243 İda

243 İda (/ˈaɪdə/) — Asteroid qurşağında yerləşən və Koronoid ailəsinə[4] məxsus S sinifli asteroid. 29 sentyabr 1889-cu ildə avstriyalı astronom İohan Paliza tərəfindən kəşf edilmiş və asteroidə yunan mifologiyasında nimfalardan biri olan İdanın adı verilmişdir.

243 İda 323,59070348399 ± 0 °[1]
Kəşf tarixi29 sentyabr 1884[1]
Periapsidi2,733727555335 ± 0 astronomik vahid[1]
Apoapsidi2,987803529305 ± 0 astronomik vahid[1]
Böyük yarımoxu
2,86076554232 ± 0 astronomik vahid[1]
Orta anomaliyası205,35832653311 ± 0 °[1]
Əyilməsi1,138 ± 0,001 °, 1,12987821952 ± 0 °[1]
Qalxan milinin uzunluğu
323,59070348399 ± 0 °[1]
Perisentr arqumenti
113,88217992389 ± 0 °[1]
Nəyin peykidirGünəş
Özünə xas ekssentrisitet
0,044406990054 ± 0[1]
Kütləsi42.000.000.000.000.000 kq[2]
Orta sıxlığı
2,6 ± 0,5 q/sm³[1]
0,3 centimetre per square second[3], 1,1 centimetre per square second[2][3]
16.682,4 san.[1]
Şimal qütbünün meyllənməsi
−2° 52′ 0″[2]
Albedo0,262 ± 0,032[1]
Temperatur200 K

29 sentyabr 1889-cu ildə Vyana rəsədxanasında Avstriya astronomu İohan Paliza tərəfindən kəşf edilmişdir.[5] Bu kəşf edilən 45-ci asteroid idi. İda adını həvəskar astronom və pivəbişirən Moriz von Kuffner vermişdir.[6][7] İda yunan mifologiyasında Kritin nimfasıdır.[8] Kiyotsuqu Hirayama tərəfindən Koronoid ailəsinə salınmışdır.

İdanın spektrumunu 1980-ci ilin 16 sentyabrında astronomlar David Tolen və Edvard Tedesko ölçmüşdür. O gün S sinifinə aid edilmişdir. İdanın tədqiq edilməsi 1993-cü ilin əvvəllərində həyata keçirilmişdir. "Qalileyo" aparatı asteroidin 60–78 km uzaqlığında onun şəkillərini çəkmişdir.

Asteroid qurşağında ən çox rast gəlinən asteroid siniflərindən biri olan S sinifinə aiddir. 28 avqust 1993-cü ildə asteroid Yupiter üçün göndərilmiş "Qalileyo" aparatı tərəfindən ziyarət edilmişdir. İda kosmik aparat tərəfindən ziyarət edilən ikinci asteroid, peyki tapılan isə ilk asteroiddir.

243 İdanın orbiti Yupiter ilə Mars arasında yerləşir. Günəş ətrafında dövrünü 4,84 ilə, öz oxu ətrafında dövrünü 4,63 saata tamamlayır. Radiusu 31,7 kilometrdir. Forması nahamar və uzanmışdır, iki göy cisminin toqquşması nəticəsində yarandığı güman olunur. Səthində böyük genişlikdə və ölçüdə kraterlər vardır.

Peyki Dektil missiya üzvü Anna Harx tərəfindən "Qalileyo"dan göndərilmiş şəkillərin köməyi ilə kəşf edilmişdir. Daktil yunan mifologiyasında İda dağında yaşayan qnomlardır. Bu addan əvvəl peykə 1993(243)1[9] şərti adı verilmişdi. Diametri 1,4 kilometrdir və bu İdanın 1/20 hissəsidir. Onun İda ətrafında orbiti tam dəqiqliklə müəyyən olunmayıb. Daktil və İda bir çox xüsusiyyəti paylaşır, onların mənşəyinin eyni olduğu ehtimal olunur.

İdadakı 21 krater adlarını Yerdəki eyniadlı mağaralardan almışdır. Mötərizələrdə mağaranın yerləşdiyi ölkə göstərilmişdir.[10]

Daktildəki 2 krater adını iki Daktildən almışdır.[11]

  • Akmon
  • Kelmis
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 JPL Small-Body Database.
  2. 1 2 3 JPL Small-Body Database.
  3. 1 2 P.C. Thomas, M.J.S. Belton, Carcich B., C.R. Chapman, M.E. Davies, Sullivan R., Veverka J. The Shape of Ida (ing.). // Icarus / P. Nicholson Elsevier BV, 1996. Vol. 120, Iss. 1. P. 20–32. ISSN 0019-1035; 1090-2643 doi:10.1006/ICAR.1996.0033
  4. "Arxivlənmiş surət". 2006-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.
  5. "Arxivlənmiş surət". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.
  6. "Arxivlənmiş surət". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.
  7. ISBN 0-521-82344-7.
  8. "Arxivlənmiş surət". 2011-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.
  9. "Arxivlənmiş surət". 2015-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.
  10. "planetarynames.wr.usgs.gov". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.
  11. "planetarynames.wr.usgs.gov". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]