Ağır top (ing. Hardball) — 2001-ci ildə rejissor Brayan Robbins tərəfindən çəkilmiş və baş rolda Kianu Rivsin oynadığı filmdir. Con Getlinsin ssenarisi əsasında çəkilmiş film, Deniel Koylun "Ağır top: Gecəqondu mövsümü" adlı kitabına əsaslanır. Filmin orijinal musiqisi Mark Ayşem tərəfindən bəstələnmişdir.
Ağır top | |
---|---|
ing. Hardball | |
Janr | dram filmi[2][3] |
Əsas mövzu | beysbol |
Rejissor | Brayan Robbins |
Prodüser |
|
Ssenari müəllifi |
|
Baş rollarda | |
Operator | Tom Riçmond |
Bəstəkar | |
İstehsalçı | Fireworks Entertainment[d] |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 2001, 9 may 2002[6] |
Müddət | 106 dəq. |
Büdcə | $32 milyon[1] |
Gəlir | $44.1 milyon[1] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID0180734 |
Konor O'Nil bukmeyker və borca düşmüş bir qumarbazdır. Borclarını ödəmək üçün o, kasıb bir ərazidə yaşayan problemli uşaqların oynadığı beysbol komandasında məşqçi kimi işə düzəlir. O, borclarını borc sahiblərinə geri ödədikdən sonra komandadan ayrılmağa qərar verir, lakin zaman keçdikcə Konor komandada oynayan uşaqlara bağlanır. Beləliklə də o, mərc oynamağı dayandırır, uşaqlar üçün əsl məşqçiyə çevrilir və bu arada uşaqların oxuduğu orta məktəbdə işləyən cəlbedici müəllim Elizabet Uilks ilə tanış olur.
Məşqçi Konor ilə onun yetişdirdiyi tələbələri bərabər uşaq beysbol liqasının finalında mübarizə aparmağa hazırlaşırlar. İki quldur dəstəsi arasında baş verən atışma zamanı çıxan güllələrdən biri məşqdən çıxıb evinə geri qayıdan komanda üzvlərindən birinin həyatına son qoyur. Bu hadisədən sonra komanda da ruh düşkünlüyü yaransa da, sonda komanda ölən komanda yoldaşlarının xatirinə əsas rəqibləri ilə həlledici olan görüşə getməyə qərar verir.
Aktyor | Rol |
---|---|
Kianu Rivz | Konor O'Nil |
Danay Lein | Elizabet Uilks |
Con Houks | Tiki Tobin |
Brayn Herne | Andre Rey Pits |
Culian Qriffit | Ceferson Albert Tibbs |
Daniel Bernard Suin | Mett Haylend |
Maykl Cordan | Camal |