555K

555K — 5 may 1960-cı ildə Ankarada Demokrat Partiya əleyhinə tələbələrin keçirdiyi etiraz aksiyası. Adını 5-ci ayın, 5-ci günü, saat 5-də Qızılay Meydanınında baş tutduğu üçün almışdır. Türkiyə Cümhuriyyəti tarixinin ilk "vətəndaş itaətsizliyi" aksiyası olaraqda tanınır.

1960-cı ilin 28-30 aprel tarixlərində polislə tələbələr arasında baş verən qarşıdurmada iki tələbənin ölümü ölkədə vəziyyəti gərginləşdirmişdi.[1] Demokrat Partiya (Türkiyə, 1946) mitinqi üçün Qızılay Meydanına gələn dönəmin baş naziri Adnan Menderes birdən-birə özünü etirazçıların arasında tapır. Deyilənlərə görə həmin dövrdə tələbə olan Cümhuriyyət Xalq Partiyasının prezidenti Dəniz Baykal, şair Camal Sürəyanın dediyinə görə isə Vedat Dalokay, Menderesin "Nə istəyirsiniz?" sualının üstünə prezidentin yaxasına yapışaraq "Hürriiyyət istəyirik!" demişdi. Menderes isə bu sualla cavab vermişdi: "Baş nazirin yaxasından yapışırsan, bundan böyük azadlıq varmı?"Meydanda toplaşan universitet tələbələri "Plevne marşı"-nı dəyişdirərək bu şəkildi oxumuşdu.

''Olur mu böyle olur mu?
Kardeş kardeşi vurur mu?
Kahrolası diktatörler.
Bu dünya size kalır mı?
Kızılırmak akmam diyor.
Etrafını yıkmam diyor.''

555K aksiyasından təxminən 20 gün sonra, 1960-cı il mayın 27-də cumhuriyyət tarixində ilk hərbi müdaxilə edildi.

Türkiyədə dövlət çevrilişi (1960)

  1. ""555K"". 3 May2018. 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20. (#first_missing_last)