"Valkiriya" əməliyyatı[2], həmçinin 20 iyul sui-qəsdi[3] və generalların sui-qəsdi[4] (alm. Attentat vom 20. Juli 1944)— alman müqavimətinin, ilk növbədə Vermaxtın Adolf Hitlerin öldürülməsi, dövlət çevrilişi və Nasist hökumətini devirmək məqsədilə həyata keçirdiyi sui-qəsd. Sui-qəsdin kulminasiya nöqtəsi 20 iyul 1944-cü ildə Hitlerin həyatına qəsdə uğursuz cəhd idi. Sui-qəsdin uğursuz olması, üzvlərinin əksəriyyətinin edam edilməsi və Alman Müqavimətinin digər üzvlərinə qarşı repressiya ilə nəticələndi.
20 iyul sui-qəsd cəhdi | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
| |||
Tarix | 20 iyul 1944 | ||
Yeri | Rastenburq, Şərqi Prussiya, Almaniya (indiki Ketrzin, Varmia-Masuria, Polşa) | ||
Nəticəsi |
Hökumətin həlledici qələbəsi Hərbi çevriliş bir neçə saat ərzində uğursuz oldu. Adolf Hitler ciddi xəsarət almadan xilas oldu.Təxminən 7000 nəfər həbs edildi, 4890 nəfər edam cəzasına məhkum edildi.SS Vermaxt üzərində ciddi nəzarəti ələ keçirdi. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1942-ci ilin yazından etibarən Olbrixt məcburi əmək üsyanı kimi fövqəladə hallar və daxili iğtişaşlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş Valkiriya planı üzərində işləyirdi. Plan Hitler tərəfindən təsdiqlənmişdi. Olbrixt isə çevriliş zamanı bu plandan istifadə etməyi düşündü. Hitlerin öldürülməsindən sonra ehtiyat ordusu Berlində əsas hədəfləri tutmalı, SS-ni tərksilah etməli və nasist rəhbərliyini həbs etməli idi. Ehtiyat ordusunun komandiri general-polkovnik Fridrix Frommun sui-qəsdə qoşulacağı və ya uzaqlaşdırılacağı, bu halda Hoepnerin komandanlığı alacağı güman edilirdi.[5] Yeni hökumətin məqsədləri müharibəni dayandırmaq, qanunun aliliyini bərpa etmək və demokratik seçkilər keçirmək idi.[6] Lakin sui-qəsdçilərin öz aralarında da fikir ayrıliqları var idi. Birliyin olmaması sui-qəsd planının həyata keça bilməməsinin səbəblərindən biri kimi qeyd edilə bilər.[7]
İyulun 20-də səhər saat 8 radələrində Stauffenberq adyutantı Oberleutnant Verner fon Haeften və general-mayor Helmut Ştiflə birlikdə Junkers Ju 52 təyyarəsi ilə Rangsdorf aerodromundan Hitlerin alm. “Wolfsschanze” qərargahına uçdu.[8] Bir portfeldə Şərqi Prussiyanın müdafiəsi üçün diviziyanın yaradılması haqqında hesabat üçün sənədlər, digər iki paketdə isə gecikmiş kimyəvi qoruyucularla təchiz olunmuş Britaniya istehsalı plastik partlayıcılar ("qələm qoruyucuları") var idi.
Sui-qəsd üçün nəzərdə tutulan partlayıcılar lazımı yerlərə yerləşdirildikdən sonra oradan uzaqlaşan sui-qəsdçilər partlayışın səsini saat 12:42-də eşitdilər. İclasda iştirak edən 24 nəfərdən dördü — general Şmundt və Korten, polkovnik Brandt və stenoqraf Berqer öldü, qalanları isə müxtəlif dərəcədə ağır yaralandılar.[9] Partlayış zamanı Hitlerin özünə gəlincə masaya söykəndiyi əlində şiddətli zədə alaraq qanaxma, həmçinin qulaq pərdələrinin partlaması, qulaqdan qanaxma və sıyrıqlar əmələ gəlmişdi.[10] Uğursuzluqda həlledici rolu təkcə Hitleri xilas edən hadisə deyil, həm də bir sıra ciddi yanlış hesablamalar və sui-qəsdçilərin yarıtmaz tədbirləri, eləcə də onların bir çoxunun gözləmə mövqeyi rol oynayıb.[11]
Hitler hadisədən sonrakı gecə radioda xalqa müraciət edərək üsyanın bütün iştirakçılarını sərt şəkildə cəzalandıracağını vəd etdi. Gestapo ətraflı araşdırma apardı və 20 iyul hadisələrinin əsas iştirakçıları ilə zərrə qədər də olsa əlaqəsi olan hər kəs ya həbs edilib, ya da dindirilib. Axtarışlar zamanı sui-qəsd iştirakçılarının gündəlikləri və yazışmaları üzə çıxarıldı, çevriliş və fürerin öldürülməsi ilə bağlı əvvəlki planlar da üzə çıxdı; orada adı keçən şəxslərin yeni həbsləri başlandı. Ancaq hamı 20 iyul hadisəsi ilə əlaqəli deyildi. Gestapo tez-tez köhnə hesabları da həll edirdi. Hitler şəxsən Xalq Məhkəməsinin sədri Roland Freislerə göstəriş verdi ki, məhkəmə prosesi tez aparılsın və müttəhimlər "qəssabxanada olan mal-qara kimi" asılsınlar.[12]
İlk məhkəmə 1944-cü il avqustun 7-də və 8-də Berlində Apellyasiya Məhkəməsinin böyük zalında keçirildi. Seçilmiş əsgərlər, eləcə də SS, SA və Gestapo üzvləri görüşə tamaşaçı qismində qatılıblar. Hakim Roland Freisler təqsirləndirilənlər feldmarşal Ervin fon Vitzleben, general-leytenant Paul fon Hase, general-mayor Helmut Stief, general-polkovnik Erix Hoepner, kapitan Karl Friedrih Clausing, podpolkovnik Peter Yorkdburq və Robert Bernuts-u alçaldaraq möhtəşəm şou göstərdi. Onların hamısına ölüm hökmü çıxarıldı. Avqustun 8-də Hitlerin əmri ilə onlar gilyotinlə edam edilmədilər, mülki cinayətkarlar kimi, atəş etməklə də deyil, Plötzensee həbsxanasında tavandakı qarmaqlara bərkidilmiş piano tellərindən asılmışdılar. Adi asılmadan fərqli olaraq, ölüm zamanı boyun qırılmasından və ya nisbətən sürətli boğulmadan deyil, boynun uzanması və yavaş boğulma nəticəsində baş verir. Edam çəkilişi də aparılıb və Hitlerin bu çəkilişi görüb-görmədiyi məlum deyil. Məhkəmələr haqqında materiallardan fərqli olaraq, ilk məhkumların edamından bəhs edən 25 dəqiqəlik material dövrümüzə qədər gəlib çatmayıb.[13]
Ümumilikdə iyul hadisələri ilə 200-ə yaxın insan edam edilib və ya intihara sürüklənib, 20 iyul hadisələri ilə bağlı olmuyan amma araşdırmalar nəticəsində Gestaponun onlara zidd hesab etdikləri ümumi 4980 nəfərin edam olunduğu bəllidir.[14] 20 iyul hadisəsi ilə bağlı üç feldmarşal, 19 general, 26 polkovnik, 2 səfir, 7 diplomat, 1 nazir, 3 dövlət katibi, həmçinin Berlin polis rəisi Volf-Heinrix fon Helldorf və Reyxin rəisi də daxil olmaqla bir çox yüksək vəzifəli məmurlar var idi.[15]