772 saylı Xüsusi Təyinatlı batalyon

772 saylı Xüsusi Təyinatlı batalyonBirinci Qarabağ müharibəsində uğurlu əməliyyatları olan, lakin gizli saxlanılan xüsusi təyinatlı batalyon.

Yaradılması[redaktə | mənbəni redaktə et]

772 saylı batalyonun yaradılması təşəbbüsü 1992-ci il fevral ayında sadə zəvod fəhlələri olan Kazlov Vladimir və Malinov Vladimir tərəfindən irəli sürülmüşdür. Həmin ildə onlar televiziya vasitesi ilə xalqa müraciət etdilər. Çağrışlarına Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri toplandı. Bunlar rus, ləzgi, talış, ukraynalı, tatar, yəhudiazərbaycanlılar idi. Fevralın 25-nə qədər 125 nəfər toplanmışdı. Azərbaycanlılar arasında "əfqan" döyüşçüləri də çox idi. Onlar Əfqanıstanda xidmət keçmiş təcrübəli döyüşçülər idi. 772-ci hərbi hissə reyd dəstəsi formasında yaradılmışdı. Komanda mart ayının 17-si 128 nəfərlik tərkiblə Müdafiə Nazirliyi tərəfindən təsdiq edildi.

Hərbi hissəsinin strukturu[redaktə | mənbəni redaktə et]

  • 1-ci qrupun komandiri – Ryazan şəhər hərbi məktəbini bitirmiş gənc leytenant Rafiq Rzayev;
  • 2-ci qrupun komandiri – Sovet ordusunda Qırmızı Ulduz və Döyüş sücaətinə görə medallarla təltif edilmiş Cəbrayıl Həbibov;
  • 3-cü qrupun komandiri – Sovet ordusunda Qırmızı Ulduz və Döyüş sücaətinə görə medallarla təltif olunmuş və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış Rafael Həbibov;
  • Minaatan dəstənin komandiri – Sovet ordusunun baş leytenantı Mustada Niyazəliyev;
  • Kəşfiyyat dəstəsinin komandiri — Xanlar Mustafayev.
  • Reyd dəstəsinin komandiri – Sovet ordusunda 2 dəfə Qırmızı Ulduz, Döyüş şücaətinə görə medalları almış zabit İlqar Qəhrəmanov.

Tərkibi[redaktə | mənbəni redaktə et]

  • Xairbekov Saidulla Axmedullaeviç (tabasaran milliyyətli) — Orduda PDM sürdüyünə və bu döyüş maşını haqqında bütün məlumatlara malik olduğuna görə 772 saylı hərbi hissənin götürülən döyüşçü
  • Azər Umudov (azərbaycanlı) — 772 saylı reyd dəstəsinin komandir müavini; İlqar Qəhrəmanov, Rafael Həbibov, Rövşən Melikovla birlikdə rus ordusunu tərk edərək reyd dəstəsinə qoşulan döyüşçü; Milli Qəhrəman Rafael Həbibovun qrupunda 3-cü qrup tərkibində komandir köməkçisi (müavini) kimi xidmətə başlayıb.
  • Yalquzaq təxəllüslü döyüşçü — 772-ci batalyonunun kəşfiyyatçısı; Daşaltı əməliyyatında iştirak edib, Şuşa işğalı zamanı Kosalarda 9 maya qədər vuruşan döyüşçülərdən biridir. 783 saylı hərbi hissədən 6 ay xidmətdən sonra 772 saylı hərbi hissəyə gəlmişdir. 1997-ci ildə ehtiyata buraxılmışdır.
  • Fərid Rəhimov — 772 saylı reyd dəstəsinin könüllü əsgərlərindən biri;
  • Mehdi Cavadov — 772 saylı XTB-nin döyüşçüsü;
  • Hafiz Hüseynov — kəşfiyyat dəstəsinin məşhur döyüşçüsü

Döyüş yolu[redaktə | mənbəni redaktə et]

