Azərbaycan Respublikası seçki dairələri

Seçki dairələrindən biri

Azərbaycan Respublikası seçki dairələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin hər hansı seçkili orqana (prezident, parlament və bələdiyyələr) nümayəndə (nümayəndələr) seçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmiş ərazi vahidi. Əhali sayına görə təşkil olunmuş dairələr öz növbəsində məntəqələrdən ibarətdir. 2010-cu ilin əvvəlinə ölkə üzrə 5367 məntəqə var.[mənbə göstərin] 2022-ci ilin iyul ayına olan məlumata görə Azərbaycan üzrə 6274 seçki məntəqəsi var.[1]

1995–2002-ci illərdə

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 1995–2002-ci illərdə 100 birmandatlı seçki dairəsi və 25 deputatlıq vahid çoxmandatlı seçki dairəsi mövcud olmuşdur. 2002-ci il konstitusiya referendumu ilə proporsional seçki sistemi tamamilə ləğv edilmişdir.

2002–2023-cü illərdə

[redaktə | mənbəni redaktə et]

2023-cü ildən

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2023-cü il tarixli iclasında alınan qərarla qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə seçki dairələrinin siyahısında dəyişiklik edilmişdir.[2][3]

  1. "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-26.
  2. Seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
  3. Yenilənmiş siyahı