72 km qısametrajlı bədii filmi rejissor Səmimi Fərhad tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film "Nano Group Production"da istehsal edilmişdir. Film Laçın rayonunun işğalının 22-ci ildönümünə həsr olunub.[2] Filmdə əsas rolları Eldar İmanov, Türkay Cəfərli, Lətifə Əliyeva, Tofiq Bayramov və Ağalar Bayramov ifa edirlər.
72 km | |
---|---|
72 kilometr | |
Janr |
qısametrajlı dram |
Rejissor | Səmimi Fərhad |
Ssenari müəllifləri |
Səmimi Fərhad Ziyadxan Məmmədov |
Baş rollarda |
Eldar İmanov Türkay Cəfərli Lətifə Əliyeva Tofiq Bayramov Ağalar Bayramov |
Operator | Hikmət Şahverdiyev |
İstehsalçı | "Nano Group Production" |
İlk baxış tarixi | 17 may 2014, Bakı, Beynəlxalq Mətbuat Mərkəzi[1] |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 15 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Filmin sujet xəttində Qarabağ müharibəsi zamanı atasını itirən bir gəncin vətənli günlərinin xatirəsindən yaranan vətənə qayıtmaq arzusu və köçkünlükdən sonra gördüyü bir simada bu arzunun yaratdığı daxili burulğan əsas mövzu kimi seçilmişdir.
Ramiz Qusarçaylının müəllifi olduğu və Xatirə Laçın tərəfindən filmə uyğunlaşdırılan "Qaytarın geri!" şeirinin obrazların ifasında səslənməsi və kompozisiyanın sonunda Ehtiram Hüseynovun ifasında səslənən "Qarabağ şikəstəsi" sanki savaş cəngisidir. "72 km" məsafədən ruhən o torpaqlara səyahət edən obrazlar, filmi izləyənləri də özləriylə bərabər bu səfərə bir daha yoldaş edir.[3].
Film Qarabağ uğrunda canından keçən şəhidlərimizin ruhuna ithaf olunur.
2014-cü il mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində "72 kilometr" adlı qısametrajlı filmin təqdimatı olmuşdur.[1]
Ssenarist: Səmimi Fərhad, Ziyadxan Məmmədov
Operator: Hikmət Şahverdiyev
Eldar İmanov
Türkay Cəfərli
Lətifə Əliyeva
Tofiq Bayramov
Ağalar Bayramov
Günel Niftəliyeva
Zarina Qurbanova
Arslan Fərhad
Səmimi Fərhad