2024 FIFA Seriyası (ing. 2024 FIFA Series) — FIFA tərəfindən müxtəlif qitə konfederasiyalarından olan milli komandaların dəvət olunduğu və yoldaşlıq görüşlərinin keçirilməsindən ibarət olan FIFA seriyası yarışlarının hal-hazırda davam etməkdə olan ilk yarışıdır. Yarış 21–26 mart 2024-cü il tarixlərində beş ev sahibi ölkədə keçirilməsi nəzərdə tutulan beş fərqli seriyadan ibarət olacaq.[1]
2024 FIFA seriyası | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi |
Əlcəzair Azərbaycan Misir Səudiyyə Ərəbistanı Şri-Lanka |
Tarix | 21–26 mart |
Komanda sayı | 24 (6 konfederasiyadan) |
Stadion sayı | 9 (7 ev sahibi şəhərdə) |
Yarış statistikası | |
Oyun sayı | 11 |
Qol sayı | 27 (matç başına: 2.45) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Yassin Benzia Tyeri-Teddi Qodame Mamadu Kane Morlaye Silla (hərəsi 3 qol) |
2026 → |
Yoldaşlıq yarışı ilk dəfə 2022-ci ilin dekabrında "FIFA World Series"[2] adı altında FİFA təşəbbüsü kimi elan edilmiş və daha sonra FIFA prezidenti Canni İnfantino tərəfindən 16 mart 2023-cü ildə FİFA-nın 73-cü Konqresində yenidən bu vəzifəyə seçildikdən sonra təsdiq edilmişdir.[3] Yarış, altı konfederasiyanın kişi milli komandalarını cüt illərin mart ayında FIFA matçları pəncərəsində bir sıra yoldaşlıq turnirlərində bir araya gətirəcək.[4] Müsabiqə FIFA-nın üzvü olan assosiasiyalara digər konfederasiyaların komandaları ilə daha müntəzəm oynamağa imkan verməklə onlara "vacib oyun imkanı" təqdim etmək məqsədi daşıyır və bu, daha böyük texniki inkişaf imkanlarına şərait yaradır. O, həmçinin üzv assosiasiyaları əlavə kommersiya imkanları və əlaqələrlə təmin etmək üçün nəzərdə tutulub.[1]
2024-cü il yarışları müsabiqə üçün pilot mərhələ kimi çıxış edəcək.[1] Misirdən başqa (ən son əlavə edilib) hər seriyada bütün konfederasiyalararası oyunlar tərəflər arasında ilk beynəlxalq görüş olacaq.[5]
2024-cü ildə keçiriləcək müsabiqədə aşağıdakı komandalar iştirak edəcək.
Seriya | Komanda | Konfederasiya | FIFA Reytinqi Fevral 2024[6] |
---|---|---|---|
Əlcəzair | Əlcəzair | CAF | 43 |
Andorra | UEFA | 164 | |
Boliviya | CONMEBOL | 86 | |
Cənubi Afrika Respublikası | CAF | 58 | |
Azərbaycan | Azərbaycan | UEFA | 113 |
Bolqarıstan | UEFA | 83 | |
Monqolustan | AFC | 190 | |
Tanzaniya | CAF | 119 | |
Misir | Xorvatiya | UEFA | 10 |
Misir | CAF | 36 | |
Yeni Zelandiya | OFC | 103 | |
Tunis | CAF | 41 | |
Səudiyyə Ərəbistanı A | Kamboca | AFC | 179 |
Kabo-Verde | CAF | 65 | |
Ekvatorial Qvineya | CAF | 79 | |
Qayana | CONCACAF | 157 | |
Səudiyyə Ərəbistanı B | Bermud adaları | CONCACAF | 171 |
Bruney | AFC | 194 | |
Qvineya | CAF | 76 | |
Vanuatu | OFC | 170 | |
Şri-Lanka | Butan | AFC | 184 |
MAR | CAF | 129 | |
Papua-Yeni Qvineya | OFC | 165 | |
Şri-Lanka | AFC | 204 |
Konfederasiya | Təmsilçi sayı |
---|---|
AFC | 5 |
CAF | 9 |
CONCACAF | 2 |
CONMEBOL | 1 |
OFC | 3 |
UEFA | 4 |
Ölkə | Şəhər | Stadion | Tutumu |
---|---|---|---|
Əlcəzair | Əlcəzair | Nelson Mandela stadionu | 40 784 |
Ənnabə | 19 May 1956 stadionu | 56 000 | |
Azərbaycan | Bakı | Dalğa Arena | 6 500 |
Tofiq Bəhramov adına Respublika Stadionu | 31 200 | ||
Misir | Qahirə | Qahirə beynəlxalq stadionu | 75 000 |
Misirin yeni paytaxtı | Misr stadionu | 93 940 | |
Səudiyyə Ərəbistanı | Ciddə | Kral Abdulla idman şəhəri | 62 345 |
Şahzadə Abdulla Əl-Faysal idman şəhəri | 27 000 | ||
Şri-Lanka | Kolombo | Kolombo ippodromu | 10 000 |