Azərbaycan Respublikası 96 saylı Goranboy-Naftalan seçki dairəsi -Goranboy rayonunu və Naftalan şəhərini əhatə edir. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş 125 dairədən biridir. Dairəyə Goranboy rayonunun 46 yaşayış məntəqəsinin bələdiyyələri və Naftalan şəhər bələdiyyələri daxildir. Mərkəzi Goranboy şəhəri, Dədə Qorqud Küçəsi 7 ünvanında yerləşir.
96 saylı Goranboy-Naftalan | |
---|---|
Məlumat | |
Dairə sədri | Arif Abbasov[1] |
Təmsil edən deputat | Anar Məmmədov (siyasətçi) |
Sonuncu parlament seçkisi | Azərbaycanda Parlament seçkiləri (2020) |
Sonuncu prezident seçkisi | 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri |
Sonuncu bələdiyyə seçkisi | Azərbaycan Respublikası Bələdiyyə seçkiləri (2019) |
Seçicilərin sayı | |
Məntəqələrin sayı | 45 |
Əhatə etdiyi bölgə | Goranboy, Naftalan |
Ünvan | GÖRANBOY RAYONU, MƏMMƏD MƏHƏRRƏMOV 50[2] |
Telefon | 0222451890 |
2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər | ||||
---|---|---|---|---|
Partiya | Namizəd | Səs | % | |
Bitərəf | Gültəkin Hacıbəyli | 15958 səs | 79,62% | |
Bitərəf | Tahir Əliyev | 603 səs | 3,00% | |
Bitərəf | Əli Həzquliyev | 327 səs | 1,63% | |
Azərbaycan Milli İstiqlal Partiyası | Fəqani Məhərrəmov | 342 səs | 1,70% | |
Azərbaycan Xalq Cəbhəsi Partiyası | Elçin Rzayev | 2622 səs | 13,08% | |
Yeni Azərbaycan Partiyası | Şakir Verdiyev | 189 səs | 0,94% | |
Cəmi səslər | 20041 | 100.00% |