Ağılsızlar (lat. Fulmarus) — Fırtınaquşular fəsiləsinə aid fəsilə. Cinsə daxil olan növlərin nümayəndələri kifayət qədər uzunömürlü olur. Hətta 40 il belə yaşaya bilirlər.
Ağılsızlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Ağılsızlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bədəninin uzunluğu 50 sm-dir. Dimdiyi iridir.
Dəniz quşları əsasən Atlantik okean və Sakit okeanın şimalında, Şimal Buzlu okean və Cənub okeanı suları üzərində yayılmışlar.
Ağılsızlar əsasən balıqlar, ilbizlər, xərçənglər, başıayaqlılar və meduzalarla qidalanır. Onlar leşlərlə qidalanmaqdan belə çəkinmirlər. Qidanı suyun səthindən götürürlər.
Onlar əsasən qayalıqlarda yuva qurur və bir olmaqla yumurta qoyular. Qırt yatma dövrü 60 gündür.
Yuvalarını qorumaq məqsədilə düşmənlərinin üzərinə mədə şirəsi atırlar. Bu xüsusiyyətə hətta balalar belə qadirdir. Quruda quşlar elə də yaxşı yerimirlər. Ancaq yaxşı uçmaq bacarıqları vardır.
Qazıntılar zamanı bu cinsə daxil olan iki qədim növlərin qalıqları aşkarlanmışdır. Onlar Sakit okean sahillərində Kaliforniya ərazisində aşkarlanmışdır.