Ağ liman (roman)

Ağ liman — Povest 1970-ci ildə xalq yazıçısı Anar Rzayev tərəfindən qələmə alınmışdır.

Ağ liman
Müəllif Anar Rzayev
Janr Povest
Mövzu Əxlaqi problemlər
Orijinalın dili Azərbaycan
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 1970
Nəşriyyat Bakı: Azərnəşr
Səhifə 167
Sonrakı Beşmərtəbəli evin altıncı mərtəbəsi

Anar Rzayevin yaradıcılığında povest janrı önəmli yerlərdən birini tutmaqdadır. Onun elə ilk iri həcmli əsəri də "Ağ liman" povesti olmuşdur. Bu povest Anar Rzayevin yaradıcılığında yeni bir səhifənin başlanğıcıdır[1] "Ağ liman" əsəri Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), İranda, Slovakiyada, Çexiyada, Gürcüstanda, Misirdə və bir sıra ölkələrdə çap olunmuşdur.[2]

“Ağ Liman” povesti obrazlardan biri olan Nemətin yuxusu ilə başlayır. Nemət nəşriyyatda işləyən tərcüməçidir. və həyatda gördüyü hər bir şeyi dərindən müşahidə etmək bacarığı var. Nemət yuxusunda stansiyadadır, ailəsi və pişiyi ilə Bakıya getmək üçün altı ədəd qatar bileti almağı gözləyir. Bilet almaq növbəsi Nemetə çatır və Xəzinədar Səfdər dayı Nemətə Bakıya getmək üçün lazım olan biletləri vermək istəmir və bir neçə səbəb gətirir. O, Nemətin paltarlarının Bakıya getməyə uyğun hesab etmir və ona bir bilet verir. Əsərin sonunda Nemətin Təhminə ilə telefonda danışan zaman insanın öz daxilindən qopan üsyanın şahidi oluruq və bu üsyan ki, yaşamağı, həyatı heçə endirir[3] Telefonla danışdıqdan sonra Nemətin yuxusunda dəniz və Ağ liman görməsi oxucuda daxili fərəh hissi oyadır.

Mövzu və ideyası

[redaktə | mənbəni redaktə et]

"Ağ liman" əsərində əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur və mənəvi boşluq damğalanır[4]Yazıçı burada öz insan konsepsiyasını ziyalının "mənəvi dəyər" və "əxlaqi sərvət" anlayışının guşə daşı kimi yoxlayıb, sınaqdan keçirir. Əsərin müasirliyi, qaldırdığı problemlərin aktuallığı, mühümlüyü də məhz onun bədii qəhrəman konsepsiyası ilə bağlıdır[5]

  1. Aytən Quliyeva. ANAR YARADICILIĞINDA MƏNƏVİ-ƏXLAQİ PROBLEMLƏR. Bakı: -“MBM”-. 2013. səh. 96.
  2. "Arxivlənmiş surət". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  3. Şəbnəm Kazımova. "Şəbnəm Kazımova - "Ağ liman" povesti haqqında təəssüratım" (azərbaycan). 27 may 2011. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 apr 2023.
  4. Anar Rzayev. Ağ liman. Bakı: Qanun. 2019. səh. 175.
  5. {{cite web |url= https://edebiyyat-az.com/?p=15274%7Ctitle= Arxivləşdirilib 2023-05-13 at the Wayback Machine Təranə Turan RƏHİMLİ.”Anarın “Ağ liman” povesi Azərbaycan ədəbi tənqidində”|author= Təranə Turan Rəhimli|date= 7 oktyabr 2015|website= |publisher= |language= azərbaycan|access-date= 10 may 2023|archive-url= |archive-date= }

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Anar. Seçilmiş əsərləri. Bakı: Lider. 2004. səh. 416.