Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir.
1 | |
---|---|
bir | |
← −1 · 0 · 1 · 2 · 3 → | |
Rum rəqəmi | I |
İkili | 1 |
Səkkizlik | 1 |
Onaltılıq | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var:
Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur. Bu daxilolma təfəkkürdə Tanrının birliyi, vahidliyi, təkliyi, şəriksizliyi formulunu yaratmış və sabitləşdirmişdir.[mənbə göstərin]
Dünya mədəniyyəti kontekstində bir sayı, həmçinin, ilin, fəsillərin, ayların, həftələrin başlanğıcını, ilk gününü bildirmişdir. Özündən sonrakı saylarla müqayisədə az işlənən bir sayı, eyni zamanda, həm müəyyənlik, həm də qeyri-müəyyənlik bildirir. Azərbaycan dastanlarındakı ustadnamələri ustadlar bir deməyib (bir başlanğıcdır), iki deyib?, iki deməyib, üç deyib, nağıllardakı padşahların çox vaxt aman-zaman bir övladı olması və s. bir sayının müəyyənlik bildirməsini göstərir. "İllərin birində", "ayların birində", "günlərin birində", "bir gün", "biri varmış, biri yoxmuş" və s. deyimlərdə bir bir olaraq qalsa belə, qeyri-müəyyənlik bildirir. Bu məqamlarda bir sayının elə bir mənası da olmur. Olsa-olsa o, təyinedici əlamət olaraq qalır.[mənbə göstərin]
Tale rəqəmi bir olan uşaqlar dünyaya gələn andan xarakter göstərirlər. Beş yaşında bunlar artıq enerji topası olur. Həddən artıq müstəqil olan bu uşaqlar valideynlərini elə od qoyurlar ki, onlar vaxtından əvvəl qocalır. "Bir"lərə diş batırmaq çətindir. Daim diqqət tələb edirlər. Əks təqdirdə evin altını üstünə çevirərlər. Sərt davrananda, nəyisə qadağan edəndə özlərindən çıxırlar. Qapalı məkanda qalmağı sevmirlər. Ətraf aləmlə çox ciddi maraqlanırlar. Uğurlarını stimullaşdırmaq lazımdır. Onları liderliyə həvəsləndirin. Səbrli olub onları məhəbbətlə əhatə etsəniz, əvəzini görəcəksiniz.
Bütün xalqaların inancında 1 rəqəmi həm də birincilik, liderlik deməkdir.[mənbə göstərin]