Ağ inqilab

Ağ inqilabİranda Məhəmməd Rza Pəhləvinin təşəbbüsü ilə keçirilən islahat.

"Ağ inqilabın" əsasını torpaq islahatı təşkil edirdi. 1962 ilin yayında A. Əmini istefaya gedəndən sonra A. Aləm hökuməti şahın sərəncamı ilə 6 qanun layihəsi hazırlayır.

1) Bütün ölkədə torpaq islahatının keçirilməsi.

2)meşələrin milliləşdirilməsi.

3)torpaq islahatını maliyələşdirmək üçün dövlət zavodlarının və fabriklərinin satılması.

4)məclisə seçkilərin keçirilməsi qaydasının dəyişdirilməsi.

5)işçilərin müəssisələrin gəlirlərində iştirakı

6) Kənd yerlərində savadsızlıqla mübarizə üçün "Maarif korpusunun" yaradılması.

Torpaq qanununa görə iri mülkədarlar ancaq, kənd təsərüfatı maşınlarının və muzdlu əməyin istifadəsi şərti ilə 500 hektara qədər torpaq öz mülkiyətində saxlaya bilərdi. Qalan torpaqlar torpaq fonduna daxil olurdu. Həmin bu fondlardan kəndlilərə torpaq payları verilirdi. Keçmiş mülkədarala isə dövlətin zəmanəti ilə həmin torpaq müqabilində, bankdan onun dəyəri ödənilirdi. 500 hektardan az torpağı olan mülkədarlara:

1) torpaqlarını köhnə qaydada 30 illik kəndlilərə icarəyə vermək, bununla belə icarə şərtləri 5 ildən bir yenidən baxılmalı idi.

2)ümumi razılığa görə torpağı kəndlilərə satmaq, həm də kəndli torpağın dəyərini 10 il ərzində eyni paylarla ödəməli idi.

3)məhsulun bölüşdürülməsi zamanı, torpağı mülkədar və kəndli paylarına görə proporsional olaraq bölüşdürmək.

Torpağın bölüşdürülməsi Marağa rayonundan və Azərbaycan ostanlarının başqa rayonlarından başladı. Kənd təsərüfatında kapitalist sisteminin bərqərar olması müəyyən mənada mütərəqqi idi, çünki İranda buna qədər feodalizm münasibətlər hökm sürürdü. Amma islahatın ancaq mülkədar və kapitalist zümrənin marağında keçirilməsi, geniş kəndli kütləsinə çox baha başa gəldi. Xüsusi ilə kənd icmasının düşünmədən dağıdılması kəndlilərin böyük şəhərlərə üz tutmasına səbəb oldu. Surətli urbanizasiya ölkədə kəndlə şəhər arasında əhalinin qeyri-bərabər bölüşdürülməsinə gətirdi. Öz kəndlərindən və deməli adət etdikləri patriarxal həyat tərzindən belə tezliklə ayrılan kəndlilər, belə surətli modernizasiyaya tab gətirə bilmədilər. Nəticədə müxalif ruhanilər xalqın bu narazılığından istifadə edib 1979 ildə Məhəmməd Rza Pəhləvini devirdilər.