Viktoriya adası (Rusiya)

Viktoriya adası (rus. Виктория) — elədə böyük olmayan arktika zonasında, Barens dənizi akvatoriyasında, Şpitsbergen (Norveç) və Frans-İosif Torpağı (Rusiya) arxipelaqları arasında yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın uzunluğu 5 km, eni isə 2,5 km təşkil edir. 1932-ci ilin sentyabrında 6 il Norveçlə SSRİ arasında olan ərazi mübahisəsindən sonra ada Sovetlər Birliyinin ərazisi kimi təstiqlənmişdir. 2016-cı il məlumatına əsasən adada daimi əlali yaşamır. Amma 1959—1992-ci illər ərzimndə adada qütb stansiyası fəaliyyət göstərmişdir. Bu stansiyanın əməkdaşları əsasən alimlər və hərtbiçilər idi. Ada qlobal istiləşmə ilə əlaqədar olaraq özünün buzlaq örtüyünü tədricən itirir. Müəyyən turistik əhəmiyyətə malikdir. Belə ki, ada gəmi yollarının üzərində yerləşməsi və qütbə yaxınlığı ilə seçilir.[1]

Viktoriya adası
rus. Виктория
Ümumi məlumatlar
Sahəsi 10,8 km²
Uzunluğu
  • 6,5 km
Eni 3,3 km
Hündür nöqtəsi 105 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
80°08′45″ şm. e. 36°43′04″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Viktoriya adası xəritədə
Viktoriya adası
Viktoriya adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada üçbucaq formasına malikdir və zirvəsi adanımn şimalında yerləşir.[2] Rusiya Federasiyasının qütb dairəsində ən ucqar qərb nöqtəsini təşkil edir. Norveç ərazisində yerləşən Ağ adasından 60 km şərqdə, Frans-İosif Torpağına daxil olan Aleksandra Torpağı adasından isə 170 km qərbdə yerləşir. Adanın cənub sahillərini Barens dənizi,Ş şimal sahillərini isə Şimal Buzlu okean suları yuyur. Bununlada ada təbi su sərhədi rolunu oynayır.[3]

Adanın ucqar şimal nöqtəsi Knipoviç burnudur. Adanın sahəsi 10,8 km²-dir. Dünyanın bir çox xəritələrində təsvir edilmir.[4][5]

1990-cı illərə qədər ərazisinin böyük hissəsini örtük buzlaqları tuturdu. Bircə adanın şimalında 10 ha əraziyə sahib olan dil istisna idi. Örtük buzlağının hündürlüyü 150 metrə çatırdı. Buzlaq dənizə doğru uçurumla bitir. Zubovun fikirinə görə buzlaqlar arası qatlar illərə görə bölünür. XX əsrin 90-cı illərindən etibarən örtük buzlağının sahəsi azalmağa başlamışdır. Bu əsasən cənub sahillərindən başlayır. 2012-ci ildə buzlağın sahəsi 6,1 km² olmuşdur ki, bu da adanın 56 % təşkil edir.[6] Artıq bu proses qarşısı alınmaz həddə çatmışdır. Çox guman ki, gələcəkdə ada buzlaqdan tam azad olacaqdır.[1]

Tarixi məlumat

[redaktə | mənbəni redaktə et]
Viktoriya adası əsasən bütün il boyu buz və qarla örtülü olur

Uzaqda yerləşən bu ada heç zaman köklü əhaliyə sahib olmamışdır. Ada ilk dəfə 20 iyul 1898-ci ildə norveçli kapitan Yohannes Nilsen və Ludvig Bernard Sebulonsen tərəfindən kəşf edilmişdir. Ada öz adını 1 gün sonra almışdır. Yohannen kapitanı olduğu britaniyalı səyyah Arnold Payın «Viktoriya» gəmisində adanı kəşf etdiyindən adanı gəminin şərəfinə adlandırmışdır.

