyadan daha çox təcrid olunmuş məhəlləyə çevrilmişdir. Divarın bu tərəfi etnik ərazilərə nəzarət edən beş dəstə tərəfindən idarə olunur. Cinayət ikiqat artmışdır. Hətta uşaqlar da əlinə silah alıb narkotik satırlar. Hökumət "problemi həll etməkdə" həmişəkindən daha çox maraqlıdır və kəşfiyyat xidmətləri iğtişaşlar yaratmağa həmişəkindən daha çox hazırdırlar. Leito və Damien Parisi xaosdan xilas etmək üçün yenidən birlikdə fəaliyyət göstərməlidirlər.

Aktyor heyəti və rolları

[redaktə | mənbəni redaktə et]
  • David Belle — Leito
  • Siril Rafaelli — Damien Tomaso
  • Elodie Yung — Tao
  • MC Jean Gab'1 — Molko
  • Fabrio Felzinger — Baby Montana
  • La Fuine — Ali-K
  • Daniel Duvall — Walter Gassmann