Vəhşi heyvanın rəqəmi,[1] həmçinin heyvan rəqəmi,[2][3]iblis rəqəmi[4] və ya vəhşi heyvana məxsus say[5] (q.yun.Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir.[6] Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir.[7][8] Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir.[9]
Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır.[10] Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir".[11] Tasitin "Annallar"ında qeyd edilmişdir:
Hesabat verməkdən yaxa qurtarmaq istəyən Neron təqsirin üstünü örtmüş və iyrəncliklərinə görə nifrət edilən, xalq tərəfindən "xrestianlar" adlandırılan bir sinfə ən şiddətli işgəncələri vermişdir. Adı ondan qaynaqlanan XristTiberinin hakimiyyəti dövründə prokuratorlarımızdan biri olan Ponti Pilatın əli ilə ağır cəzaya məruz qalmışdı və bu an üçün yoxlanılan ən yaramaz xurafat nəinki şərin ilk mənbəyi olan İudeyada, hətta dünyanın hər yerindən iyrənc və utancverici hər şey öz mərkəzini tapan və populyarlaşan Romada da yenidən baş qaldırmışdır.[12]
Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır.[13][14][15] Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.[16][17] Ümumi olaraq qəbul edilmişdir ki, Vəhy Kitabında "heyvan rəqəmi"nin 666-ya çatması, latın dilində "Neron Kesar" (lat.Nero Caesar, ivr. נרון קסר; mənası – "imperator Neron") kəlmələrinin ivrit əlifbasında yazılması, ardınca onların gematriyasının ölçülməsi ilə yaranmışdır. Bu, erkən xristianların Neronu müstəsna dərəcədə şeytani fiqur hesab etdiyini göstərir.[18]
↑Stewart, Robert B.; Ehrman, Bart D.; Wallace, Daniel B. The reliability of the New Testament. Minneapolis, MN: Fortress Press. 2011. 40–41. ISBN978-0-8006-9773-0.
↑Novum Testamentum Graece, Nestle and Aland, 1991, footnote to verse 13:18 of Revelation, page 659: "-σιοι δέκα ἕξ" as found in C [C=Codex Ephraemi Rescriptus]; for English see Metzger's Textual Commentary on the Greek New Testament, note on verse 13:18 of Revelation, page 750: "the numeral 616 was also read ..."