Monte "Avo" Melkonyan (erm. Մոնթե Մելքոնյան; 25 noyabr 1957[1], Viseyliya[d], Kaliforniya, ABŞ[1] – 12 iyun 1993[1], Mərzili, Ağdam rayonu) — erməni terrorçusu, ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu, podpolkovnik. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş Azərbaycanlılara işgəncə verilməsində çox aktiv iştirak etmişdir.[2]
Monte Melkonyan | |
---|---|
erm. Մոնթե Մելքոնյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr 1957[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 iyun 1993[1] (35 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu, ASALA, Dağlıq Qarabağ Respublikası |
Qoşun növü | Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu |
Xidmət illəri | 1979–1993 |
Rütbəsi | polkovnik-leytenant, podpolkovnik[d] |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-nin Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştirak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir, lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Əbu Nidal ilə sıx əlaqə saxlamışdır.
1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir. Nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və terror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdir, lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilmişdir. Ancaq orada çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşamışdır.
1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edirdi.[3]
Monte Molkonyanın öldürülməsi ilə bağlı Azərbaycan ictimaiyyətində iki məşhur iddia var:[4][5]