VI Olimpiya oyunları — BOK-un 27 aprel 1912-ci ildə qəbul etdiyi qərara əsasən 1916-cı ildə Berlində keçirilməsi planlaşdırılan yay olimpiya oyunları. Almaniyanın paytaxtı oyunların keçirilməsi hüququnu Brüssel, İsgəndəriyyə, Amsterdam, Budapeşt və ABŞ-nin Klivlend şəhərlərini üstələyərək əldə etmişdi.[1]
Birinci dünya müharibəsinin başlaması səbəbi ilə oyunlar ləğv edildi. Berlinin yeni stadionu oyunlara artıq hazır idi. Altıncı oyunların ləğv edilməsinə baxmayaraq, növbəti oyunlara yeddinci rəqəmi verildi.
Vacib təkliflərdən biri 1916-cı ildə Baden-Vürtemberqdə qış olimpiya oyunlarının keçirilməsi idi.