258 №-li piyada döyüş maşınının ekipajı (film, 2014)

258 №-li piyada döyüş maşınının ekipajı tammetrajlı sənədli filmi rejissor Elcan Məmmədov tərəfindən 2014-ci ildə çəkilmişdir. Film Nəcəf Nəcəfov Fondunun istehsalıdır.Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir.

258 №-li piyada döyüş maşınının ekipajı
Janr sənədli
tarixi
müharibə
Rejissor Elcan Məmmədov
Ssenari müəllifi Şahin Hacıyev
Operator Elman Nəbiyev
İstehsalçı Nəcəf Nəcəfov Fondu
İlk baxış tarixi 16 oktyabr 2014, Bakı Beynəlxalq Mətbuat Mərkəzi[1]
Filmin digər adı 258 nömrəli PDM-in ekipajı
Filmin növü tammetrajlı sənədli film
Müddət 74 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İl 2014
Rəng rəngli

Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. Film müəllifləri sənədlər,şahidlərin,hadisələrin həyatda olan iştirakçılarının ifadələri əsasında döyüş əməliyyatlarının xronologiyasını bərpa ediblər.[1] Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək,bütün digər iddiaların yalan olduğunu üzə çıxarır. Film "ASALA" terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Rejissor: Elcan Məmmədov
Ssenarist: Şahin Hacıyev
Operator: Elman Nəbiyev

Azərbaycan filmlərinin siyahısı
2014-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Monte Melkonyanı məhv edənlər — filminin təqdimatı. Arxivləşdirilib 2019-09-16 at the Wayback Machine contact.az, 16.10.2014.  (az.)