3,14... — Azərbaycan rok arenasında ilk dəfə Death/Doom metal janrında ifa edən musiqi qrupu.
3,14... | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
doom metal death metal |
Fəaliyyət illəri | 2002 - dən indiyədək |
Ölkə | Azərbaycan, Bakı |
Heyət |
Maksim Koçetov (bas, vokal) Emin Kərimov (gitar, vokal) Kənan Həbibov (sintezator) Yaqub Quliyev (zərb) |
http://www.314.az |
Qrup 2002-ci ilin sentyabr ayında, Dissonans rok qrupunun fəaliyyətini dayandırması nəticəsində Maksim Koçetov və Emin Kərimov tərəfindən yaradılmışdır. Bir qədər sonra qrupa vokalçı Seva Hacıyeva və zərbçi Vadim Ələkbərov da qoşulmuşdur. Heyət tam komplektivləşdiriləndən sonra məşqlərə start verilmişdir.
Səhnədə ilk addımlar "Alma Mater" adıyla 2003-cü ilə "Black Jack" klubunun səhnəsində atılmışdır. 2006-ci ildə qrup həm adını həm də heyətini dəyişdirdi. Keçmiş ad "Alma mater", "3,14..."-lə(Cəbr elmindəki "Pi" və yaxud "π" işarəsinin açması) - əvəz olunur.
2007-ci ilin mart ayında "3,14..." ilk demo albomunu buraxır.Albom 8 kompozisiyadan ibarətdir - onlardan ikisi kaver olmuşdur. Albomdakı mahnıları qrup, o vaxtlar İTV telekanalında yayımlanan "Qaraj" verlişində canlı ifa etmişdir.
Həmin ilin yayında qrup yeni musiqi ideyalarının üzərində çalışmağa başlamışdır. Bunun nəticəsi olaraq "Избавлние"(Qurtuluş) adlı mahnı hazırlanmışdır və qrupun studiyada yazılmış ilk mahnısı olmuşdur. Sonradan bu mahnıya təcrübi bir klip çəkilmişdir.
2008-ci ilin əvvələrində qrup "Dark Line" adlı musiqiçilər üçün nəzərdə tutulmuş kiçik hərakat yaratmışdır. Məhz bu "Dark Line" hərakatı adı altında bu günə kimi paytaxtda yeni rok/metal üslubunda ifa edən istedadların aşkarlanması prosesi gedir.
2009-cu ilin fevralında qrup ilk studiya albomu olacaq "Неизбежность" (Qaçılmazlıq) albomunun yazılması işinə başlayır. 6 aya yaxın davam edən studiya işlərindən sonra albom 3 oktyabr 2009-cu il tarixində qrupun solo konsertində işıq üzü görür. Albomunun relizi ilə qrupa sanki yeni bir nəfəs gəldi. Bunun nəticəsində 2010-cu ilin payızında qrup digər musiqiçi dostları ilə birgə proyekti olan "Вперёд Обратно"(İrəli/Geriyə) albomunu dinləyicilərinə təqdim edir.
Yarandığı gündən etibarən qrup təkcə Azərbaycanda deyil, dünyanın bir çox dövlətlərinin rok/metal dinləyicilərinin diqqətində olmuşdur. Bunun göstəricisi kimi qrup haqqında məşhur alman (Metal Hammer), türk(Karanlık Oda), hətta Braziliya (The Black Zine) jurnallarının yazması, İtalyanın məşhur Yasta Radio dalğasında səslənməsini qəbul edə bilərik.