772 saylı reyd dəstəsində olan xəritə – Kəlbəcərin xəritəsi

2–3 may tarixində Kəlbəcərin müdafiəsi üçün əmr gəldi. Batalyon Xanlar rayonu və Murovdağdan keçərək Kəlbəcərə qalxdı. Kəlbəcərdə Civə zavodu yaxınlığında yerləşdilər. Həmlə-zərb məqsədi daşıyan komanda əsasən hücum edir, kəndləri alır, Zadir Rzayevə və yerli batalyonlara təhvil verirdi. Getdikləri gündən etibarən Kəlbəcərdə: Kərəmli, Ağdaban, Cərəktar, Çapar, Qozlu körpü, Aterk, Zəylik, Zərdəxac, Vaquas, Alaqaya, Narınclar, Getavan, Qızılmədən (Laçın istiqamətində) və b. kəndlər olmaqla 15–16 kəndi geri alaraq yerli batalyonlara təhvil vermişdilər.

Qızıl mədənləri[redaktə | mənbəni redaktə et]

Ermənilər Kəlbəcərdə Zod kəndi istiqamətində Qızıl mədənləri adlanan yerə hücum etmişdilər. Rafael Həbibov 17 nəfərlə əmr alaraq özlərinə məxsus texnika – PDM və silahlarla döyüş ərazisinə köməyə getdi. H.Rafael qrupu ilə döyüş ərazisinə çatanda ermənilər döyüşdə üstünlüyə malik idi, lakin komanda döyüş mövqeylərini tutduqdan sonra ermənilərlə dolu 2 maşın, bir traktor vurmuşdu. Vurulan URAL və ZİL markalı yük maşınlaı ilə ermənilər döyüşən qüvvələrinə yardıma gəlirdilər. Ermənilərin yardıma gələn hissələrini məhv etdikdən sonra onların irəliləməsi dayandırıldı. Geri çəkilməyə məcbur edilmişdir.

Narınclar[redaktə | mənbəni redaktə et]

İkinci döyüş Laçin istiqaməti, Getevan, Narınclarda oldu. Kəndə sol tərəfdən H.Rafaelin qrupu, sağ tərəfdən 1-ci qrup – leytenant Rzayev Rafiq, mərkəzdən isə Həbibov Cəbrayıl öz qrupu ilə girməli idi. Lakin dumanlı hava səbəbindən komanda Təzəkənddə gecələməli oldu. Sabahı günü səhər erkəndən Təzəkənddən Narıcdara gedən komanda ermənilərlə 200 metr məsafədən döyüşə başladılar. Döyüş başladıqdan sonra hücum qarşısında aciz qalaraq müqavimət göstərə bilməyən ermənilər mövqeylərini qoyub qaçdılar. Bu döyüşdə 3 erməni əsgəri əsir götürülərək Z.Rzayevə təhvil verildi.

Kəlbəcərin xəritəsi

Çərəktar[redaktə | mənbəni redaktə et]

May ayının sonlarında Çərəktara hücum edilib və könüllülərdən ibarət yerli batalyon fermada mühasirəyə alınıb xəbərini alan kəşfiyyat qrupu komandirlə bərabər 18 nəfər və Rzayev Rafiqin komandiri olduğu 1-ci qrup yerli batalyona köməyə getdi. Dəstənin qrupları əraziyə çatdıqda onlara səhv məlumat verilməsi nəticəsində onlar "fermada mühasirəyə düşmüş batalyona" kömək məqsədi ilə irəliləyərək açıq ərazidə döyüşə girdilər. Ağır döyüş şəraitində əlverişli mövqe tutan ermənilər Zenit qurğusunu və BTR-ini vurmuş, hiylə işlədərək komandanı mühasirəyə almışdı. Bu döyüşdə komandanın əsgərlərlərindən 2-si şəhid oldu, 17-si yaralandı. Şəhidlərdən biri yəhudi Vadim Xanin, ikincisi isə azərbaycanlı İlham Həsənov idi. 1-ci qrupun komandiri 21 yaşlı R.Rafiq sinəsindən yaralanmışdı, qəlpə sümüyü dələrək keçmişdi. H.Rafael və H.Cəbrayılın qrupu Çərəktara köməyə gələrək mövqelər təyin edib yerləşdilər və kəndə düşmən girişinin qarşısını aldılar. H.Cəbrayıl öz qrupu ilə döyüş mövqelərini görmək üçün çətinliklə də olsa dağa qalxdı. H.Rafaelin qrupundan olan Teymur adlı əsgər PDM1-i ilə düşmənin PDM2-ni rahatlıqla vurdu. Az sonra H.Cəbrayılın qrupunda olan Elbrus və Ruslan adlı əsgərlər göstəriş verilən kimi erməni PDM2-sini içindəki ekipajıyla birlikdə məhv etdilər. Üçüncü qrup düşmən PDM-ni vurandan sonra əsl şiddətli döyüş başladı, ermənilərin bir Kamaz və bir BRDM-ləri də məhv edildi. Həmin gün ermənilərin sayca bizi dəfələrlə üstələməsinə baxmayaraq, hücum dəf olundu. Düşmən geri oturduldu və kənd qorunaraq erməniyə verilmədi.

