Üç yüz doqquz — say sistemində ədədlərdən biridir. Üç yüz səkkizdən sonra, üç yüz ondan əvvəl gəlir.
309 | |
---|---|
üç yüz doqquz | |
← 307 · 308 · 309 · 310 · 311 → | |
Faktorizasiya | 3 · 103 |
Rum rəqəmi | CCCIX |
İkili | 100110101 |
Səkkizlik | 465 |
Onaltılıq | 135 |
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Quran kitabında Əshabi-Kəhf surəsinin 2-ci ayəsində Kəhf mağarasında uzun müddət yatıb sonra oyananların orada 300 üstə gəl 9 il qaldıqları işarə eidlir. Burada zamanın nisbiliyi və Hicri-şəmsi təqvimi ilə Hicri-qəməri təqvimi arasında da əlaqə göstərilməkdədir. Çünki 309 il ay təqvimi 300 günəş təqviminə bərabərdir. belə ki ayənin tərcüməsinə nəzər yetirək:
"Onlar mağarada üç yüz doqquz il qaldılar. (Üç yüz il qaldılar, üstünə bir doqquz il də artırdılar)." Əshabi Kəhf surəsi 25-ci ayə[1]
Z.Bünyadov-V.Məmmədəliyev
Həzrət Peyğəmbərin vəfatından sonra bir qrup yəhudi Mədinəyə gəlib dedi: «Qur’anda Kəhf səhabələri haqqında bildirilir ki, onlar 309 il orada yatmışlar. Hansı ki, tövratda bu rəqəm 300 kimi göstərilmişdir. Bu iki bildiriş bir-birinə ziddir». Yəhudilərin bu iradı qarşısında təkcə xəlifə yox, bütün səhabələr də aciz qaldılar. Nəhayət, yardım üçün Əliyə (ə) müraciət etdilər. Həzrət buyurdu: «Bu iki bildiriş arasında ziddiyyətin səbəbi odur ki, yəhudilər günəş, ərəblər isə ay təqvimindən istifadə edirlər. Tövrat yəhudi, Qur’an isə ərəb dilində nazil olmuşdur. Günəş təqvimi ilə 300 il qəməri təqvimi ilə 309 ilə bərabərdir. Günəş ili ilə ay ili arasında on bir gün altı saat fərq vardır. Nəticədə otuz üç şəmsi ili təqribən otuz dörd qəməri ilinə bərabər olur»[2]
Riyaziyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |