Mark Ayşam (ing. Mark Isham; 7 sentyabr 1951[1] və ya 7 sentyabr 1941[2], Nyu-York, Nyu-York ştatı[3]) — ABŞ musiqiçisi və bəstəkarı. Elektron musiqi və caz sahəsindəki işi ilə tanınır, həmçinin kinofilm musiqilərinin bəstəkarıdır. O, "Qremmi" mükafatı və "Emmi" mükafatının qalibidir. Sayentoloqdur.[5]
Mark Ayşem | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 sentyabr 1951[1] (73 yaş) və ya 7 sentyabr 1941[2] (83 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, cazmen, film bəstəkarı, mahnı yazarı[d], truba ifaçısı[d], səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1976-cı ildən |
Janrlar | caz |
Musiqi alətləri | truba[4], sintezator[4] |
Mükafatları | |
isham.com |
Mark Ayşamın valideynləri musiqi ilə birbaşa əlaqəli idi. Anası Patrisiya Ayşamın (Hammond) skripkaçı idi və atası Hovard Fuller Ayşam musiqidən dərs deyirdi. Mark uşaqlıqdan fortepiano, truba və skripka çalmağı öyrənmişdir.