Talış-Suqovuşan[redaktə | mənbəni redaktə et]

1993-cü ilin dekabr ayında qış əməliyyatı çərçivəsində Ağdərə istiqamətində hücumlar başladı. Hücum istiqaməti Talış-Suqovuşan idi. Dekabrın ikinci ongünlüyü 703-ün birinci batalyonu Babək44 Suqovuşan (Madaqiz) 130 saylı hərbi hissə Suqovuşan və Gülüstan arasında Ağuçuq yüksəkliyi istiqamətində hücuma keçmişdi. Hər iki hücum uğursuz alınmışdı. 703-dən taqım komandiri Ələmdar Beyləqanlının, 730-dən isə bir döyüşçünün cəsədi erməni mövqeyində qalmışdı. 25 dekabrda komandaya o istiqamətdə irəliləmək əmri verildi. Komanda əraziyə doğru irəliləyirdi. Mövqeyi ilk ələ keçirənlərdən biri Komandir Kərim Vəliyev oldu. Suqovuşan istiqamətində hərəkət edən komanda ermənilərin arxasında gecə 4 saata qədər qaldı. Səhər tezdən Babək44 şimal tərəfdən, 772 saylı batalyon isə cənub-qərb tərəfindən girib həmin yüksəklikləri azad etdi və Ələmdarın cəsədini geri qaytarıldı. Komanda 29 dekabr bu əməliyyatı uğurla başa vurduqdan sonra 30–31 dekabr yüksəkliklərdə qaldı. 1 yanvar 2065 m. yüksəkdə yerləşən Keçəldağ istiqamətinə hərəkətə başladılar.

Suqovuşan istiqamətində şəhid olanlar[redaktə | mənbəni redaktə et]

  • Nəsimi Süleymanov.
  • Tofiq Ismayılov (27.12.93)
  • Namiq Əliyev (28.12.93)
  • Zəkəryəyev Əlibala (Bakı.)
  • Əlibala Ələsgər oğlu Zəgəryəyev – Azərbaycan Bayrağı ordeni. (ölümündən sonra) — 15.01.1995)

Qozlu körpü – Ağdaban döyüşləri[redaktə | mənbəni redaktə et]

1992-ci il, 4 iyun tarixində Zadir Rzayevin əmri ilə rəhbər zabitlərdən H.Rafael və qərargah rəisi kapitan Oqtay Kərimov Qozlu körpü – Vaquaz – Drmbon istiqamətində Kəlbəcər – Ağdərə yolu ilə hücuma keçdilər. İki saatadan çox şiddətli döyüşdən sonra komandanın 4 əsgəri şəhid oldu və çox sayda əsgər yaralandı. H.Rafaelin qrupundan iki şəhid olmuşdu: Elçin Şükürov və Aleksey Dementyev. Daha sonra sürsatı bitmiş dəstənin üzvləri Mübarizlə Oleq son gülləsinə qədər vuruşduqdan sonra Mübariz qumbaranı başının, Oleq isə qarnının altında partlatmışdı… Ağır döyüş nəticəsində 60% döyüşçüsünü itirən komanda, əsasən ağır yaralılar olmaqla, sıraları seyrəldi və daha sonra ərazidə müdafiə zəiflədi. Həmin ayın 6–7-si döyüşlər səngidi və komanda artıq ərazidən çıxarıldı. Dəstənin qalan 30–40% döyüşçüləri Bakıya geri çıxarıldı. Texnikanı İlqar Qəhrəmanov Zadir Rzayevin briqadasına təhvil verdi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]