Ağ adası (Şpitsbergen)

Ağ adası (norv. Edgeøya) — Şpitsbergen arxipelaqının şimal-şərqində yerləşən, yaşayışı olmayaq ada. Arxipelaqın sahəsinə görə 5-ci adasıdır. Sahəsi 682 km² təşkil edir. Üstəlik Norveçin ucqar şərq nöqtəsidir. Ondan 82 km şərqdə Rusiyaya məxsus olan Viktoriya adası yerləşir. Adada avtomatik meteoroloji stansiya fəaliyyət göstərir. Burada ancaq buzqıran gəmilərlə gəlmək mümkündür. Təyyarələrin uçuşuna isə qadağa qoyulmuşdur.

Ağ adası
norv. Kvitøya
Ümumi məlumatlar
Sahəsi 682 km²
Uzunluğu
  • 42 km
Eni 22,5 km
Hündür nöqtəsi 410 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°09′05″ şm. e. 32°35′37″ ş. u.HGYO
Ölkə  Norveç
Akvatoriya
Ağ adası xəritədə
Ağ adası
Ağ adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada buzlaq örtüyünə sahibdir. Onun qalınlığı 410 metrdirt. Buzdan azad olan üç bölgə vardır. Onun isə ümumi sahəni 20 km²-dir. geoloji baxımdan ada olduqca qədimdir. bununla belə o tam öyrənilməmişdir. Ada "Şimal-qərb Svalbard" qoruğu ərazisinə daxildir[1].

Şpitsbergene daxil olan iri adadar arasında ən son kəşf edilmişdir. Hollad Kornelis Giles adanı 1707-ci ildə kəçf editmiş və "Giles Torpağı" olaraq adlandırmışdır. Qədim xəritələrdə onun adı belə də keçərlidir. ada müxtəlif forma və quruluşlarda təsvir edilirdi. Onun son olaraq forması peyk çəkillərinə əsasən müəyyən edilmişdir. adaya norveç adı isə Tromsedən olan Balin ovçusu Yohan Keldsen tərəfindən 1876-cı ildə verlmişdir.

Ada Solomon Andre tərəfindən Şimal qütbünə hava şarı ilə təşkil edilmiş 1897-ci il səyahəti zamanı ziyarət edilmişdir. Andrenin yoldaşları olan Nils Strindberq və Knutt Frenkel 14 iyulda Ağ adasından 300 km şimalda buz səthinə enməli olmuşlar. 6 oktyabrda isə onlar Andreeniest adlı adanın buzdan azad bölgəsinə eniş etmişlər. Onların taleyi 1930-cu ildə təşkil edilmiş Bratvaaqın ekspedisiyasına qədər müəmmalı qalır. Ekspedisiya zamanı Andreyə aid olan əşyalar aşkarlanır. Andre və onun yoldaşları böyük ehtimal ki, adaya gəldikdən bir neçə həftə sonra soyuqdan həlak olmuşlar. Onların şərəfinə adaa abidə ucaldılmışdır.

1930-cu ildə Sovet alimləri "Nikolay Knipiviç" və 1935-ci ildə "sadko" gəmilərində adada araşdırma işləri aparmışdır. Ekspedisiya üzvü olan Nikolay Zubovun sözlərinə görə ada iki dili çıxmaq şərti ilə bütünlüklə buzlaq örtüyü ilə örtülüdür. Ətrafında kiçik aysberqlər vardır.1930-cu ildə "Nikolay Knipiviç" gmisində təşkil edilən ekspedisiya adada Katabatik küləkləri müşahidə etmişdir.

  1. "GoNorway — Kvitøya". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.