Ərazi mübahisəsi

[redaktə | mənbəni redaktə et]
8 iyun 1930-cu il Norveç ekspedisiyası Viktoriya adasında

Viktoriya adası və Frans-İosif Torpağı uzun zaman dünyanın super gücləri tərəfindən maraq dairəsi xarixində olmuşdur. Heç bir ölkə bu adalara rəsmi ərazi iddiasında olmamışdır.[7][8] 1926-cı ildə isə adalar SSRİ tərəfindən ələ keçirilmişdir[9]. XX əsrin 20-ci illərinin sonunda Norveç adalara idialar irəli sürmüşdür. Onlar adanı hətta «Fritof Nansen Torpağı» olaraq adlandırırlar.

Şpisberqen traktadına görə ada Norveçin qütb əraziləri xaricində yerləşdiyindən heç kəsin torpağı sayılmırdı. 15 aprel 1926-cı il dekreti ilə SSRİ Frans-İosif Torpağını ərazisinə qatır. Norveç bu addımı pisləyərək qəbul etmir. Ancaq onlar bunun üçün rəsmi səviyyədə bir tədbir görməmişdilər. Halbuki Lars Kristensen Buve adasını Norveçə birləşdirməyə müvəffəq olmuşdu. Onların Viktoriya adasına birinci ekspedisiyası uğursuz olur.

29 iyul 1929-cu ildə Otto Şmitd «Qeorqi Sedov» buzqıran gəmisində qütbə ekspedisiya təşkil edərkən Quker adasına SSRİ bayrağını sancır və Frans-İosif Torpağını SSRİ ərazisi elan edir. 1930-cu il 8 avqust saat 04:30 kapitan Peder Elyasen başda olmaqla Norveç ekspedisiyası adaya yan alır. Ancaq buna qədər Frans-İosif Torpağı artıq SSRİ ərazisi elan edilmişdi. Norveç SSRİ tərəfdən ola biləcək təhlükəni nəzərə alaraq öz təbələrini adanı tərk etməsinə göstəriş vermişdir.

1932-ci ildə Nikolay Knipoviç qəmisində S. Popov adanı tam dövrüyəyə alaraq SSRİ bayrağını adaya sancmışdır.

SSRİ tərkibində

[redaktə | mənbəni redaktə et]

1 noyabr 1959-cu ildən adada Viktoriya Qütb stansiyası fəaliyyət göstərmişdir.[10] Burada 2-5 arası əməkdaş fəaliyyət göstərirdi. 1 aprel 1994-cü ildə isə stansiya fəaliyyətini dayandırmışdır.[11] 1985-ci ildə 90-cı illərin əvvələrinə qədər adada HHMQ aid qoşun növü yerləşdirilmişdi.

Fauna və flora

[redaktə | mənbəni redaktə et]

Adada morjlara aid yataq vardır. Üstəlik burada ağ ayıağ qağayını görmək mümkündür. Adanı Rus Arktikası Milli Parkı[12] ərazisinə daxil etmək istəsələrdə sonda bu baş tutmamışdır.[13]

  1. 1 2 "Arxivlənmiş surət". 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  2. Google Maps
  3. "ИФ - Баренцево море: гидрология, экология, города, описание, протяженность, истоки, притоки". 2019-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  4. "Яндекс.Карты — подробная карта России и мира". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  5. Google Maps
  6. Victoria Ice Cap (Victoria Island) Arxivləşdirilib 2016-02-16 at the Wayback Machine, GLIMS Glacier Database, 2008.
  7. Россия и Норвегия: в поисках компромисса. — Нефть России, № 5, май 2003 года.
  8. История исследований и люди науки. З. Ф. И. Arxivləşdirilib 2011-02-17 at the Wayback Machine — Первое сентября. География, № 10, 2009 год.
  9. Муров, М. Записки полярника Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine. — prozaik.in
  10. "ivki.ru/kapustin/ — Арктика Антарктика Филателия". 2015-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  11. "Статьи | Из истории | ДИКСОН — СНЕЖНОЙ АРКТИКИ СТОЛИЦА. К 90-ЛЕТИЮ НАЧАЛА НАБЛЮДЕНИЙ НА о. ДИКСОН". 2012-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  12. «Русская Арктика» в Архангельске примет гостей — Архангельск — Правда. Ру
  13. «Национальный парк „Русская Арктика“ открывается в ближайшие дни» Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine — www.ecosever.ru (24.06.2009)